Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


İqtisadi təhlükəsizliyin üç səviyyəsini xüsusilə fərqləndirirlər



Yüklə 0,68 Mb.
səhifə56/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

İqtisadi təhlükəsizliyin üç səviyyəsini xüsusilə fərqləndirirlər:
 individ;
 ölkələr;
 dünya iqtisadi sistemi.
Bütövlükdə, iqtisadi təhlükəsizlik problemləri hər bir şəxsin, ölkənin, təsərrüfat subyektinin gündəlik fəaliyyətində aktualdır və bu amillər iqtisadi təhlükəsizlik problemlərinin optimal həll edilməsi məsələlərinin müasir dövrün ən mühüm prioritet vəzifələri sırasına daxil etmişdir.


8.2. Ölkənin milli iqtisadi təhlükəsizliyi və beynəlxalq iqtisadi təhlükəsizliyin qarşılıqlı aspektləri.

Hələ XX əsrin əvvələrində milli və beynəlxalq iqtisadi təhlükəsizlik problemləri sürətlə artmağa başlamışdı və bu problemlərin həllinin prioritet istiqamətləri hər bir dövlətin milli maraqları çərçivəsinə qalxmaqda idi. I Dünya müharibəsindən sonra millətlərin barış məsələləri öz tarixi təsdiqini tapa bilmədi, iqtisadi maraqlar arxa plana keçdi, bir sıra sürətlə, silahlanmaqda olan dövlət rejimləri (Almaniya və s.) dağıldıcı, işğalçı müharibələrə can atırdı və nəticədə bütün dünya üçün ağır fəsadlar törədən II Dünya müharibəsi baş verdi (1939-1945-ci illər). Bu müharibənin ardından isə iki düşmən sistem - kapitalizm və sosializm sistemləri ölkələri arasında «soyuq müharibə» siyasəti fomalaşdı.


Şübhəsiz, bu proseslərdə milli və beynəlxalq iqtisadi maraqların təmin edilməsi, milli və beynəlxalq iqtisadi təhlükəsizlik prinsipərinin formalaşması, prioritetlərinin müəyyənləşdirilməsi gərgin səylər tələb edirdi.
Bundan əlavə, Beynəlxalq əmək bölgüsü prinsiplərinin sürətli inkişafı və dərinləşməsi, Beynəlxalq iqtisadi münasibətlərin həcminin artması, inteqrasiya proseslərinin sürətlənməsi, ayrı-ayrı ölkələrin milli iqtisadiyyatlarının beynəlmilləşməsinə gətirib çıxardı və bu iqtisadiyyatlar əsasən bir-birindən asılı vəziyyətə düşdülər. Başqa sözlə, dünya təsərrüfat sistemi prosesləri milli iqtisadiyyatlara öz ciddi təsirini formalaşdıra bildi.
Qeyd etmək lazımdır ki, bu prosesləri inkar edən, yaxud öz ərazilərində məhdudlaşdıran, başqa sözlə dünya təsərrüfat sistemi proseslərindən təcrid olan və yaxud nisbətən məhdudlaşdırılan ölkələr özlərinin iqtisadi inkişaf proseslərinə, yaxud milli iqtisadi təhlükəsizliklərinin təmin edilməsinə, milli maraqlarına ciddi zərbə vurublar. Məsələn, Albaniyanın uzun illər ərzində təcridi və iqtisadi inkişafdan region və dünya ölkələrinə nisbətən olduqca geri qalmasını göstərmək olar. Bundan əlavə, uzun bir dövr ərzində keçmiş SSRİ, Çin və Hindistan kimi iri dövlətlərin külli təbii ehtiyatlara, insan resurslarına arxalanaraq bütün aspektlərdə «tam müstəqil» olmaq istəkləri, bu dövlətlərin dünya iqtisadi proseslərinə fəal şəkildə inteqrasiya etməyə imkan verməmiş və iqtisadi inkişaf baxımından 50-70 il bir dövrün itirilməsi ilə nəticələnmişdir. Digər tərəfdən sərbəst bazar ticarətinə və bazar iqtisadiyyatına malik olmayan SSRİ sonda süquta uğramış və bu imperiyanın qoltuğundan çıxmış yeni dövlətlər isə, öz milli və beynəlxalq maraqlarının qorunması, milli iqtisadi və beynəlxalq iqtisadi təhlükəsizlik problemlərinin həlli üçün tarixi səylər göstərməli oldular.
Qeyd etmək lazımdır ki, milli və beynəlxalq iqtisadi maraqların qorunması və onların arasındaki qarşılıqlı aspektlərin mühüm xüsusiyyətləri dünya və regional, beynəlxalq iri iqtisadi qurumların, ticarət bloklarının, maliyyə-kredit institutlarının fəaliyyətində öz əksini tapmışdır.
Təhlillər göstərir ki, bağlı, tərcid edilmiş milli iqtisadiyyatın ömrü uzun, fəaliyyəti isə səmərəli ola bilməz və bu tip iqtisadiyyatlar axır-əzəl iflasa uğramalıdır. Milli maraqların. Milli iqtisadi və beynəlxalq iqtisadi təşlükəsizliyin qarşılıqlı mahiyyəti, Beynəlxalq əmək bölgüsündən ən fəal sürətdə yararlanmaqda, milli iqtisadiyyatların dünya təsərrüfat sisteminə surətli qovuşmasında, inteqrasiya proseslərinin genişləndirilməsində, beynəlxalq əməkdaşlığın gücləndirilməsində baş verən proseslərlə bağlıdır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin