Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti


Təhlükəsizlik səviyyələri və iqtisadi təhlükəsizlik



Yüklə 0,68 Mb.
səhifə57/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

8.3. Təhlükəsizlik səviyyələri və iqtisadi təhlükəsizlik.

Hər bir ölkənin dünyadakı siyasi və iqtisadi proseslərdəki uğurlu fəaliyyətinin başlıca amillərindən biri təhlükəsizliyin səviyyəsi məsələsidir. Bu kateqoriyalı təhlükəsizliyin bir neçə səviyyəsi fərqləndirilir:


Dövlətin təhlükəsizliyi - bu proseslərdə dövlət özünün aparıcı müdafiə, siyasi və iqtisadi sistemləri, dövlət orqanları və digər mühüm strukturları (sistemlər, ictimai qruplar, cəmiyyət, vətəndaşlıq birlikləri və s.) vasitəsi ilə siyasi qrupların, istehsal güclərinin və ictimai birliklərin effektivli idarəedilməsini və dövlətin prioritet vəzifələrini yerinə yetirilməsində nizamlanmanı təmin edir;
Cəmiyyətin təhlükəsizliyi - bu halda ölkədə ictimai institutların, hüquqi norma və aktların, ictimai təfəkkürün inkişafının sahəsində ölkə vətəndaşlarının həmrəylik proseslərinin möşkəmlənməsi, vətəndaşların hüquq və sərbəstliyi (azadlığı), onların ictimai maraqları təmin olunur;
Şəxsiyyətin təhlükəsizliyi - bu halda şəxsiyyətinin sosial keyfiyyətlərinin, bacarığının reallaşdırılması, bu proseslərdə dövlət və cəmiyyət tərəfindən maneələrə rast gəlməməsi üçün ölkədə demokratik institutlar, hüquq və əxlaq normalarının aliliyi təmin edilir.
Dövlətin milli təhlükəsizliyi anlayışında aşağıdaki göstəricilər üstünlük təşkil edir:
 Beynəlxalq miqyasda və cəmiyyətdə mühüm töhfələrin reallaşdırılması (iqtisadi, maliyyə köməyi, elm və texnologiya);
 Dünya miqyasında ölkənin potensialının gerçəkləşdirilməsi (valyuta maliyyə resursları, beynəlxalq siyasət məsələlərində fəal iştirak, beynəlxalq arenada effektivli fəaliyyət göstərmək);
 İnkişaf amilləri və vasitələri (coğrafi şərait, əhalinin sayı, təbii şərait, iqtisadi güc, mudafiə qüvvələri, milli əxlaq, diplomatiya və beynəlxalq səviyyədə mudafiə məsmələləri üzrə əməkdaşlıq);
 Güc təzyiqi imkanları (hərbi güc, strateci materiallar və texnologiyalar, iqtisadi hakimiyyət, diplomatik imkanlar və s.).
Göründüyü kimi, hər bir dövlətin təhlükəsizlik məsələlərində baza göstəriciləri kimi mühüm əhəmiyyət kəsb edən amillərin sırasında iqtisadi təhlükəsizlik və iqtisadi diplomatiya komponentləri üstünlük təşkil edir.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin