Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Azərbaycanın dünya investisiya sisteminə inteqrasiyası etməsi prosesləri



Yüklə 0,68 Mb.
səhifə64/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

9.5. Azərbaycanın dünya investisiya sisteminə inteqrasiyası etməsi prosesləri.

Azərbaycan Respublikasında investisiyaların və kapitalın axınının gücləndirilməsi, onların qorunması problemləri, müstəqillik əldə edildikdən sonra qarşıda duran prioritet strateji vəzifələrdən biri kimi diqqəti cəlb edirdi. Hələ 1992-ci il yanvarın 15-də «Xarici investisiyalarının qorunması haqqında» Qanun qəbul edilmişdir. 13 yanvar 1995-ci ildə isə «İnvestisiya fəaliyyəti haqqında» Qanun qüvvəyə minmişdir. Bu qanunların qəbulunda əsas məqsədlər aşağıdakılardan ibarət olmuşdur:


 Azərbaycan iqtisadiyyatına xarici investisiyaların və kapitalın axınının sürətlndirilməsi;
 investisiya və kapitalın qorunmasına, artırılmasına, gəlirlərdən maneəsiz istifadəyə dövlətin dəstəyinin və zəmanətinin təmin edilməsi;
 ölkənin sosial-iqtisadi bazasının gücləndirilməsində və dinamik iqtisadi inkişafın təmin edilməsində investisiyalardan və kapitaldan səmərəli istifadənin təşkili;
 beynəlxalq iqtisadi əlaqələrin genişləndirilməsi, xarici ticarət fəaliyyətinin effektivliyinin artırılması, xarici ticarət dövriyyəsinin həcminin yüksəldilməsi, ticarət-iqtisadi əlaqələrin coğrafiyasının genişləndirilməsi;
 iri kapital axınının ölkənin real iqtisadi sektorlarına, ilk növbədə hasilat sahəsinə gətirilməsinin sürətləndirilməsi;
 ölkənin dünya təsərrüfat sisteminə qovuşmasının tezləşdirilməsi, inteqrasiya proseslərinin effektivliyinin artırılması;
 ölkənin rəqabət qabiliyyətnin gücləndirilməsi və dünya ölkələri sırasında layiqli yer tutmasının təmin edilməsi və s.
Qeyd etmək lazımdır ki, Azərbaycanda ən iri investisiya layihələri 1994-cü il sentyabrın 20-də bağlanmış «Əsrin müqaviləsi» üzrə neft strategiyasının reallaşdırılmasıdır. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatında yatırılmış investisiyalarının ümumi həcmi 120 mlrd. ABŞ dollarına yaxındır. Bu investisiyaların 70 mlrd. ABŞ dollarına yaxın məbləği hasilat sahəsinə, neft-qaz layihələrinin gerçəkləşdirilməsinə yönəldilmişdir. Qeyd etmək lazımdır ki, bu təyinatlı investisiyaların nəticəsində Azərbaycanda illik neft hasilatı 8-10 mln. tondan 40-50 mln. tona, qaz hasilatı 4-5 mlrd. m3-dan 20-25 mlrd. m3-a çatdırılmışdır və bu sahələrdə yaxın illərdə hasilatın artımı proqnozlaşdırılır. İnvestisiyaların yatırılması hasilat sahələrindən başqa, Azərbaycanın digər iqtisadi sektorlarında da artmaqdadır. Xidmət sahəsi, emal sənayesi, turizm, İKT, bank fəaliyyəti və digər sahələrdə investisiyaların artımı gözlənilir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin