Plan iqtisadiyyatı. Plan iqtisadiyyatını bir çox hallarda inzibati amiranəlik sistemi adlandırırlar və bu 70 ildən çox müddətdə SSRİ-nin timsalında özünü büruzə vermişdir. Bu iqtisadi sistemin əsas spesifik xüsusiyətləri istehsalın təşkili, resursların bölünməsi, mal və xidmətlərin qiymətinin müəyyənləşdirilməsi və sair bu kimi iqtisadi təsərrüfat sahəsində qərarların hökümət tərəfindən verilməsidir. Bu tip iqtisadiyyatda bazar iqtisadiyyatına uyğun çeviklik, effektivlik, yüksək rentabellik, tələb və təklifin əsas göstərici kimi çıxış etməsi amilləri olmur.
Qarşılıqlı iqtisadiyyat.Qarşılıqlı iqtisadiyyat özündə planlı və bazar iqtisadiyyatının bir çox elementlərini birləşdirir. Bu tip iqtisadiyyat bir çox ölkələrdə üstünlük təşkil edir. Belə ölkələrdə hökümət bütün təsərrüfat subyektlərinə nəzarəti həyata keçirmir, planlı və bazar iqtisadiyyatı subyektləri qarşılıqlı formada fəaliyyət göstərirlər. Bu tip iqtisadiyyatın bir cəhəti ondan ibarətdir ki, burada kapitalizm və sosializm sistemlərinin bir çox mühüm iqtisadi siyasi prinsipləri vəhdət formasında təkmilləşdirilir və ölkənin geniş siyasi və iqtisadi baxışlarını özündə əks etdirir.
Siyasi sistem -ölkənin və hökümətin yürütdüyü siyasi standartların kompleks sistemidir. Bu sistemə hüquqi normalar, iqtisadi sistem, mədəniyyət sistemi və digər sosial sistemlər daxildir.
Siyasi sistemin bir sıra spesifik xüsusiyyətləri vardır:
siyasi sistemdə siyasi partiyaların, həmkarlar ittifaqının lobbist qrupların, digər siyasi qurumların siyasi normaları və funksiyaları müəyyənləşdirilir;
siyasi sisteminin başında hakimiyyətdə olan ictimai təşkilatlar, qruplar durur;
siyasi sistem hakimiyyətin fəaliyyətinin nəzəri və praktiki əsaslarını işləyib hazırlayar, onun prioritet strateji fəaliyyət istiqamətlərini müəyyənləşdirir və ölkənin idarəetmə stukturunu formalaşdırır;
siyasi sistem ölkədə ictimai asayişi, təhlükəsizliyi və cəmiyyətin saflaşdırılmasını təmin edir və s.
Dünya təcrübəsində çoxlu formada siyasi sistemlər və ölkəni idarəetmə sistemləri fəaliyyət göstərir:
monarxiya
demokratiya
anarxiya
meritokratiya
texnokratiya
respublika
sultanat
islam demokratiyası
teokratiya
vestminster sistemi
feodalizm və s.
Dünya siyasi sistemlərinin çoxluğuna baxmayaraq dünya sivilizasiyası inkişaf etdikcə bu sistemlərin təkmilləşdirilmiş demokratik formaları daha çox üstünlük təşkil etməkdədir.