Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


VIII FƏSİL MULTİKULTURALİZMİN CƏMİYYƏTİN



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə120/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   116   117   118   119   120   121   122   123   ...   175
1 Multikulturalizmə giriş 2019

VIII FƏSİL
MULTİKULTURALİZMİN CƏMİYYƏTİN 
SİYASİ, İQTİSADİ, SOSİAL VƏ MƏDƏNİ 
İNKİŞAFINA TƏSİRİ
8.1.Multikulturalizm daxili və xarici siyasətin 
tərkib hissəsi kimi

Əvvəlki fəsildə assimilyasiya, izolyasiya, aparteid və multikulturalizm 


siyasət modellərini təhlil edərək belə bir qənaətə gəldik ki, cəmiyyətdəki etnik-
mədəni müxtəlifliyin tənzimlənməsinə yönələn bu siyasət modelləri sırasında 
müasir dövrdə ən səmərəlisi multikulturalizmdir. Çünki, bu siyasət modeli 
etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən dəyərlərin qorunmasına 
yönəlmişdir. Bu isə mədəniyyətin ictimai inkişafda aparıcı rol oynadığı bir 
dövrdə olduqca vacibdir.
Multikulturalizm bir siyasət modeli kimi ilk növbədə dövlətin daxili 
siyasətinin tərkib hissəsi, mühüm bir istiqaməti kimi çıxış edir. Çünki, o, ölkə 
daxilində olan etnik-mədəni müxtəlifliyin tənzimlənməsinə yönəlmişdir. Daha 
konkret desək, multikulturalizm daxili siyasətinin mühüm bir komponenti kimi 
cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin və onların əsasını təşkil 
edən etnik-mədəni dəyərlərin qorunmasına istiqamətləndirilmişdir.
Multikulturalizmin daxili siyasətin tərkib hissəsi olmasının 2 əsas 
göstəricisi vardır:
1. Milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması;
2. Ölkə daxilində dövlət-din münasibətlərinin yüksək səviyyədə olması. 
Milli azlıqların etnik-mədəni dəyərlərinin qorunması dedikdə, titul xalqla 
bir cəmiyyətdə yaşayan 3 əsas azlıq qrupunun vəziyyəti nəzərdə tutulur:
1. Azlıqda olan yerli xalqlar (avtoxton xalqlar);
2. Tarixin müxtəlif mərhələlərində ölkəyə gəlib burada məskunlaşmış 
milli azlıqlar (alloxton xalqlar);
3. Müasir dövdə siyasi, hərbi, iqtisadi, sosial və digər səbəblərdən ölkəyə 
pənah gətirmiş miqrantlar.


MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ, 
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
277
Milli azlıqların etnik-mədəni dəyərləri dedikdə isə ilk növbədə onların 
milli-mənəvi dəyərləri, dinləri və dilləri nəzərdə tutulur. Multikulturalizm 
siyasəti şəraitində milli azlıqların nümayəndələri etnik, dini, irqi 
mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə təqib olunmurlar. Heç 
bir sahədə ayrıseçkiliyə məruz qalmırlar. Onlar titul xalqla eyni hüquqlara 
malikdirlər. Bir qayda olaraq, multikultural cəmiyyətdə milli azlıqların hüquq 
və azadlıqları ölkə Konstitusiyası və digər normativ hüquqi aktlarla qorunur. 
Bundan başqa multikulturalizm siyasətini aparan dövlət milli azlıqların hüquq 
və azadlıqlarının qorunması sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq 
etməlidir. Onların bu məsələ ilə bağlı qəbul etdikləri sənədlərə öz münasibətini 
bildirməlidir. Qeyd etmək lazımdır ki, BMT, Avropa Şurası, UNESKO kimi 
beynəlxalq təşkilatlar tərəfindən milli azlıqların hüquq və azadlıqlarının 
qorunmasına dair mühüm sənədlər qəbul olunmuşdur. Belə sənədlərdən 
aşağıdakıları göstərmək olar:
1. “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə” (BMT-nın Baş 
Assambleyası tərəfindən 10 dekabr 1948-ci ildə qəbul olunmuşdur);
2. “İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası” 
(Avropa Şurası tərəfindən 4 noyabr 1950-ci ildə qəbul olunmuşdur);
3. “İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 
Beynəlxalq Konvensiya” (BMT-nın Baş Assambleyası tərəfindən 21 dekabr 
1965-ci ildə qəbul olunmuşdur);
4. “Dinə, yaxud əqidəyə görə dözümsüzlük və ayrı-seçkiliyin bütün 
formalarınin ləğv edilməsi haqqında Bəyannamə» (BMT-nın Baş Assambleyası 
tərəfindən 25 noyabr 1981-ci ildə qəbul olunmuşdur); 
5. “Regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyası” (Avropa 
Şurasının Nazirlər Komitəsi tərəfindən 5 noyabr 1992-ci ildə qəbul olunmuşdur);
6. “Milli yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları 
haqqında Bəyannamə” (BMT-nın Baş Assambleyası tərəfindən 18 dekabr 1992-
ci ildə qəbul olunmuşdur);
7. “Dini dözümsüzlüyün bütün formalarının ləğv edilməsi haqqında 
Qətnamə” (BMT-nin Baş Assambleyası tərəfindən 20 dekabr 1993-cü ildə qəbul 
olunmuşdur);
8. “Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası” (Avropa 
Şurası tərəfindən 1 fevral 1995-ci ildə qəbul olunmuşdur);


MULTİKULTURALİZMƏ GİRİŞ
278
9. “Tolerantlıq prinsipləri haqqında Bəyannamə” (UNESKO tərəfindən 16 
noyabr 1995-ci ildə qəbul olunmuşdur); 
10. “Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi” (UNESKO 
tərəfindən 2 noyabr 2001-ci ildə qəbul olunmuşdur)
11. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 
Konvensiyası (UNESKO tərəfindən 20 oktyabr 2005-ci ildə qəbul olunmuşdur).
Sadalanan bu sənədlər milli azlıqların hüquq və azadlıqlarının qorunması 
üçün böyük əhəmiyyət dasıyır. Lakin onların bəziləri bu və ya digər ölkənin tarixi, 
geosiyasi, iqtisadi və/ və ya etnik-mədəni xüsusiyyətlərini nəzərə almır. Buna 
görə də milli azlıqların hüquq və azadlıqlarının qorunmasına dair beynəlxalq 
sənədlərə münasibət bildirən hər hansı bir ölkə bu sənədlərdəki müddəaların 
onun milli maraqlarına zidd olmadığını, suverenliyini və ərazi bütövlüyünü 
pozmadığını nəzərə almalıdır. Məlum məsələdir ki, ölkənin qeyd olunan 
xüsusiyyətlərini nəzərə almayan sənədin qəbul olunması həmin ölkənin milli 
təhlükəsizliyi, siyasi, sosial-iqtisadi inkişafı üçün problem yarada bilər. Belə 
olan halda həmin ölkənin bu cür sənədi qəbul etməməyə əsası vardır. Məsələn, 
yuxarıda sadaladığımız sənədlərdən biri olan 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin