Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 0,68 Mb.
səhifə23/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Gömrük ittifaqının - yaradılması ümumi bazar məkanında malların, kapitalın, xidmətlərin və işçi güvvəsinin bürokratik maneələrsiz hərəkətinə imkan vermişdir.
Avropa Birliyi ölkələrinin sürətli inkişafı bu kontinentin digər ölkələrini də vahid inteqrasiya proseslərinə qoşulmağa əlavə stimullar verdiyindən, 1986-cı ildə İspaniya və Portuqaliya da bu birliyə qoşuldular və artıq 1990-cı illərin əvvəlinə bu birliyə daxil olan ölkələrin sayı 15-ə çatmışdır. Maastrixt müqaviləsinə (1992-ci il fevral) - əsasən 1994-cü ilin yanvanın 1-dən etibarət Avropa İqtisadi Birliyi ölkələri vahid iqtisadi məkana - «ümumi bazara» və vahid valyuta sisteminə keçməyə üstünlük vermişlər.
Qeyd etmək lazımdır ki. Avropada bir sıra digər iqtisadi inteqrasiya və ticarət blokları da diqqəti cəlb edir.
Sərbəst ticarət üzrə Avropa Assosiyasiyası - 1960-cı illərin əvvəlindən fəaliyyət göstərir və əsas etibarı ilə ticarətin liberallaşması, tam sərbəstləşdirilməsi, bu proseslərdə gömrük baryerlərinin aradan qaldırılması ilə məşğul olur. Bu təşkilata Norvec, İslandiya, Lixtenşteyn və İsveçrə daxildirlər.
Amma, Avropadaki inteqrasiya proseslərinin intensivliyi bu iki təşkilat arasında 1994-cü ildən etibarən «ümumi iqtisadi məkan»ın yaradılması və fəaliyyət göstərməsi barədə saziş imzaladılar. Sosializm sistemin süqutu ilə əlaqədar olaraq Avropadaki digər ölkələrdə dünya iqtisadi proseslərində daha fəal iştirak etmək üçün 12 ölkənin iqtirakı ilə 1993-cü ilin martın 1-dən Mərkəzi Avropa Sərbəst Ticarət Zonası yaradıldı.
1998-ci ildə isə Qaradəniz iqtisadi əməkdaşlıq təşkilatı (QİƏT) yaradıldı.
Bu təşkilata 11 ölkə - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Türkiyə, Ukrayna və Rusiya daxildirlər. Təşkilatın fəaliyyətinə Qazaxıstan, Özbəkistan, Fransa, İran maraq göstərirlər.
3.3. Beynəlxalq əmək bölgüsünün mahiyyəti və nəzəri əsasları

Dünya təsərrüfat sistemi genişləndikcə və beynəlxalq iqtisadi əməkdpşlıq əlaqələri artdıqca, Beynəlxalq əmək bölgüsü proseslərinin dərinləşməsi müşahidə olunmaqdadır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin