Dərsin xarakteri : Öyrədici. Dərsin növü : İnduktiv və deduktiv. İşin forması : Qruplarla iş



Yüklə 32,43 Kb.
tarix17.01.2017
ölçüsü32,43 Kb.
#475
növüDərs

C.Cabbarlı adına 6 saylı tam orta məktəbin

Fizika müəllimi Bəşirova Zahirə Cahangir qızının

fəal təlim metodu ilə keçəcəyi açıq dərsin

İCMALI.


Tarix :



Sinif : 8 2

Mövzu : Mexaniki dalğalar. Eninə və uzununa dalğalar.

Məqsəd : Mexaniki dalğalar, onların növləri, eninə və uzununa dalğalar,

dalğaların yaranmasını, işıq və səs dalğalarının müasir təlim metodu ilə

1) istiqamətləndirilmiş mühazirə, 2) qruplarla iş,

3) BİBO üsulu ilə izah etməklə öyrədilməsi.



Dərsin xarakteri : Öyrədici.

Dərsin növü : İnduktiv və deduktiv.

İşin forması : Qruplarla iş.

Üsul : Mühazirə, BİBO

Resurslar : Dalğa maşını, plakatlar,təcrübə üçün akvarium, tennis topu,

cədvəllər,komputer.



Ədəbiyyat : Dərslik VIII sinif , TQDK – nın dərsliyi.

DƏRSİN GEDİŞİ :

Sinifdəki şagirdlər 4 qrupa bölünür;

Qrupa liderlər seçirik.

I Qrup : - Period

II Qrup : - Tezlik

III Qrup : - Yerdəyişmə

IV Qrup : - Amplitud

Sinifdəki şagirdlərə suallar verirəm;



Sual 1 : - Periodiklik nədir ?

Sual 2 : - Periodik hərəkətlərə aid hansı hadisələri misal göstərə bilərik ?

Sual 3 : - Mexaniki rəqsi hərəkət nədir ?

Sual 4 : - Mexaniki rəqsləri neçə cür rəqqasla müşahidə etmək olar ?

Sual 5 : - Rəqsi hərəkətin əsas xarakteristikaları hansılardır ?

MOTİVASİYANIN QOYULMASI :

Maddə zərrəsinin qarşılıqlı təsiri nəticəsində enerji ya bir yerdən başqa yerə daşınır, yaxud da, bir növdən digərinə çevrilməklə müstəqil dəyişmələr yaradır. Mexaniki enerji iki müxtəlif üsulla daşınır ; maddə zərrəsinin hərəkəti ilə, dalğa formalı hərəkətlə.



Sual 1 : - Akvariumdakı suya kiçik bir daş ataq. Bu zaman hansı hadisə baş verər ?

( Təcrübələr şagirdlər tərəfindən aparılır ).



Sual 2 : - İndi həmin akvariuma tenis topu ataq ( bu isə plakatda göstərilir ).

Sual 3 : - Ləpənin yayılmasına və topun rəqsi hərəkətinə səbəb nədir ?

Şagirdlərdən biri təcrübəni göstərməklə bərabər izah edir ki, ləpənin yayılmasına

və topun rəqsi hərəkətinə səbəb, həm suya, həm də topa verilən kinetik enerjidir.

Sual 4 : - Bu misalda hansı 2 mühüm hadisə diqqəti cəlb edir ;

1) ləpə yayılarkən su kütləsinin daşınması .

2) suya verilən enerjinin ləpənin yayıldığı istiqamətdə ötürülməsi.

Nəticə : Deməli rəqsi hərəkət edən sudur, daşınması isə enerjidir. Deməli, dalğa mühitdə

rəqsi hərəkətin yayılmasıdır, bu yayılma zamanı enerji daşınır.



Sual : Dalğa nədir ?

  • Rəqsi hərəkətin bir yerdən başqa yerə yayılmasına dalğa deyilir. Bu dalğalara

mexaniki dalğalar da deyilir. Bunlar söylənildikdən sonra şagirdlərdən biri dalğa maşınında dalğanı göstərir.

Sual : Mexaniki dalğalar nədir və bu dalğalardan başqa daha hansı dalğalar da vardır ?

  • Mexaniki dalğa - mexaniki rəqslərin elastik mühitdə yayılmasıdır.

Mexaniki dalğalarla yanaşı elektromaqnit dalğaları və qravitasiya dalğaları da vardır.

Sual : Mexaniki dalğalarla yanaşı digər dalğaların fərqi nədən ibarətdir ?

Nəticə : Mexaniki dalğalarla digər dalğaların fərqi, mexaniki dalğa üçün elastik mühitin olmasıdır.

Sual : Mexaniki dalğaların neçə növü vardır ?

Nəticə : Şagirdlər həm dalğaların eninə və uzununa olduğunu izah edir və dalğa maşınında eninə və uzununa dalğaları göstərirlər.

Sual : Eninə və uzununa dalğalar nəyin nəticəsində yaranır ?

Nəticə : Məişətdə istifadə olunan radio dalğalar eninə dalğalardır.

Plakatda da eninə və uzununa dalğalar göstərilir.



Nəticə : Şagirdlər tərəfindən ultrasəs dalğalar haqqında maraqlı məlumatlar söylənildi.

Sual : Mexaniki dalğaların daha hansı növləri vardır ?

Zəlzələ və ya güclü partlayış nəticəsində yerdə yaranan dalğalar seysmik dalğalardır.

Bu dalğalar birinci ( P ) , ikinci ( S ) və səth ( L ) dalğaları kimi sistemləşdirilmişdir.

Sual : Bu dalğalarla bağlı hansı vacib hadisələri deyə bilərik ?

Şagirdlər ayrılıqda Gəncə zəlzələsi, Şamaxı zəlzələsi, XX əsrin ən dəhşətli zəlzələsi Çin – Tyanşan dalğalarında baş verən zəlzələlər haqqında öz fikirlərini söylədilər.



Nəticə : 1139 – cu ildə baş verən Gəncə zəlzələsi haqqında N.Gəncəvinin fikirlərini, zəlzələdən sonra Atabəy hökmdarı Eldəgizin Gəncəni bərpa etdirməsi haqqında

N. Gəncəvinin şeirlərində təsvir etməsini şagirdlərə çatdırmaq.

Yenə də qrup şagirdlər tərəfindən “ yelta səs ” in təbiətdə, texnikada, təbiətdə rolu haqqında maraqlı fikirlər söylənildi.

Mövzunu tam mənimsətmək üçün qrup şagirdlərinə yazılı şəkildə sual verməklə cavablarını dinləmək.



I Qrup : Period

  • Zəlzələnin gücünü ölçən cihaz nədir ?

II Qrup : Tezlik

  • Dalğanın iki qonşu qabarıq nöqtələri arasındakı məsafə 6 m, onun yayılma surəti

2 m\ san –dir. Dalğadakı nöqtənin rəqs periodu nə qədərdir ?

III Qrup :Yerdəyişmə

  • Qayıq dəniz dalğalarında 2 saniyə periodla rəqs edir.Dəniz dalğası

4 m\ san surətlə yayılarsa , onun dalğa uzunluğu nəyə bərabərdir ?

IV Qrup : Amplitud

  • Okean səthindəki dalğanın uzunluğu 300 m, periodu isə 15 san-dir. Bu dalğanın yayılma surəti nə qədərdir ?

Dərsin üsulu :

BİLİRİK

İSTƏYİRİK BİLƏK

ÖYRƏNDİK

Periodiklik.

Rəqsi hərəkət.

Period.

Tezlik.


Yerdəyişmə.

Dalğalar.

Mexaniki dalğalar.

Eninə və uzununa dalğalar.

Seysmik dalğalar.

Dalğalar.

Dalğaların tətbiq sahələri.


Qiymətləndirmə .

Bir neçə variantda qiymətləndirmə olar:

a) Motivasiya fəallığına görə

b) Təcrübə göstərən fəal şagirdlər



c) Qrup liderləri və qrupun ayrı – ayrı şagirdlərini qiymətləndirmə.

Meyarlar
Qrup

Əməkdaşlığa görə

Fikir çatdırılmasına görə

Təcrübələrin aparılmasına görə

Nəticə

I Qrup













II Qrup













III Qrup













IV Qrup













Yüklə 32,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin