Bakı Mühəndislik Universiteti Fizika müəllimliyi ııı kurs Fizikanın Tədrisi Metodikası (SDF3) Tələbənin adı və soyadı: __________________________ DƏRSİN İCMALI VII SİNİF Mövzu: Qüvvə.Əvəzləyici qüvvə.Nyuton Qanunları
Standartlar: 1.1.1. Mexaniki hadisələri və onların başvermə səbəblərini şərh edir.
3.1.1. Mexaniki hadisələrə dair cihaz və avadanlıqlardan istifadə edir.
3.1.2. Mexaniki hadisələrə uyğun fiziki kəmiyyətləri ölçür, hesablamalar aparır.
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə qravitasiya qarşılıqlı təsirinin rolunu izah edir.
Məqsəd: Qüvvə və əvəzləyici qüvvə anlayışlarının fiziki mahiyyətini sadə şəkildə şərh edə bilmək
Ətalətliliyin miqdar ölçüsünün kütlə olduğunu sadə təcrübələrlə əsaslandırmaq
Nyutonun II qanununun cisimlərin mexaniki hərəkətinin əsas qanunlarından olduğunu şərh edə bilmək
Cisimlərin qarşılıqlı təsir qanununa əsasən kütləni təyin edə bilmək
İş forması: Bütün siniflə iş,qruplarla iş.
İş üsulu: Müşahidə,nümayiş,analiz.
Resurslar: Slaydlar,futbol topu,şüşə qab,su.
Dərsin gedişi:
I mərhələ: Problemin qoyuluşu.Motivasiyanın yaradılması.
Motivasiya yaratmaq məqsədilə dərsin adını təyin etmək şagirdlərin öhdəsinə buraxılır. Bunun üçün video nümayişindən istifadə olunur. Videoya baxan şagirdlər müxtəlif versiyalar səsləndirərək,keçiriləcək mövzunun qüvvə ilə bağlı olacağı qərarına gəlirlər. Qərar doğru olduqdanb sonra elektron lövhədə dərsin adı nümayiş olunur.
II mərhələ: Dərsin izahı
QÜVVƏ. ƏVƏZLƏYİCİ QÜVVƏ.
1. Cismə digər cisimlər təsir etmirsə, o, sürətini dəyişmir.
2. Cismin sürəti yalnız ona başqa cisimlər təsir etdikdə dəyişir.
3. Təsir həmişə qarşılıqlıdır: bir cisim digərinə təsir etdikdə digər cisim də ona əks təsir göstərir.