Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


 Azlıqda olan yerli xalqlar üzrə



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə129/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   125   126   127   128   129   130   131   132   ...   175
1 Multikulturalizmə giriş 2019

9.1. Azlıqda olan yerli xalqlar üzrə 
multikulturalizm siyasəti indeksi
Kanadanın Kvins universitetinin tədqiqatçıları 
azlıqda olan yerli xalqlar
(avtoxton azlıqlar) üzrə multikulturalizm siyasətinin səmərəliliyini müəyyən 
etmək məqsədilə 9 indikator tərtib etmişlər:
1. Torpaq hüququnun tanınması;
Bu indikator adından göründüyü kimi, yerli xalqların ən mühüm 
hüquqlarından biri olan torpaq hüququnun tanınmasını nəzərdə tutur. Torpaq 
hüququ yerli xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Çünki o, yerli xalqların 
bilavasitə statusunu, yəni onların müəyyən ölkədə avtoxton xalq olduqlarını 
təsdiq edir. 
2. Özünüidarəetmə hüququnun tanınması;
Ölkə qanunvericiliyində yerli xalqların özünüidarəetmə hüququnun 
tanınması da onların statusunu təsdiqləyən bir göstəricidir. Hökumət tərəfindən 
yerli xalqlara aid məsələlərin həll olunmasında (məsələn, yerli xalqların 


MULTİKULTURALİZMƏ GİRİŞ
312
dillərinin, etnik-mədəni dəyərlərinin qorunması) onların təkliflərinin nəzərə 
alınması multikulturalizm siyasətinin səmərəliliyini göstərən bir faktdır.
3. Dövlətin vaxtilə yerli xalqlarla bağladığı müqavilələri tanıması və/ və 
ya yeni müqavilələr imzalaması;
Böyük Britaniya, Fransa, İspaniya və digər Avropa ölkələrindən olan 
kolonistlər Amerikada, Afrikada, Avstraliyada, Asiyada torpaqları zəbt edərkən 
həmin torpaqlarda yaşayan yerli tayfalarla müqavilələr bağlayaraq onları 
öz tərəflərinə çəkmiş və torpaqlarında öz dövlətlərini yaratmağa müvəffəq 
olmuşlar. İmzalanan müqavilələrdə yaşadıqları torpaqların bir hissəsini 
kolonistlərə verdiklərinin müqabilində bu tayfaların təhlükəsizliklərinə təminat 
verilir, suverenliklərinə hörmətlə yanaşılır, tayfalar üçün ayrılmış ərazilərdə 
onların dinc yaşamaları üçün şəraitin yaradılmasına dair kolonistlər tərəfindən 
öhdəliklər götürülürdü. Məsələn, 1871-ci ilədək ABŞ höküməti hind tayfaları 
ilə 400-dək bu məzmunlu müqavilə imzalamışdır. İlk müqaviləni ABŞ hökuməti 
Delavare hind tayfası ilə imzalamışdır. Lakin kolonistlərin yaratdıqları yeni 
dövlətlər möhkəmləndikcə belə müqavilələrin bağlanması dayandırılmış, 
bağlanan müqavilələrin əksəriyyəti isə hökumət tərəfindən pozulurdu.
Beləliklə, bu indikator yerli xalqların yaşadıqları cəmiyyətə inteqrasiya 
olmalarının mühüm bir şərti kimi onların maraqlarını özündə əks etdirən 
keçmişdə imzalanmış müqavilələrin tanınmasını və / və ya eyni məzmunlu yeni 
müqavilələrin imzalanmasının vacibliyini göstərir. 
4. Dil, ovçuluq/balıqçılıq, din sahəsində mədəni hüquqların tanınması;
Qeyd olunan indikator yerli xalqların etnik-mədəni dəyərlərinin 
qorunmasına aiddir. Dərsliyin VII fəsilin II yarımfəsilində biz belə bir nəticəyə 
gəldik ki, ictimai inkişafda mədəniyyətin aparıcı rol oynaması müasir dövrdə 
etnik-mədəni müxtəlifliyin və onun əsasını təşkil edən etnik-mədəni dəyərlərin 
qorunmasının vacibliyini göstərir. Buna görə də yerli xalqların etnik-mədəni 
dəyərlərinin qorunması hər bir dövlətin multikulturalizm siyasətinin səmərəli 
olmasının mühüm bir göstəricisidir.
5. Adət hüququnun tanınması;
Söhbət yerli xalqların adət-ənənələrinin dövlət tərəfindən tanınmasından 
gedir. Yuxarıda qeyd etdiyimiz kimi, etnik-mədəni dəyərlərin qorunması 
multikulturalizm siyasətinin mühüm bir göstəricisidir.
6. Yerli xalqların mərkəzi hakimiyyətdə təmsil olunmaları;


ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ 
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
313
Demokratik ölkələrin qanunvericiliyi yerli xalqların mərkəzi hakimiyyətdə 
təmsil olunmalarını təmin etməlidir. Bundan başqa hakimiyyət dairələri yerli 
xalqlara aid məsələlərdə, xususilə onların etnik-mədəni dəyərlərinin qorunması 
ilə bağlı olan məsələlərdə, onlarla məsləhətləşməlidir.
7. Konstitusional və ya qanunvericilik səviyyəsində yerli xalqların fərqli 
statusunun tanınması;
Bu indikatora əsasən, ölkə Konstitusiyası yaxud qanunvericiliyi
 
yerli 
xalqların fərqli statusunu təsdiq etməlidir.
8. Yerli xalqlara dair mövcud beynəlxalq sənədlərin müdafiə olunması və 
ratifikasiyası;
Yerli xalqların hüquqlarının müdafiəsinə loyal münasibət bəsləyən hər 
bir ölkə onların müdafiəsi ilə bağlı olan beynəlxalq sənədləri müdafiə edir. Bu 
sənədlərdən ən vacibi kimi BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq 
Əmək Təşkilatı tərəfindən 1989-cu ildə qəbul olunmuş “Yerli və köçəri xalqların 
Konvensiya” hesab olunur.
9. Təsdiqedici akt;
Bəzi Qərb ölkələrində yerli xalqların müxtəlif sahələrdə (təhsil, məşğulluq) 
təmsilçiliklərini təmin etmək məqsədilə dövlət tərəfindən onlara bəzi imtiyazlar 
təqdim olunur. Məsələn, işə qəbul olunduqda, ali məktəblərə götürüldükdə 
yerli xalqların nümayəndələrinə üstünlük verilir. Hökumətin bu aktı 
pozitiv 
diskriminasiya
adlanır. Bu cür imtiyazlar yerli xalqların maddi vəziyyətinin 
yaxşılaşmasına, onların cəmiyyətə inteqrasiya olmalarına kömək edir.
Kanadanın Kvins universitetinin tədqiqatçıları tərtib etdikləri bu 9 
indikator vasitəsilə 1980-ci, 2000-ci və 2010-cu illərdə Avstraliya, Kanada, 
Danimarka, Finlandiya, Yaponiya, Yeni Zellandiya, Norveç, İsveç və ABŞ-
da multikulturalizm siyasətinin səmərəliliyini bu demokratik inkişaf etmiş 
ölkələrdə yaşayan və azlıqda olan yerli xalqlarının timsalında ölçmüşlər. Bu 
ölkələrdə yaşayan və azlıqda olan yerli xalqlar üzrə multikulturalizm siyasətinin 
səmərəliliyi aşağıdakı 3 rəqəm vasitəsilə göstərilmişdir: 
1-indikatorun yüksək səviyyədə olması, 
0,5 -indikatorun orta səviyyədə olması,
0 - indikatorun aşağı səviyyədə olması və ya yoxluğu.
Aparılan tədqiqatın nəticələri 
Cədvəl 1-də
əks olunmuşdur.


MULTİKULTURALİZMƏ GİRİŞ
314

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin