DƏRSİN GEDİŞİ :
Sinifdəki şagirdlər 4 qrupa bölünür;
Qrupa liderlər seçirik.
I Qrup : - Period
II Qrup : - Tezlik
III Qrup : - Yerdəyişmə
IV Qrup : - Amplitud
Sinifdəki şagirdlərə suallar verirəm;
Sual 1 : - Periodiklik nədir ?
Sual 2 : - Periodik hərəkətlərə aid hansı hadisələri misal göstərə bilərik ?
Sual 3 : - Mexaniki rəqsi hərəkət nədir ?
Sual 4 : - Mexaniki rəqsləri neçə cür rəqqasla müşahidə etmək olar ?
Sual 5 : - Rəqsi hərəkətin əsas xarakteristikaları hansılardır ?
MOTİVASİYANIN QOYULMASI :
Maddə zərrəsinin qarşılıqlı təsiri nəticəsində enerji ya bir yerdən başqa yerə daşınır, yaxud da, bir növdən digərinə çevrilməklə müstəqil dəyişmələr yaradır. Mexaniki enerji iki müxtəlif üsulla daşınır ; maddə zərrəsinin hərəkəti ilə, dalğa formalı hərəkətlə.
Sual 1 : - Akvariumdakı suya kiçik bir daş ataq. Bu zaman hansı hadisə baş verər ?
( Təcrübələr şagirdlər tərəfindən aparılır ).
Sual 2 : - İndi həmin akvariuma tenis topu ataq ( bu isə plakatda göstərilir ).
Sual 3 : - Ləpənin yayılmasına və topun rəqsi hərəkətinə səbəb nədir ?
Şagirdlərdən biri təcrübəni göstərməklə bərabər izah edir ki, ləpənin yayılmasına
və topun rəqsi hərəkətinə səbəb, həm suya, həm də topa verilən kinetik enerjidir.
Sual 4 : - Bu misalda hansı 2 mühüm hadisə diqqəti cəlb edir ;
1) ləpə yayılarkən su kütləsinin daşınması .
2) suya verilən enerjinin ləpənin yayıldığı istiqamətdə ötürülməsi.
Nəticə : Deməli rəqsi hərəkət edən sudur, daşınması isə enerjidir. Deməli, dalğa mühitdə
rəqsi hərəkətin yayılmasıdır, bu yayılma zamanı enerji daşınır.
Sual : Dalğa nədir ?
-
Rəqsi hərəkətin bir yerdən başqa yerə yayılmasına dalğa deyilir. Bu dalğalara
mexaniki dalğalar da deyilir. Bunlar söylənildikdən sonra şagirdlərdən biri dalğa maşınında dalğanı göstərir.
Sual : Mexaniki dalğalar nədir və bu dalğalardan başqa daha hansı dalğalar da vardır ?
-
Mexaniki dalğa - mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır.
Mexaniki dalğalarla yanaşı elektromaqnit dalğaları və qravitasiya dalğaları da vardır.
Sual : Mexaniki dalğalarla yanaşı digər dalğaların fərqi nədən ibarətdir ?
Nəticə : Mexaniki dalğalarla digər dalğaların fərqi, mexaniki dalğa üçün elastik mühitin olmasıdır.
Dostları ilə paylaş: |