Dərsdə halogenləRİ TƏYİn etdiK İsgəndər Səklikov



Yüklə 86,5 Kb.
səhifə1/3
tarix05.01.2022
ölçüsü86,5 Kb.
#111507
növüDərs
  1   2   3

Kimya məktəbdə




DƏRSDƏ HALOGENLƏRİ TƏYİN ETDİK
İsgəndər Səklikov
Goranboy rayonu Səfikürd kənd tam orta məktəbinin kimya-biologiya müəllimi, Əməkdar müəllim, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin (2011) qalibi

Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə yaxınlaşması, uzlaşması, inteqrasiyası artıq dönməz şəkil almışdır. “Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)” respublikanın bütün ümumtəhsil müəssisələrində öz tətbiqini geniş şəkildə tapmaqdadır.

“Milli Kurikulum” müəllim fəaliyyətində, öyrətmə metodlarında, öyrənmə səriştəliliyində, mənimsəmə və tətbiq edə bilmək qabiliyətində ciddi dönüş yaradılmasının çox mühüm metodlarını təklif və tələb edir.

Artıq hər hansı bir fənni şagirdə təkcə yaddaşa əsaslanmaqla mənimsətmək mümkün deyildir. Bu proses yaddaş, idrak, məntiq və təfəkkürün birgə tətbiq olunmaqla həyata keçirilməsini vacib edir.

“Milli Kurikulum” müasir təhsil sistemində müasir təlim metodlarının, müasir təlim texnologiyalarının, müasir yanaşmaların və s. tətbiqini tələb edir.

Kimya fənninin tədrisi də digər təbiət fənləri kimi müasir təlim üsulları ilə həyata keçirilməlidir.

Məlum olduğu kimi hamı məktəbi bitirdikdən sonra özünə kimyaçı ixtisasını seçmir. Lakin hamı həyatı boyu müəyyən dərəcədə bu və ya digər kimyəvi maddələrlə təmasda olur və onların təsirini hiss edir. Ona görə də kimyanı şagirdlərə sevdirmək üçün müəllm dərs zamanı ən optimal üsulları seçib həyata keçirməyə çalışmalıdır.

Təcrübələr göstərir ki, şagirdlər özlərinin yaxından iştirakı ilə bilavasitə özlərinin icra etdikləri məsələləri uzun müddət yaddaşlarında saxlayırlar.

Kimya daha çox praktik fənn olduğu üçün bu fənnin mənimsənilməsi prosesi təkcə hafizəyə əsaslanmaqla həyata keçirilə bilməz. Müəyyən, çox mühüm həyati əhəmiyyətli məsələlərin əyani yolla həlli fənnin daha çox sevilməsinə və maraqla mənimsənilməsinə zəmin yaradır.

Bu və ya digər kimyəvi reaksiyaların şagirdlər tərəfindən icra olunması onlarda özünə inam, yaradıcılııq, elmilik, müstəqillik, sərbəstlik, aydın mühakimə yürüdə bilmək kimi xüsusiyyətlər formalaşdırır.

Müşahidələr göstərir ki, hətta başqa peşə sahibləri uzun illər ötməsinə baxmayaraq aparılmış kimya təcrübələrinin nostalji hislərini yaşamaqdadırlar. Bir ingilis dili müəllimi olan həmkarım 20-22 il bundan əvvəl apardığı hidrogenen, oksigenen və asetilenin laboratoriyada alınması reaksiyalarını incəliklərinə qədər təsvir etməsini heyranlıqla dinlədim.

Təxminən 30 il bundan əvvəl, yeni müəllim işlədiyim dövrdə şagirdlərə aptekdən alınmış natrium-xlorid NaCl, maqnezium-sulfat MgSO4, qlükoza C6H12O6 və distillə suyu ampulaları arasından maqnezium-sulfat MgSO4 məhlulunu araşdırmaq tapşıriğı verilmişdi.

Şagirdlər bunu qazanılmış nəzəri biliklərə əsaslanaraq barium-xlorid BaCl2 məlulu ilə həyata keçirdilər. Ampulaların hər biri kəsici lövhə ilə kəsilərək onlardan bir qədər götürülüb sınaq şüşələrinə töküldü. Onların hər birinin üzərinə BaCl2 məhlulu əlavə edildi. Sınaq şüşələrinin birində ağ rəngli çəküntü alındı. Bu barium-sulfat BaSO4 çöküntüsü, sınaq şüşəsinə tökülmüş məhlul isə maqnezium-sulfat MgSO4 məhlulu idi.
MgSO4 + BaCl2 = MgCl2 + BaSO4 (ağ rəngli çöküntü)

Ba2+ + SO42- = BaSO4


Bir keçmiş şagirdim bunu bu günlərdə mənə kövrək hislərlə xatırlatdı.

Bu il “Milli Kurikulum”un tətbiqi fonunda kimyəvi birləşmələrin təyini üsullarını əyləncəli, didaktik, “Rollu oyunlar” şəklində tədris etmək qərarına gəldim.

Bu məqsəd ilə lX sinifdə “Halogenlərin müqayisəli xarakteristikası, halogenlərin təyini” mövzusu seçildl. Sinif otağı şərti olaraq elmi-tədqiqat laboratoriyası şəklində qurulmuşdu. Sinifdə olan 22 şagird hər birində 5 nəfər olmaqla 4 qrupa ayrılmışdi.(2 nəfər şagird isə üzrlü səbəbə görə dərsdə iştirak etmirdi).

Beləliklə...




Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin