b)
Çıxma günü müştəri mehmanxana nömrəsini günorta saat
12.00-dan gec olmayaraq azad etməlidir.
Maddə 20. M üştərinin gəlməməsi
a) Zəmanətsiz bronlama
Mehmanxana sahibi bronu qəbul etdiyi istənilən halda nömrəni
qonağın gəlməsi gözlənilən gün axşam saat 6-ya qədər hazır
saxlamalıdır, axşam saat 6-dan sonra isə o, nömrəni öz rəyinə uyğun
olaraq istifadə edə bilər.
b) Zəmanətli bronlama
Müştərinin və ya turizm agentliyinin verdiyi zəmanət nağd pulla,
çeklə və ya kredit kartı ilə (və yaxud, əgər bu, turizm agentliyidirsə,
bron haqqında sənəddə və ya yol vərəqində (putyovkada) göstərilən
formal zəmanətlə) 12-ci maddədə təsvir olunmuş qaydaya uyğun
olaraq ödənilir.
Müştərinin qabaqcadan şərt qoyduğu xüsusi arzusuna uyğun
olaraq mehmanxana sahibi istənilən anda istənilən bron üçün zəmanət
tələb edə bilər; bu halda mehmanxana sahibi qonağın gəlməsi gözlənilən
gündən sonra gələn günün günortasına qədər nömrəni hazır saxlamalıdır,
bundan sonra isə nömrəni öz rəyinə uyğun olaraq istifadə edə bilər.
c) Müştərinin gəlməməsi
Müştərinin gəlməməsi - müştərinin mehmanxanaya saat 6-da
gəlib çıxmadığı
hal nəzərdə tutulur;
bu halda əsasnamənin
gecikdirilmiş imtina haqqına (bax: maddə 15) nəzərdə tutulan şərtləri
tətbiq olunur.
Gecikdirilmiş imtina və ya gəlməməyə görə kompensasiya
şəklində ödənilən məbləğ qabaqcadan şərtləşdirilmədiyi halda ən azı
mehmanxanada bir gecəlik qalma müddətinə bərabər tutulur (Lakin üç
gecəlik qalma müddətindən çox olmayaraq).
Yüklə
Dostları ilə paylaş: