Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Beynəlxalq iqtisadi münasibətlərin obyektləri



Yüklə 0,68 Mb.
səhifə12/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Beynəlxalq iqtisadi münasibətlərin obyektləri bunlardır:
 dünya ticarətində mallar və ximətlər;
 pul və əmək resursları;
 informasiyalar və texnologiyalar;
 ölkələrin əməkdaşlığı.
Beynəlxalq iqtisadi münasibətlərin subyektləri:
 dünya ölkələri və beynəlxalq təşkilatlar;
 transmilli kompaniyalar, şirkətlər, maliyyə təşkilatları və banklar;
 Beynəlxalq valyuta-kredit institutları;
 firma və müəssisələr, təsərrüfat və sahibkarlıq subyektləri;
 elmi müəssisələr və mərkəzlər;
 fiziki şəxslər.
Beynəlxalq iqtisadi münasibətlərin əsasını təşkil edir:
 Beynəlxalq əmək bölgüsü;
 mal və xidmətlərin mübadiləsi;
 dünya bazarı və dünya ticarəti;
 Transmilli kompaniyalar;
 Beynəlxalq valyuta-kredit və maliyyə münasibətləri;
 Beynəlxalq sahibkarlıq və investisiya fəaliyyəti;
 Beynəlxalq elmi-texniki əlaqələr;
 İnformasiya texnologiyaları və innovasiya mübadiləsi.
Qeyd etmək lazımdır ki, beynəlxalq iqtisadi münasibətlərə inteqrasiya edən ayrı-ayrı ölkələrin təsərrüfat subyektləri, agentlikləri, firma və kompaniyalar beynəlxalq ticarət mübadiləsinin təsiri altında ayrı-ayrı istehsal sahələri, mal və xidmətlər üzrə ixtisaslaşmağa məcbur olurlar. Bu tip ixtisaslaşmalar isə beynəlxalq ticarət mübadiləsini gücləndirir və inteqrasiya proseslərini sürətləndirir, qloballaşma və rəqabət mühitini genişləndirir.
Beynəlxalq ticarət qədim tarixə malikdir və dünya ölkələrinin xarici ticarət əməliyyatlarının (ixrac və idxal) məcmuəsi əsasında formalaşmış, inkişaf etmişdir.
Dünya təsərrüfat sistemi bir neçə 100 illiklər ərzində formalaşsa da, onun əsaslı inkişafı son 100 illə bağlıdır. Keçən əsrin 50-ci illərinə kimi dünya iqtisadiyyatının sürətli inkişafına baş vermiş dünya müharibələri (I və II Dünya Müharibələri), iqtisadi böhranlar imkan verməmişdir. XX əsrin 50-90-cı illərində isə iki rəqib sistemin - sosializm və kapitalizm arasında gərgin mübarizə getmiş, ağır sənayeləşmə, elmi-texniki yeniliklərin yüksək həddə çatdırılması üçün hətta kosmik sahədə rəqabət aparılmışdır. Lakin sosializmin süqutu ilə bu mübarizənin tendensiyası XX əsrin sonlarında dünya xəritəsində yeni dövlətlərin yaranması ilə bağlı dəyişmiş, dünya təsərrüfat sistemində bazar iqtisadiyyatlı ölkələrin sayı artmış və dünya iqtisadiyyatında inteqrasiya prosesləri bu istiqamətdə genişlənmiş, beynəlxalq ticarətin əhəmiyyəti əsaslı şəkildə artmışdır.
Qeyd etmək lazımdır ki, beynəlxalq iqtisadi əlaqələrin nəzəri əsasları klassik nəzəriyyələrdə (Adam Smit, U. Petti, D. Rikardo) və digər xarici ticarət nəzəriyyələrində (Hekşer-Olinin istehsal amillərinin nisbəti vəziyyəti, Leontyev təzadı, M.Porterin «Millətlərin beynəlxalq rəqabət qabililiyətliyi» və s.) öz əksini tapmışdır və bu nəzəriyyələr barədə irəlidə geniş məlumatlar veriləcəkdir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin