Xarici-ticarət - Beynəlxalq iqtitsadi münasibətlərin mühüm forması kimi. Dünya və beynəlxalq iqtisadi münasibətlərini son 30-50 ildə nisbətən sürətli inkişaf yolu keçə bilmiş və bir sıra mühüm inkişaf istiqamətləri formalaşmışdır:
mal və əmtəələrin beynəlxalq ticarəti;
sahibkarlığın və kapitalın beynəlmilləl hərəkəti;
işçi qüvvəsinin beynəlxalq miqrasiyası;
beynəlxalq kooperasiyanın inkişafı;
beynəlxalq elmi-texniki əməkdaşlıq və s.
Bu istiqamətlərin içərisində həcminə və əhəmiyyətinə ğörə mühüm yer tutan sahə - Beynəlxalq ticarətdir. Belə ki, Beynəlxalq ticarət xarici ticarət fəaliyyətinin adətən 80-90%-ini təşkil edir.
Benyəlxalq ticarət idxal və ixracdan ibarətdir. Ölkələrin xarici ticarət dövriyyəsində əsas dünya ticarəti göstəriciləri bunlardır:
İdxal - ölkə hüdudlarından kənardan ölkəyə mal və xidmətlərin gətirilməsidir. Material qiymətlilərin gətirilməsi və daxili bazarda satılması görünən idxal kimi səciyyələndirilir. Komplektləşdirici məmulatların, yarımfabrikatların gətirilməsi isə dolayı idxal sayılır. Malların daşınması, sərnişinlərin aparılması, turistlərin, texnologiyaların və digər xidmətlərin sığortalanması üzrə xarici valyuta da çəkilən xərclər gözə görünməyən idxal kimi giymətləndirilir.
İxrac - xarici alıcılara satılmaq və yaxud başqa ölkədə emal edilmək üçün ölkədən çıxarılan mal və xidmətlərdir. Buna həm də yüklərin tranzit daşınması, digər ölkədən gətirilmiş malların üçüncü ölkəyə satılması üçün çıxarılması (yenidən ixrac) və sair proseslər də aiddir.
Artım tempi -hesabat ilindəki göstəricilərin baza ilinə olan müqayisəsidir;
İstehsalın artımına nisbətən artım tempi - ölkədəki istehsalın məhsuldarlığına, mal və xidmətlərin artımına nisbətən, həmçinin ölkənin məhsuldar qüvvələrinin inkişaf səviyyəsinə nisbətən artım nəzərdə tutulur;
Dünya ticarətinin keçən illərə nisbətən artım tempi -beynəlxalq ticarətin carı ildəki həcminin keçən ilə nisbətən müqayisəsi.
Qeyd etmək lazımdır ki, xarici ticarətin inkişafına təsir edən əsas amillər aşağıdakılardır:
beynəlxalq əmək bölgüsü prosesləri;
iqtisadiyyat strukturlarının modernləşdirilməsi, bu sahələrə yeni texnologiyaların gətirilməsi;
transmilli şirkət və kompaniyaların güclənməsi;
Beynəlxalq ticarət münasibətlərinin effektivli tənzimlənməsi, ticarətin sərbəstləşdirilməsi üzrə dünya ölkələrində aparılan tədbirlərin sürətlənməsi, süni baryerlərin və inzibati müdaxilələrin azalması;
Dünya ticarəti inteqrasiya məkanının genişlənməsi, innovasiya iqtisadi münasibətlərin formalaşması, yeni iqtisadi vasitələrin sərbəst (azad, xüsusi) ticarət zonalarının yaradılması və s.
Hazırda dünyada ən çox diqqəti cəlb edən proseslərdən biri dünya ticarətinin bütün sferalarının innovasiyalaşdırılması və bu proseslərdə maksimum dünya birliklərinin ümumi maraqlarının qorunması meyllərinin güclənməsidir.