5. Dünya iqtisadiyyatında rəqabətlilik standartları.
Rəqabət standartların mahiyyəti. Rəqabət standartlarının əsas istiqamətləri və göstəriciləri. Ayrı-ayrı ölkələrin rəqabət qabiliyyətliliyi problemləri. Rəqabət qabiliyyətli standartların xarici iqtisadi siyasətin formalaşmasında rolu. Rəqabət standartlarının dünya iqtisadi proseslərinə təsiri. Rəqabət qaydalarının formalaşmasında Roma müqaviləsinin (1957 il) rolu. Milli iqtisadiyyatların rəqabət qabiliyyətinin təmin edilməsi prosesləri və bu sahədəki problemlər. Dünya iqtisadiyyatının rəqabət qabiliyyətinə təsir edən mühüm amilləri.
6. Maliyyə - kredit siyasəti.
Maliyyə anlayışının mahiyyəti. Valyuta - kredit siyasətinin əsas aspektləri. Maliyyə sistemi və onun spesifik xüsusiyyətləri. Dövlətin xarici valyuta siyasəti. Valyuta tənzimlənməsi və valyuta məzənnəsi. Ölkənin tədiyyə balansı siyasəti. Ayrı-ayrı ölkələrin valyuta-kredit siyasəti. İri Beynəlxalq iqtisadi maliyyə, pul, kredit qurumları və onların valyuta - kredit siyasəti. İri Beynəlxalq maliyyə, valyuta - kredit qurumlarının ayrı-ayrı ölkələrinin iqtisadi inkişafına təsiri məsələləri. Bazar iqtisadiyyatı şəraitində və qloballaşma mühitində valyuta-kredit siyasətinin transformasiyası.
7. Beynəlxalq əmək bölgüsü sistemində xarici iqtisadi siyasətin təşkili.
Dünya ölkələrinin iqtisadi əməkdaşlıq əlaqələrinin sürətləndirilməsini şərtləndirən amillər. Beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri. Beynəlxalq elmi-texniki əməkdaşlıq siyasətinin spesifik xüsusiyyətləri. Dünya ölkələrinin demoqrafik və miqrasiya problemləri və bu proseslərdə xarici iqtisadi siyasət konsepsiyasında işçi güvvəsinin rolunun qiymətləndirilməsi. Mal və xidmətlərin ölkələrarası sürətli hərəkətində manelərin aradan qaldırılması. Kapitalın sərbəst axını və səmərəlilik məsələləri.
8. Xarici investisiya siyasəti.
Dünya iqtisadiyyatının inkişafında investisiyaların rolu. Xarici investisiyaların axınının gücləndirilməsi. Qloballaşma mühitində investisiya siyasəti. Xarici iqtisadi siyasətin formalaşmasında xarici investisiyaların yatırılmasının əsas prinsipləri. Xarici investisiyaların formalaşmasında Beynəlxalq Sazişlər və razılaşmalar. İnkişaf etmiş ölkələrin kapital ixracı üzrə xarici iqtisadi siyasəti.
Dostları ilə paylaş: |