Dərs vəsaiti Sumqayıt 2015 Azərbaycan Respublikasi Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti



Yüklə 0,68 Mb.
səhifə66/85
tarix19.09.2023
ölçüsü0,68 Mb.
#129090
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   85
Şəfa Əliyev-Azərbaycanın xarici iqtisadi siyasəti-Dərs vəsaiti-2015-prof. Şəfa Əliyev

Avropa İttifaqı - Avropa ölkələrinin iqtisadi inteqrasiyasından yaranmışdır. Bu quruma 25 ölkə daxildir: Belçika, İtaliya, Lüksemburq, Niderland, Almaniya, Fransa, Danimarka, İrlandiya, Böyük Britaniya, Yunanıstan, İspaniya, Portuqaliya, Avstriya, Finlandiya, İsveç, Polşa, Çexiya, Macarıstan, Slovakiya, Litva, Latviya, Estoniya, Sloveniya, Kipr və Malta.
Bu qurumun əsas məqsədi Avropa vətəndaşlığının yaranması, azadlıq, təhlükəsizlik və asayişin-qanunun təmin edilməsi, iqtisadi və sosial tərəqqinin inkişafı, dünyada Avropanın rolunun güclənməsidir.
Dünyanın ən böyük qurumu isə Birləşmiş Millətlər Təşkilatıdır (BMT). Bu qurum 1945-ci ildə yaranıb və onun qərargahı Nyu-Yorkda yerləşir.
Digər iri bir qurum Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatıdır (ATƏT). Bu təşkilata ABŞ, Kanada, bütün Avropa ölkələri və keçmiş SSRİ ölkələri daxildir.
Millətlər Liqası adlanan quruma isə keçmişdə Britaniya İmperiyasına daxil olan ölkələr aiddir: Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zellandiya, CAR, Hindistan, Pakistan, Şri-Lanka, Qana, Malayziya, Sinqapur, Kipr, Nigeriya, Syera-Leone, Tanzaniya, Yamayka, Trinidad və Tobaqo, Uqanda, Keniya, Zambiya, Kamerun, Mozambik, Namibiya, Malavi, Malta, Qambiya, Botsvana, Qayana, Lesoto, Barbados, Mavrikiy, Svazilend, Nauru, Papua Yeni Qvineya, Konqo, Qərbi Samoa, Fidci, Banqladeş, Baham adaları, Qrenada, Seyşel adaları, Solomonlar adası, Tuvalu, Dominika, Sent-Lyusiya, Kribati, Sent-Vinvent və Qrenadınlər, Zimbabve, Belis, Antiqua və Barbuda, Maldiv Respublikası, Sent-Kristofer və Nevis, Bruney, Vanuatu.
NAFTA 1988-ci ildə ABŞ və Kanada tərəfindən yaradılmışdır. Bu qurumun məqsədi sərbəst ticarətin inkişafıdır. 1992 ildə bu quruma Meksika da daxil olmuşdur.


9.8. Postsovet ölkələrinin bazar iqtisadiyyatı şəraitində regional iqtisadi əməkdaşlıq diplomatiyası.

Keçmiş SSRİ süquta uğradıqdan sonra bu quruma daxil olan respublikaların siyasi və iqtisadi məşvərətləşməsi üçün qurumları yox idi. Bu baxımdan 1991-ci ilin dekabrda yaradılmış Müstəqil Dövlətlər Birliyi (MDB) qurumu mühüm əhəmiyyət kəsb edir. Bu qurum keçmiş Pribaltika respublikalardan savayı SSRİ-yə daxil olan 12 respublika - Rusiya. Ukrayna, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova daxildirlər.


Qeyd etmək lazımdır ki, bu qurumda iqtisadi regional inteqrasiya proseslərinin sürətlənməsinə nail olunmamışdır. Belə ki, bu ölkələr 15 ilə yaxındır ki, sərbəst ticarət zonasının yaradılması haqqında razılığa gelə bilmirlər və bu məsələnin baxılması 2010-cu ildən sonraya saxlanılmışdır. MDB dövlətləri arasında vahid inteqrasiya məkanı olmasa da bu quruma daxil olan bir sıra ölkələr arasında vahid inteqrasiya məkanı yaradıla bilmişdir. Məsələn, Rusiya, Belarus, Qazaxıstan arasında eyniləşdirmiş vahid gömrük rejimi və inteqrasiya məkanı yaradılmışdır. MDB dövlətləri uzun müddət vahid valyutadan danışsalar da bunun mexanizmini qura bilməmişlər. Bu dövlətlər arasında ikitərəfli strateji əməkdaşlığa daha çox üstünlük verilir. Digər tərəfdən, bu dövlətdlərdən 5-nin (sonradan 4-ü qalıb) iştirakı ilə GUAM regional təşkilatı yaradılmışdır. GUAM-a hazırda Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova daxildir.
MDB dövlətləri Qara Dəniz əməkdaşlıq təşkilatının yaradılmasında fəal rol oynamışlar. Bu təşkilat 1992-ci ildə yaradılmışdır. Həmin təşkilata Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Rusiya, Ukrayna, Albaniya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Türkiyə daxildirlər.
Qeyd etmək lazımdır ki, beynəlxalq və rejional iqtisadi inteqrasiya prosesləri bir çox sahələrin sürətli inkişafına əsaslı təsir göstərir:
 sərbəst ticarət zonalarının yaradılması;
 iştirakçı ölkələrin ticarət əməliyyatlarının genişlənməsi;
 investisiyaların cəlb edilməsinə münbit şərait yaradır;
 qarşılıqlı ticarətdə gömrük maneələrini aradan qaldırır;
 bu tip qurumlarda yaradılan gömrük ittifaqları və ticarət rejimləri ticarət əməliyyatlarını və iqtisadi əməkdaşlığa daxil olan digər fəaliyyət növlərini stimullaşdırır, vahid gömrük və ticarət siyasətinin formalaşmasına imkan verir;
 bu tip quruma daxil olan ölkələr arasında yaradılan ümumi bazarlar nəticəsində qarşılıqlı ticarətdə effektivlik artır, mal, xidmət, kapital və vətəndaşların sərbəst hərəkəti mümkün olur;
 bu qurumlar daxilində yaradılan iqtisadi ittifaqlar ölkələrarası makroiqtisadi siyasətin nizamlanması, sosial-iqtisadi proseslərin istiqamətləndirilməsi üzrə region üçün münasib olan siyasətin formalaşmasına şərait yaradır, gələcəkdə vahid valyutanın tətbiqini stimullaşdırır.



Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin