MULTİKULTURALİZMƏ GİRİŞ
240
insanların ümumi ərazi, ümumi əcdadlar, ümumi tarix, mədəniyyət normaları və
qanunlar haqqında olan təsəvvürlərindən asılıdır. Bu təsəvvürlər isə son nəticədə
cəmiyyətin, dövlətin və millətin ümumi və vacib rəmzlərinin yaranmasına və
möhkəmlənməsinə səbəb olur. Məsələn, dünya xalqlarının çoxlu sayda rəmzləri
mövcuddur ki, onlar da insanlara öz mədəniyyətlərini dərk etməyə və kimliklərini
təyin etməkdə yardımçı olur. Lakin kimliyi mütləq şəkildə təyin etmək üçün bu
kifayət deyil. Milli kimliklərin təmsil olunduğu dövlətin ərazi baxımdan böyük,
yaxud kiçik olmasından asılı olmayaraq, onun vətəndaşlarının əksəriyyəti üçün
(məşhur, görkəmli şəxsiyyətlər nəzərə alınmadan) biri-biriləri haqqında nəyi isə
bilmək az əhəmiyyətlidir. Lakin onların hər birinin təxəyyülündə, zəkasında daim
dövlətin simvollarının, ölkənin sərhədlərinin, şəhər və kəndlərinin, yollarının,
digər əsas infrastrukturlarının, tarixi və müqəddəs məkanlarının ümumi obrazı
yaşayır. Beləliklə, etnik, yaxud milli fərd özünü, yuxarıda sadalanan külliyyatın
ayrılmaz hissəsi kimi təsdiq edir. Bu ideya onun təfəkküründə çox dərin kök
salır. Sözügedən ideya sistemli şəkil alanda milli maraqlar kimi təzahür edir. Bu
isə vahid millətin yaranması üçün ən başlıca tarixi şərt hesab olunur. Çoxmillətli
ölkələrdə bu proses fərqli şəkildə cərəyan edir və çoxlu sayda müxtəlif kimliklərin
vahid siyasi məfkurə əsasında birləşməsini nəzərdə tutur.
Milli müəyyənlik anlamının məzmununda
Dostları ilə paylaş: