Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 0,68 Mb.
səhifə45/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Gömrük idxal rüsumu - vergi yükünün müxtəlif aspektlərini əhatə edir, bu yolla dövlət xaricdən gətirilən malların qiymətlərini qaldırır və onların ölkədaxili bazarda rəqabət qabiliyyətinin güclənməsinə imkan vermir, bununla da daxili milli istehsalçıların maraqlarını qorumağa çalışır.
Gömrük ixrac rüsumu - adətən ölkə daxilində güclü tələbat olan malların ölkədən çıxarılmasını məhdudlaşdırmaq üçün tətbiq edilir.
Gömrük rüsumları - ölkənin iqtisadi inkişafı proseslərində ölkələrarası ticarət-iqtisadi fəaliyyətin gücləndirilməsində və BİƏ-in genişləndirilməsində mühüm əhəmiyyət kəsb edir.
Gömrük rüsumları alınması vasitəsinə görə aşağıdakı növlərə bölünür:
Advalorlu rüsumlar - malların dəyərinə görə faizlə müəyyənləşdirilir;
Xüsusi rüsumlar - malların həcmindən, miqdar və çəkisindən tutulur;
Kombinələşdirilmiş rüsumlar - advalorlu və xüsusi rüsumlar daxil olmaqla hər ikisinin qarşılıqlı forması üzrə tətbiq edilir;
Mövsümi rüsumlar - təqvim ilinin müəyyən dövründə məhsul toplanışı vaxtı tətbiq edilir və s.
İqtisadi mahiyyəti baxımından gömrük tarifləri aşağıdakı növlərə bölünür:
 Fiskal rüsumlar;
 proteksionist rüsumlar;
 güzəştli rüsumlar (preferensial);
 bərabərləşdirici rüsumlar;
 kompensasiya rüsumları;
 antidempinq rüsumları.
Fiskal rüsumları - dövlət büdcəsinin gəlirlərinin artırılması üçün tətbiq edilir.
Proteksionist rüsumlar - mili istehsalçıların, mal və xidmətlərin, ayrı-ayrı iqtisadiyyat sahələrinin xarici təsirdən, xaricdən gətirilən mal və xidmətlərdən qorumağa yönəldilir.
Preferensial idxal rüsumları - bir çox hallarda xarici malların idxalını stimullaşdırmaq üçün tətbiq olunur. İkitərəfli razılığa əsasən ölkələr bir birinə ticarət preferensial rüsumları tətbiq edə bilirlər və bu halda gömrük rejimi vasitəsilə bu tədbirlər həyata keçirilir.
Preferensial rejim - xüsusi güzəştli rejim olmaqla, gömrük, vergi və sair güzəştlər sistemi ilə kapitalın və yüksək texnologiyaların ölkəyə gəlməsinə əlverişli şərait yaradır, xüsusi iqtisadi zonalarda fəaliyyəti stimullaşdırır və s. Preferensial rejim zamanı əsasən gətirilən mallara gömrük rüsumları məhdudlaşdırılır, kreditləşmə, sığorta əməliyyatları üzrə güzəştlər tətbiq edilir, münbit valyuta rejimi yaradılır, maliyyə və texniki yardım göstərilir və s. İnkişaf etmiş ölkələrdə bu tip rejimlər vergi güzəştləri hesabına yaradılır. Dünya iqtisadi inkişaf proseslərində bu tip rejimlər inteqrasiya məkanın genişlənməsinə əlavə stimullar verir. Məsələn, son 10-15 il ərzində Şərqi Avropa ölkələrində bu tip tendensiyalar xüsusilə nəzərə çarpınmaqdadır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin