Ətalətliliyin ölçüsü nədir? Ətalətlilik bütün cisimlərə xasdır: yük və minik avtomobilinə, qu tükünə, qələm diyircəyinə və s. Lakin bu cisimlərin ətalətlilikləri fərqlidir. Ətalətlilik cismin kütləsindən asılıdır: böyük kütləli cisim, əlbəttə ki, kiçik kütləli cisimdən daha ətalətlidir.
Cismin ətalətlilik ölçüsü – kütlədir.
Beləliklə, kütlə təbiətin iki xassəsini müəyyən edir: cismin ətalətlilik xassəsini və qravitasiya sahəsinin xassəsini.
NYUTONUN II QANUNU.
Bilirsiniz ki, cismin sürət dəyişməsinin bu dəyişməyə sərf olunan baş verdiyi zamana nisbəti təcil adlanır. Qüvvənin təsiri altında cisim təcil alır. Təcil cismə təsir edən qüvvədən və kütləsindən asılıdır: eyni qüvvənin təsiri ilə kütləsi kiçik olan cismin aldığı təcil daha böyük olur. Beləliklə, Nyuton mexaniki hərəkətin ümumi qanununu – Nyutonun II qanununu müəyyən edir:
Burada m – cismin kütləsi, F→ – cismə təsir edən əvəzləyici qüvvə, a→ – bu qüvvənin təsiri altında cismin aldığı təcildir. Təcil həmişə əvəzləyici qüvvə istiqamətinə yönəlir. Cismə təcil verən əvəzləyici qüvvə:
F→ =ma→. Buradan qüvvə vahidi nyutonun əsas vahidlərlə ifadəsi alınır:
NYUTONUN III QANUNU
İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir. Bu qanun Nyutonun III qanunu adlanır:
F1 = -F2 Burada F1 və F2 – uyğun olaraq bir düz xətt üzrə yönələn təsir və əks-təsir qüvvələri, mənfi işarə isə bu qüvvələrin əks istiqamətlərə yönəldiyini bildirir. Qüvvələrin modullarının bərabərliyində Nyutonun II qanununu nəzərə aldıqda:
Qarşılıqlı təsirdə olan cisimlərin aldığı təcillərin modulları onların kütlələri ilə tərs mütənasibdir.
Qiymətləndirmə (Qruplarla iş): “Qüvvələri birləşdir!Tapşırıqları tez və düzgün yerinə yetir,qrupuna qalibiyyəti qazandır” Başlığı altında kiçik yarış təşkil olunur. Şagirdlər qruplara bölünərək sıra ilə cədvəldə əks olunan sualları cavablandırırlar. Sualları düzgün və tez cavablandıran komanda qalib hesab olunur. Daha sonra cavab vərəqləri qiymətləndirmə etmək üçün yığılır.
1-ci qrup TƏCİL 2-ci qrup KÜTLƏ 3-cü qrup QÜVVƏ 4-cü qrup HƏRƏKƏT