MULTİKULTURALİZMƏ GİRİŞ
250
Həmçinin ideya nəzəriyyənin əsasını təşkil edən ən mühüm qanunauyğunluğu
ifadə edir.
İdeo
logiya ictimai şüurun yüksək səviyy
əsi olub müəyyən sin
fin, millətin,
partiyanın, siyasi cərəyanların, ictimai hərəkatların dünyaqörüşünü, idealını və
hədəflərini əks etdirən siyasi, sosial, hüquqi, fəlsəfi, dini, etik, estetik ideya və
baxışlar sistemidir.
Görkəmli alman sosioloqu O.Lemberqə görə, ideologiya insan cəmiyyətinin
hərəkətəgətirilmə və idarəolunma sistemidir. Onun fikrincə, ideoloji sistemlər
insan fəaliyyətini canlandırır və onu idarə edir. İnstinktlərin təsirindən azad olan
müasir insan ideologiya sferasında istinad nöqtəsi axtarmağa məcburdur.
Milli şüur
hər şeydən öncə dil, mədəniyyət və qan-nəsil birliyi (etnos)
ilə bağlıdır. Hər bir insan danışdığı dilin milli varlığıdır. Deməli, milli şüur
formalaşdırılarkən dil amili birinci yerdə dayanır. Burada genetik amilin, yəni
eyni qanı daşıyan nəsillərin etnos birliyinin-milliyyətin də xüsusi rolunu qeyd
etmək lazımdır. Genetik amil (qan birliyi) milli özünüdərkin daxili posesidir. Bu
proses insanda şüuraltının (təhtəlşüurun) oyanışına, onu öz etnikliyini tanımasına
sövq edir. Milli şüurun formalaşmasında milli mentalitetin də rolu böyükdür.
XIX əsrin ortalarından başlayaraq çar Rusiyasının işğalı altında olan
Şimali Azərbaycan ərazisindəki müxtəlif türk boyları ilk növbədə qan-nəsil
(etnos), dil və mədəniyyət birliyindən çıxış edərək milli varlıqlarını ifadə etməyə
çalışmışlar. O dövrün Azərbaycan ziyalıları tayfa və xanlıq şüurundan əl çəkərək
çağdaş dövrün tələblərinə uğyun millət olmanın əhəmiyyətini anlamışlar. Artıq
Bakıxanov,
Axundzadə, Zərdabi kimi Azərbaycan mütəfəkkirləri hər hansı
milli və dini məsələyə bir tayfa, yaxud bir bölgənin miqyasında deyil, Qafqaz-
Azərbaycan türklərinin səviyyəsində yanaşmışdırlar.
Milli ideologiya
anlayışının nisbətən dəqiq təhlilini vermək üçün isə
daha bir mübahisəli məqama – milli ideya və milli ideologiyanın fərqinə
aydınlıq gətirmək zərurəti yaranır. Məlum olduğu kimi,
milli ideya və
milli ideologiya
anlayışlarına müasir fəlsəfədə və politologiyada müxtəlif
yanaşmalar mövcuddur. Belə ki, bəzi alimlər bu anlayışların tamamilə fərqli,
digərləri isə eyni məzmun kəsb etdiyini bildirirlər. Birinci qrup yanaşmanın
tərəfdarları milli ideya və milli ideologiyanı bir-birindən ayırmayaraq, bu
anlayışları sadəcə sinonim kimi işlədirlər. Bəzi
siyasi nəzəriyyələrdə milli
ideya etnosun, xalqın, millətin tarixi təcrübə və digər xalqların təcrübəsinə
251
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
əsaslanan indiki və gələcək məqsədlərini ifadə edir.
Lakin başqa bir tərifə
görə, milli ideya bugünkü və gələcək mövcudluğu, inkişafı və tərəqqini
ehtiva edən mövcudluq strategiyası olub, xalqı fərdi inanclardan, ayrı-ayrı
Dostları ilə paylaş: