9
ÖN SÖZ
ÖN SÖZ
“Multikulturalizmə giriş” fənni yeni interdissiplinar bir fənn olaraq
fəlsəfə, tarix, sosiologiya,
kulturologiya, hüquq və politologiya kimi ictimai
elmlərin nəzəri müddəalarına əsaslanır. Qeyd etmək lazımdır ki, bu müddəalar
“Multikulturalizmə giriş” fənnində təhlil olunan mövzuların, ümumiyyətlə,
onun predmetinin dərk olunmasına kömək edir. “Multikulturalizmə giriş”
fənninin predmetinə gəlincə isə, bu fənn cəmiyyətdəki etnik, irqi, dini və mədəni
müxtəlifliklərin, o cümlədən bu müxtəlifliklərin əsasını təşkil edən etnik,
dini və mədəni dəyərlərin qorunması yollarını öyrədir.
Məlum olduğu kimi,
cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunması multikulturalizm siyasəti
vasitəsilə həyata keçirilir.
2019-2020-ci tədris ilindən başlayaraq, “Multikulturalizmə giriş”
ölkənin ali məktəblərinin bakalavriat səviyyəsi üzrə bütün ixtisasların
təhsil proqramlarının humanitar fənlər blokuna məcburi fənn kimi daxil
edilmişdir. Bu fənnin ali məktəblərdə tədris olunması zəruriliyi, ilk növbədə,
müasir qloballaşma şəraitində çoxmədəniyyətli
cəmiyyətlərdə mövcud olan
etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin
əhəmiyyətindən və alternativsizliyindən irəli gəlir. Məlumdur ki, hazırda
dünyanın bir sıra dövlətlərində
assimilyasiya,
izolyasiya və aparteid kimi
siyasi idarəçilik modelləri mövcuddur. Lakin tarixi-siyasi təcrübə və müasir
etnik-dini proseslər göstərir ki, bu modellər coxmədəniyyətli və coxmillətli
cəmiyyətlərdə milli-mənəvi harmoniya və həmrəyliyə gətirib çıxarmır, əksinə,
dinlərarası və mədəniyyətlərarası ziddiyyətləri daha da dərinləşdirir. Belə ki,
multikulturalizm assimilyasiya, izolyasiya və aparteid siyasətindən fərqli
olaraq, cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin və onların əsasını təşkil
edən etnik-mədəni dəyərlərin müdafiəsini,
eyni zamanda, titul etnosla
milli
azlıqlar arasında qarşılıqlı mədəni-mənəvi zənginləşmə və harmoniya üçün
lazımi şəraiti və ictimai-siyasi sabitliyi təmin edir. Bu isə, öz növbəsində
dinlərarası və mədəniyyətlərarası dialoqun və əməkdaşlığın inkişafına, milli
azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyasına səbəb olmaqla, müasir dövrdə
MULTİKULTURALİZMƏ GİRİŞ
10
çoxmədəniyyətli cəmiyyətin inkişafını şərtləndirən əsas amillərdən biridir.
Hazırda dünyanın müxtəlif yerlərində etnik, dini və ya irqi zəmində baş verən bir
çox toqquşmalar, münaqişə və müharibələr multikulturalizmin siyasi zərurətini
bütün ciddiyyəti ilə qarşıya qoyur.
Multikulturalizmin daha bir mühüm əhəmiyyəti ondan ibarətdir
ki, müasir mərhələdə bu siyasət modeli öz mahiyyətinə görə demokratik
cəmiyyətin norma və prinsiplərinə uyğun gəlir. Belə ki, milli azlıqların etnik-
mədəni dəyərləri beynəlxalq hüquqda təsbit edilmiş əsas insan haqları və
azadlıqları sisteminin tərkib hissəsidir. Milli azlıqların müdafiəsi məsələsi
BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESKO və digər beynəlxalq
təşkilatların qəbul etdikləri sənədlərdə əks olunmuşdur.
BMT-nin Baş
Assambleyası tərəfindən 9 dekabr 1948-ci ildə qəbul olunmuş
Dostları ilə paylaş: