Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Dünya iqtisadiyyatının inkişaf mərhələləri



Yüklə 0,68 Mb.
səhifə30/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

4.3. Dünya iqtisadiyyatının inkişaf mərhələləri.

Son yuz il ərzində dünya iqtisadiyyatının inkişafında bir sıra mühüm proseslər baş vermiş və bu proselərin mahiyyətinə, xüsusiyyətlərinə görə onu bir neçə inkişaf mərhələlərinə bölürlər.


I mərhələ - Birinci dünya müharibəsinin başlanmasından 1950-ci illərin əvvəlinədək olan dövrdə dünya iqtisadiyyatının inkişaf prosesləri çox ciddi depresiyalara, dağıntılara məruz qalmışdır. Bu dövrdə baş vermiş uzunmüddətli dünya müharibələri, xüsusilə bütün dünya ölkələrinə ciddi zərbə vurmuş II dünya müharibəsi, XX əsrin 30-cu illərində baş vermiş iqtisadi böhran və depresiya prosesləri dünya iqtisadiyyatının inkişafına ağır zərbələr vurmuşdur;
II mərhələ - XX əsrin 50-70-ci illərində dünya ölkələrində sürətli iqtisadi inkişaf prosesləri, elm və texnikanın inkişafı, kapitalın effektivli hərəkəti, inteqrasiya birliklərinin yaranması və inteqrasiya proseslərinin genişlənməsi ilə xarakterizə olunur. Bu mərhələdə kapitalizm və sosializm iqtisadi sistemlərinin gərgin rəqabəti nəticəsində ağır sənayenin, hərbi-sənaye kompleksinin, kosmik sahənin, bir çox elm və kapital tutumlu iqtisadiyyat sahələrinin sürətli inkişafı başlamış, milli iqtisadiyyatlar dirçəldikcə beynəlmilləşmə prosesləri güclənmiş, beynəlxalq iqtisadi əməkdaşlıq horizontları bütün dünyanı bürünmüş, güclü iqtisadi birliklər və ticarət blokları formalaşmış, beynəlxalq və dünya ticarəti əlaqələrini tənzimləyən qurumlar yaranmış, beynəlxalq və dünya standartlarının səviyyəsi yüksəlmiş, iri kapital resursları təmərküzləşmiş, transmilli kompaniyaların dünya bazarına təsiri artmış, regional ölkə qruplarının maraqlarına uyğun iqtisadi birliklər yaranmış və s. Həmin dövrdə Qərbi Avropa ölkələrinin yaratdığı Avropa Birliyi və sosialist ölkələrinin təsis etdiyi Qarşılıqlı İqtisadi Yardım Şurası iqtisadi qurumları arasında gedən tarixi mübarizə ilə də yadda qalmışdır. Bu dövrdə bir çox beynəlxalq təşkilatlar, o cümlədən müasir ÜTT-nın ilkin variantda olan qurumları formalaşmışdır. Avropa, Amerika, Asiya, həmçinin Afrika qitələrində iri ticarət blokları, Gömrük komitələri, beynəlxalq standartları əks etdirən Sazişlər və konvensiyalar, Kodekslər təsis edilmiş, işlənib hazırlanmış və qəbul olunmuşdur;
III mərhələ - XX əsrin 80-90-cı illərində və ondan sonrakı dövrdə - dünya iqtisadi inkişaf proseslərində yeni mərhələ başlayır. Belə ki, iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr elm və texnikanın daha yüksək erasına qədəm qoyurlar və innovasiya iqtisadiyyatına keçid üçün əsaslı zəmin yaradırlar. Dünyanın inkişaf etməkdə olan ölkələri güclənməyə başlayırlar (Çin, Sinqapur, Cənubi Koreya, Braziliya, Hindistan və s.).
Digər tərəfdən, sosializmin süqutu ilə Avropada yeni dövlətlərin əmələ gəlməsi, keçmiş SSRİ respublikalarının müstəqil ölkələrə çevrilməsi dünya iqtisadiyyatın inkişafına, dünya bazarının genişlənməsinə və bazar prinsiplərinin daha sürətlə yayılmasına əlavə stimullar verdi və sair.
Qeyd etmək lazımdır ki, fikrimizcə, dünya iqtisadi proseslərinin inkiafında yeni bir mərhələnin - IV mərhələnin başlanılması mühakiməsini irəli sürmək olar. Bu dövr 2000-ci illərin əvvəlindən bu günə kimi olan dövrü əhatə edir. Belə ki, sosializm sisteminin dağılması nəticəsində yaranmış yeni dövlətlərin müstəqillik atributlarının formalaşması mərşələsinin başa çatması, dünya təbii resurslarından istifadə edilməsində yeni münasibətlərin, situasiyaların yaranması, Hindistan və Çinin həddindən çox təbii ehtiyatlardan istifadə etmələri, Çinin sürətli inkişafı, ABŞ-nın mütləq iqtisadi üstünlüyünün zəifləməsi, Qərbi Avropa Birliyi ölkələrinin iqtisadi blok formatlarındakı genişlənmələr və Avropa iqtisadi güc məkanı genişlənməsi və sair mühüm tendensiyalar dünya iqtisadi proseslərində yeni standartların tətbiqini şərtləndirir və sürətləndirir. Elə götürək qloballaşma elementlərini və innovasiya funksiyalarına keçilməsi proseslərini. Bu iki mühüm amilin dünya iqtisadiyyatına və dünya bazarına təsiri, tranformasiya proselərini, dünya iqtisadiyyatının inkişafında tamamilə yeni mərhələ kimi baxılmasına bəs edə bilər. Digər tərfdən, hazırda dünya iqtisadiyyatına daxil olan ölkələrin əksəriyyətinin milli iqtisadiyyatları bu proseslərin təsirindən bilavasitə asılıdır və dünya təsərrüfat sistemi vahid bazar prinsipləri ilə əsasən fəaliyyət göstərməyə yaxındır. Bu baxımdan yaxın zamanda bu sistemdə yeni transformasiyaların baş verməsi gözlənilmir və dünya iqtisadiyyatının yaxın 20-30 il ərzində inkişafında əsas prioritet istiqamətlər kimi innovasiyalı iqtisadiyyatın bərqərar olması, İKT-nın sürətli inkişafı, enerji və ərzaq təhlükəsizliyinini, maliyyə-iqtisadi və neft böhranlarından qorunmaq məsələlərinin mühüm yer tutacağı gözlənilir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin