Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Azərbaycan iqtisadi diplomatiyası qlobal rəqabət mühitində



Yüklə 0,68 Mb.
səhifə73/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

10.5. Azərbaycan iqtisadi diplomatiyası qlobal rəqabət mühitində.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk strateji vəzifələrdən biri kimi özünün milli maraqlarına uyğun iqtisadi inkişaf modelini formalaşdırmalı idi. Bu məqsədlə aşağıdakilar zəruri idi:


 birinci növbədə iqtisadi sektorların bərpası, milli prioritet istiqamətlər nəzərə alınmaqla inkişafı;
 daxili təsərrüfat subyektlərinin, biznes qurumlarının fəaliyyətinin gücləndirilməsi, daxili investisiyaların artırılması, ümumən, sahibkarlığın inkişafına münbit şəraitin yaradılması;
 neft strategiyasının işlənib hazırlanması, hasilat sahəsinə iri həcmli investisiyaların gətirilməsi, milli resurslardan və təbii ehtiyatlardan səmərəli islifadənin təşkili;
 neft amilindən bəhrələnərək qeyri-neft sahələrinin davamlı inkişafının təmin edilməsi, rəqabət qabiliyyətli məhsulların istehsalı, ixrac potensialının artırılması;
 milli maraqlara söykənən xarici ticarət konsepsiyasının hazırlanması və iqtisadi diplomatiyanın prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
 nəhayət, ölkənin digər ödkələrlə regional, beynəlxalq kontekstdə ticarət-iqtisadi əməkdaşlığının genişlənməsi və ölkənin rəqabət qabiliyyətinin artırılması.
Bunları nəzələ alaraq, Azərbaycanın iqtisadi inkişaf strategiyasının və xarici-ticarət siyasətinin qarşısında duran müasir prioritet vəzifələr aşağıdakılardır:
 ölkənin milli iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, milli iqtisadiyyatın rəqabətlilik qabilliyyətinin yüksəldilməsi;
 iqtisadiyyatın davamlı inkişafı üçün daxili və xarici investisiyaların yatırılmasına münbit şəraitin yaradılması və bu sahəyə investorların cəlb edilməsi;
 ölkənin təbii ehtiyyatlarından və madii sərvətlərindən müasir texnologiyalar tətbiq edilməklə səmərəli istifadənin təşkili;
 dünya ölkələri ilə strateji iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi;
 iqtisadiyyatının innovasiya yönümlü yüksək effektivli bir sahəyə çevrilməsinin tezləşdirilməsi;
 xarici-ticarət dövriyyəsinin diversifikasiyası və s.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin