Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Mövzu 8. Xarici iqtisadi siyasətin formalaşmasında iqtisadi təhlükəsizlik məsələləri



Yüklə 0,68 Mb.
səhifə55/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Mövzu 8. Xarici iqtisadi siyasətin formalaşmasında iqtisadi təhlükəsizlik məsələləri.


8.1. İqtisadi təhlükəsizlik anlayışının mahiyyəti.
8.2. Ölkənin milli iqtisadi təhlükəsizliyinin və beynəlxalq iqtisadi təhlükəsizliyin qarşılıqlı aspektləri.
8.3. Təhlükəsizlik səviyyələri və iqtisadi təhlükəsizlik.
8.4. Azərbaycanın iqtisadi təhlükəsizlik diplomatiyası.


8.1. İqtisadi təhlükəsizlik anlayışının mahiyyəti.


İqtisadi təhlükəsizlik - iqtisadiyyatın sabit və dinamik inkişafının təmin edilməsi, davamlı iqtisadi artımın təşkili, iqtisadi istehlakın effektivli təmin edilməsi, ehtiyatların və milli resursların hərəkətinə nəzarət, milli və beynəlxalq səviyyələrdə milli iqtisadi maraqların qorunması proseslərindən ibarətdir.
İqtisadi təhlükəsizliyin obyektlərinə - bütövlükdə iqtisadi sistem, o cümlədən onun mühüm elementləri olan təbii varlıqlar, istehsal və qeyri-istehsal fondları, əmlak, maliyyə resursları, işçi qüvvəsi və insan resursları, təsərrüfat strukturları, ailə, şəxsiyyət və sairlər daxildir.
İqtisadi təhlükəsizlik qorxusu - dövlətin, şəxsiyyətin və cəmiyyətin iqtisadi maraqlarına zidd olan və təhlükə yaradan hallardan və proseslərdən ibarətdir.
İqisadi təhlükəsizliyin əsas göstəriciləri - ÜDM-un artımı, əhalinin əksəriyyətinin həyat və yaşayış səviyyəsinin yüksək olması, inflyasiya tempi, işsizliyin səviyyəsi, iqtisadiyyatın strukturunun effektivliyi, əhalinin təbəqələşməsi, iqtisadiyyatın kriminallaşdırılması və korrubsiyalaşdırılması, təsərrüfatın texniki bazasının vəziyyəti, elmi-tədqiqat və konstruktor təcrübə işlərinə ayrılan xərclər, ölkənin daxili və xarici borcu və sairlər aiddir.
İqtisadi təhlükəsizlik tədbirlərinin görülməsi - ölkənin daxili və xarici təhlükəsizliyini təmin etmək məqsədi ilə, görülən tədbirlərin məcmuəsidir.
Qeyd etmək lazımdır ki, təhlükəsizlik problemləri bütün dövrlərdə insanların və dövlətlərin mühüm proiritet sahələrindən biri olmuşdur - Bu amilin effektivli təminatı səmərəli fəaliyyətin və yüksək inkişafın əsas zəminlərindəndir. Bu tip proseslərin «iqtisadi təhlükəsizlik» - termini kimi formalaşması XIX əsrdən başlamışdır. İqtisadi təhlükəsizlik siyasi iqtisadiyyatın bir kategoriyası kimi dövlət və onun vətəndaşları, digər dövlətlərlə münasibətləri özündə əks etdirən sistem halında milli iqtisadi sektorların davamlı inkişafının təmin edilməsi, yüksək iqtisadi göstəricilərin reallaşdırılması və bu proseslərdə milli maraqların qorunmasıdır.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin