Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Mövzu 2. Beynəlxalq iqtisadi əlaqələrin zəruriliyi və əsasları (8 saat)



Yüklə 0,68 Mb.
səhifə11/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Mövzu 2. Beynəlxalq iqtisadi əlaqələrin zəruriliyi və əsasları (8 saat)


2.1. Beynəlxalq iqtisadi əlaqələr, onların formaları və nəzəri əsasları.
2.2. Xarici ticarət - beynəlxalq iqtisadi əlaqələrin mühüm forması kimi.
2.3. Xarici ticarət nəzəriyyələr.
2.4. Azərbaycan Respublikasını dünya iqtisadi proseslərinə sürətləndirən amillər.


2.1. Beynəlxalq iqtisadi əlaqələr, onların formaları və nəzəri əsasları.

Dünya iqtisadiyyatı dedikdə, əsasən, ayrı-ayrı ölkələrin Milli iqtisadiyatlarının xarici aləmlə əlaqələrinin ümumi məcmuəsi başa düşülür. Qeyd etmək lazımdır ki, dünya təsərrüfat sisteminin sürətli inkişafı və dünyada baş verən qloballaşma, iqtisadi transformasiyaların təsiri altında ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının əksər sahələri xarici ticarət-iqtisadi əlaqələri ilə bağlıdır. Bu isə onu deməyə imkan verir ki, dünya təsərrüfatı bütövlükdə əsasən ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının xarici-iqtisadi əlaqələrindən ibarətdir.


Dünya təsərrüfat sistemi mürəkkəb bir sistemdir və onun əsasında beynəlxalq iqtisadi əlaqələr (iqtisadi münasibətlər, dünya təsərrüfat əlaqələri və s.) dayanır. Bu əlaqələr müxtəlif ölkələrin təsərrüfat subyektləri, hüquqi və fiziki şəxsləri (rezident və qeyri-rezidentlər) arasında baş verir.
Beynəlxalq iqtisadi əlaqələr - ticarət, işçi qüvvəsinin miqrasiyası, kapitalın çıxarılması, beynəlxalq kredit,valyuta və elmi-texniki əməkdaşlıq üzrə dünya ölkələri arasında əlaqələrdən ibarətdir.
Beynəlxalq iqtisadi əlaqələrin formalaşması dövrləri aşağıdakılardır:
 iki dünya müharibəsi arasında olan dövr (1920-1940);
 II dünya müharibəsindən sonrakı dövr (1945-1990);
 Beynəlxalq iqtisadi əlaqələrin müasir inkişaf dövrü (1990-ci ildən sonra)
Beynəlxalq iqtisadi əlaqələr əsasən aşağıdaki formalara malikdir:
 mal və xidmətlər üzrə beynəlxalq (dünya) ticarət;
 kapitalın beynəlxalq hərəkəti;
 işçi qüvvəsinin beynəlxalq miqrasiyası;
 beynəlxalq elmi-texniki yeniliklərin mübadiləsi;
 beynəlxalq valyuta-hesablaşma münasibətləri və s..

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin