Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Gömrük siyasəti və gömrük xidməti üzrə əsas alətlər



Yüklə 0,68 Mb.
səhifə44/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

6.3. Gömrük siyasəti və gömrük xidməti üzrə əsas alətlər.

Beynəlxalq iqtisadi əlaqələr sistemi genişləndikcə, və xarici-ticarət fəaliyyəti daha qlobal səviyyədə qalxdıqca, gömrük tənzimləməri mühüm əhəmiyyət kəsb edir. Ayrı-ayrı dövlətlər, ölkə qrupları, beynəlxalq iqtisadi qurumlar, gömrük rüsumları və nizamlanması hesabına mal və əmtəələrin hərəkəti üzrə beynəlxalq razılaşmaları, sazişləri həyata keçirə bilir. Bu sahədə məhdudiyyətlərin tətbiqi realleşdırılır, tənzimlənir və s.


Gömrük - dövlət idarəsi olmaqla, malların sərhəddən çıxarılması və ölkəyə gətirilməsi üzrə bütün növ əməliyyatlara nəzarət edir və sənədləşdirir
Gömrük bəyannaməsi - xarici-ticarət əməliyyatlarında, beynəlxalq iqtisadi əlaqələr üzrə digər fəaliyyət sahələrindəki əməliyyatlar zamanı mal və xidmətlərin (ixrac və idxal) hərəkətini, sərhədlərdən keçməsi üzrə rejimləri, tranzit rejimləri, neytral regimləri və sair bu kimi prosedurları özündə əks etdirən və həm də icazə xarakteri daşıyan sənəddir. Bu sənədlər mal və xidmətlərin sahibəlri, fiziki və hüquqi şəxslər tərəfinən hazırlanır və onlar burada göstərilənlərə birbaşa məhsuliyyət daşıyırlar.
Gömrük dəyəri - mal və xidmətlərin sərhədi keçən zamanı müəyyənləşdirilmiş və qeyd edilmiş qiymətləri ilə hesablanır.
Gömrük tarifləri - Beynəlxalq iqtisadi əlaqələr və xarici ticarət fəaliyyəti üzrə klassik nizamlanma metotdur.
Gömrük tarifinə - gömrük rüsumları, daxildir və bu rüsumlar idxal və ixrac əməliyyatları üzrə müəyyənləşdirilir. Gömrük tariflərinin köməyi ilə bir çox ölkələr idxalı nizamlayır və daxili bazarı milli maraqları qorunmağa çalışır.
Ticarət məhdudlaşdırılmaların tarifləşdirilməsi - gömrük rüsumlarının azaldılması üzrə Sazişlər və tədricən qeyri-tarif baryerlərinin aradan qaldırılması ilə nizamlanır.
Gömrük rüsumları - sərhədlərdən keçən zamanı mal və xidmətlərin, qiymətli əşyalardan və əmlakdan tutulan dövlət pul yığımlarıdır (vergiləridir). Gömrük rüsumları hər bir mal və mal qrupları üzrə gömrük tariflərinə əsasən, müəyyənləşdirilir.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin