Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Davamlı və inklüziv inkişafın əldə olunmasında



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə123/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   119   120   121   122   123   124   125   126   ...   175
1 Multikulturalizmə giriş 2019

8.3. Davamlı və inklüziv inkişafın əldə olunmasında 
multikulturalizm siyasətinin rolu
Multikulturalizmin tədqiq olunmasının mühüm nəzəri məsələlərindən biri 
də onun davamlı və inkluziv inkişafa təsiri məsələsidir. Müasir dövrdə bu məsələ 
olduqca aktualdır. Müasir dövrdə etnik-mədəni müxtəlifliyin tənzimlənməsində 
multikulturalizm siyasət modeli digər siyasət modellərindən üstün olduğu kimi, 
inkişafın davamlı və inkluziv modellərinin də digər inkişaf modellərinə münasibətdə 
üstün olduqları bəllidir. Buna görə də 
d
avamlı və inklüziv inkişafa nail olmaqda 
multikulturalizm siyasətinin əhəmiyyətini müəyyən etmək vacibdir.
Əvvəlcə “davamlı inkişaf” və “inkluziv inkişaf” məfhumlarının məzmununu 
müəyyən edək.
Davamlı inkişaf elə bir inkişaf modelidir ki, o, indiki nəsillərin maddi 
tələbatlarını ödəməklə yanaşı gələcək nəsillərin də tələbatlarının ödənilməsi 
üçün lazımi şərait yaradır. Gələcək nəsillərin tələbatlarının ödənilməsi üçün 
inkişaf tək iqtisadi artımın təmin edilməsinə deyil, ətraf mühitin və təbii 
ehtiyatların qorunmasına, cəmiyyətdəki sosial problemlərin həll edilməsinə 
də yönəldilməlidir. Məlum olduğu kimi, əgər iqtisadi artım ətraf mühitin və 
təbii ehtiyatların qorunmasını təmin etmirsə, bu, gələcəkdə iqtisadi artıma, 
ümumiyyətlə, inkişafa nail olmağı çətinləşdirir. 
Bununla yanaşı qeyd etmək lazımdır ki, dövlətin həyata keçirdiyi iqtisadi 
artım, inkişaf proqramı cəmiyyətdəki sosial vəziyyətin gərginləşməsinin qarşısını 
almalıdır. Buna nail olmaqda isə cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin 
multikulturalizm siyasəti vasitəsilə təmzimlənməsinin böyük əhəmiyyəti vardır. 
Əvvəlki fəsildə qeyd olunduğu kimi, cəmiyyətdəki etnik, irqi, dini və mədəni 
müxtəlifliklərin qorunmasına yönələn multikulturalizm siyasəti digər mümkün 
siyasət modellərindən fərqli olaraq, bir tərəfdən, milli azlıqların etnik-mədəni 
dəyərlərinin ləğv edilməsinin qarşısını alır, digər tərəfdən isə milli azlıqların 
etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə 


MULTİKULTURALİZMƏ GİRİŞ
286
qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır və bununla da milli azlıqların 
yaşadıqları cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. 
Multikulturalizm daxili siyasətinin tərkib hissəsi kimi cəmiyyətdəki etnik-
mədəni müxtəlifliyi tənzimləyərək inteqrasiya proseslərinin dərinləşməsinə səbəb 
olur. Dərinləşən inteqrasiya prosesləri isə öz növbəsində etnik və dini zəmində 
baş verə biləcək münaqişələrin qarşısını alır. Bütün bunlar nəticə etibarı ilə 
inkişafın davamlı olmasına səbəb olur. Bundan başqa multikulturalizm siyasətinin 
nəticəsində əldə olunan inteqrasiya prosesləri inkişafın inkluzivliyini də təmin edir. 
Məlum olduğu kimi, inkluziv inkişaf cinsindən, fiziki vəziyyətindən, siyasi 
baxışlarından, iqtisadi durumundan, yaşadığı ərazidən, etnik, dini, mədəni və digər 
mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin hər bir üzvünün inkişaf prosesinə 
qoşulmasına yönəlmişdir. İnkluziv inkişaf özü-özlüyündə məqsəd deyil. O, 
inkluziv cəmiyyətin qurulması üçün mühüm bir vasitədir. İnkluziv cəmiyyət isə 
şəxsin cinsi, fiziki, siyasi, iqtisadi, etnik, dini, mədəni və digər müxtəlifliklərindən 
asılı olmayaraq onun hüquq və azadlıqlarının tam şəkildə təmin edildiyi, heç bir 
ayrıseçkiliyin olmadığı bir cəmiyyətdir. Cəmiyyətin inkluziv olması inkişafın 
davamlı olması üçün əlverişli şərait yaradır.
Multikulturalizm siyasətinin inkluziv inkişafa təsirinə gəldikdə, bir sıra 
ölkələrin təcrübəsi bu təsirin müsbət xarakter daşıdığını göstərir. Multikulturalizm 
siyasətinin inkluziv inkişafa müsbət təsirinin bariz nümunəsi kimi Dünya İqtisadi 
Forumunun vacib indeksi sayılan “İnklüziv İnkişaf İndeksi” üzrə 2018-ci ildə 
Azərbaycan Respublikasının inkişaf etməkdə olan ölkələr (emerging economies) 
arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdə olmasını göstərmək olar. 
İnklüziv inkişaf hesabatında Azərbaycan Avropa İttifaqına daxil olan Litva və 
Macarıstan istisna olmaqla digər bütün inkişaf etməkdə olan ölkələri geridə 
qoyub. 
İnklüziv İnkişaf İndeksi (İİİ) Ümumdaxili məhsul (ÜDM) ilə yanaşı, daha 
dəqiq desək, ona əlavə olaraq ölkələrin iqtisadi inkişafını ölçmək üçün istifadə 
edilir. İİİ-nin üç əsas göstəricisi vardır:
1. “Artım və inkişaf”, 
2. “İnklüzivlik”, 
3. “Nəsillərarası bərabərlik və dayanıqlılıq”. 
Bu göstəricilər əsasında ölkələrin iqtisadi inkişaf səviyyəsi müəyyən edilir. 
Qeyd etmək lazımdır ki, ÜDM-u ilə müqayisədə İİİ ölkələrin iqtisadi inkişaf 


MULTİKULTURALİZMİN CƏMİYYƏTİN SİYASİ, İQTİSADİ, 
SOSİAL VƏ MƏDƏNİ İNKİŞAFINA TƏSİRİ
287
səviyyəsi daha dəqiq göstərir. Belə ki, ölkənin iqtisadi inkişafının göstəricisi 
kimi ÜDM-un adambaşına düşən payı əsasında ölçülməsi ölkədaxili sosial 
bərabərsizlikdən, əhalinin təhsili, sosial rifahı, sağlamlığı, həyat səviyyəsindən 
xəbər vermir. ÜDM-un həcmi dövlətin daxili siyasətinin sosial yönümlüyü 
olub –olmamasını göstərmir. Ümumiyyətlə, ÜDM inkişafda həlledici rol 
oynayan insandan, onun inkişafına səbəb olan faktorlardan məlumat vermir. 
İİİ yuxarıda qeyd etdiyimiz “Artım və inkişaf”, “İnklüzivlik”, “Nəsillərarası 
bərabərlik və dayanıqlılıq” kimi əsas göstəricilərlə yanaşı sağlam həyat 
gözləntiləri, məşğulluq, əmək məhsuldarlığı, CİNİ əmsalı, yoxsulluq dərəcəsi, 
xalis yığımların tənzimlənməsi və digər göstəriciləri də ehtiva edir. İİİ-nin bütün 
bu göstəriciləri isə ölkənin iqtisadi inkişafı ilə yanaşı insanın sosial rifahından, 
həyat səviyyəsindən ətraflı məlumat verir. ÜDM ilə İİİ-i arasındakı fərqi bir misal 
kimi Ekvatorial Qvineya ilə Rumıniya arasında göstərmək olar. BMT-nin İnkişaf 
Proqramının 2015-ci il İnsan İnkişafı Hesabatına əsasən, Ekvatorial Qvineyada 
ÜDM-un adambaşına düşən payı 21056 ABŞ dolları, Rumıniyada isə 18108 
ABŞ dolları təşkil etməsinə baxmayaraq, Ekvatorial Qvineyada vətəndaşların 
orta ömür müddəti 57,6 il, Rumıniyada isə 74 il təşkil edir. Bu misal ÜDM-
un səviyyəsinin bir indikator kimi ölkə əhalisinin həyat səviyyəsinin yüksək 
olmasında kifayət olmadığını göstərir. Buna görə də, heç təsadüfi deyil ki, BMT-
nin İnkişaf Proqramının 2015-ci il İnsan İnkişafı Hesabatında Rumıniya 52-ci, 
Ekvatorial Qvineya isə 138-ci yerdədir. 
İnklüziv İnkişaf İndeksi üzrə Azərbaycanın inkişaf etməkdə olan ölkələr 
arasında 3-cü, MDB ölkələri arasında isə 1-ci yerdə olması Azərbaycan 
Respublikası Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi 
siyasətlə yanaşı inkluzliv cəmiyyətin qurulmasının əsas səbəblərindən biri olan, 
etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni dəyərlərin 
qorunmasına səbəb olan multikulturalizm siyasətinin nəticəsidir.
Beləliklə, cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil 
edən etnik-mədəni dəyərlərin qorunmasına yönələn multikulturalizm siyasəti 
davamlı və inklüziv inkişafın əldə olunmasında mühüm əhəmiyyətə malikdir. 
Bu siyasət cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin düzgün tənzimlənməsinin 
səmərəli siyasət modeli kimi etnik, dini və mədəni zəmində yarana biləcək 
münaqişələrin qarşısını alaraq indiki, eləcə də gələcək nəsillərin maddi 
tələbatlarının ödənilməsi üçün şərait yaradır. İctimai inkişafda mədəniyyətin 


MULTİKULTURALİZMƏ GİRİŞ
288
aparıcı rol oynadığı bir dövrdə multikulturalizm siyasəti obyektiv xarakter 
daşıyan, xalqların etnik-dini dəyərlərini, mədəniyyətlərini xarakterizə edən, 
eləcə də onların dünyagörüşü və fəaliyyətlərinin əsasını təşkil edən etnik-mədəni 
müxtəlifliyin qorunmasına yönəlməklə cəmiyyətdəki inkişaf prosesinə dinindən, 
irqindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün təbəqələrinin 
qoşulmasını təmin edir. Multikulturalizm siyasətinin bu funksiyası inkişafın 
inkluzivliyini təmin edən mühüm amillərdən biridir.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin