Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


 Alloxton azlıqlar üzrə multikulturalizm



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə131/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   127   128   129   130   131   132   133   134   ...   175
1 Multikulturalizmə giriş 2019

9.2. Alloxton azlıqlar üzrə multikulturalizm 
siyasəti indeksi
Kanadanın Kvins universitetinin tədqiqatçıları 
tarixin müxtəlif 
mərhələlərində ölkəyə köçüb burada məskunlaşmış milli azlıqlar (alloxton 
azlıqlar)
üzrə multikulturalizm siyasətinin səmərəliliyini müəyyən etmək 
məqsədilə aşağıdakı 6 indikatoru tərtib etmişlər:
1. Federal və ya federala bənzər ərazi muxtariyyəti;
Bu indikator ölkə daxilində milli azlıqlara muxtariyyətin verilməsini 
nəzərdə tutur. Milli azlıqların kompakt yaşadıqları ərazidə mərkəzi hakimiyyətin 
subyekti olan muxtariyyət yaranır.
2. Bölgə və ya bütün ölkə miqyasında rəsmi dil statusu;
Qeyd olunan indikator milli azlıqların dillərinə bölgə və ya bütün ölkə 
miqyasında rəsmi dil statusunun verilməsini göstərir. 
3. Milli azlıqların mərkəzi hakimiyyətdə və ya konstitusiya məhkəmələrində 
təmsilçiliyin təmin edilməsi;
Bu indikator milli azlıqların mərkəzi hakimiyyətdə və ya konstitusiya 
məhkəmələrində təmsilçiliklərinin təmin edilməsini nəzərdə tutur. Qeyd olunan 
təmsilçilik qanunvericilikdə nəzərdə tutulmalıdır. Bu məqsədlə, məsələn, milli 
azlığın bir neçə nümayəndəsi üçün yer ayrıla bilər, və yaxud seçki məntəqələri 
elə formalaşdırıla bilər ki, orada milli azlıqların nümayəndələri çoxlu səs toplaya 
bilsinlər.
4. Milli azlıqlarının dillərində təhsilin və medianın dövlət tərəfindən 
maliyyələşdirilməsi;
Qeyd olunan indikator, adından göründüyü kimi, dövlətin milli azlıqların 
dillərində olan təhsilə və mediaya maliyyə yardımının edilməsi ilə bağlıdır. 
Milli azlıqların dillərində təhsilin, televiziya-radio verilişlərinin təşkil olunması, 
qəzet və jurnalların dərc olunması onların mədəniyyətinin tərkib hissəsi olan ana 
dillərinin qorunmasına kömək edir. Buna görə də bu məsələnin həll olunması 
multikulturalizm siyasətinin səmərəliliyini göstərən mühüm bir indikatordur.
5. Konstitusiya və ya parlament səviyyəsində “çoxmillətliliyin” təsdiq 
olunması;
Bu indikator vasitəsilə ölkənin Konstitusiyasında və və ya onun 


MULTİKULTURALİZMƏ GİRİŞ
316
parlamenti tərəfindən qəbul olunmuş digər normativ-hüquqi sənədlərdə ölkənin 
çoxmədəniyyətliliyi, yəni onun ərazisində iki və ya daha çox millətin olduğu 
təsdiqlənir.

6. Milli azlıqların beynəlxalq arenaya çıxmaları;
Bu indikator milli azlıqların müvafiq beynəlxalq təşkilatlarda təmsil 
olunmalarını, onların icmalarının adından beynəlxalq tədbirlərdə iştirak 
etmələrini, danışıqlar aparmalarını, festivallarda, idman yarışlarında iştirak 
etmələrini nəzərdə tutur.
Kvins universitetinin tədqiqatçıları tərtib etdikləri bu 6 indikator vasitəsilə 
1980-ci, 2000-ci və 2010-cu illər üçün Belçika, Kanada, Finlandiya, Fransa, 
Yunanıstan, İtaliya, Yaponiya, İspaniya, İsveçrə, Böyük Britaniya və ABŞ-da 
multikulturalizm siyasətinin səmərəliliyini tarixin müxtəlif mərhələlərində bu 
demokratik inkişaf etmiş ölkələrə köçərək burada məskunlaşmış milli azlıqların 
(alloxton azlıqlar) timsalında ölçmüşlər. Əvvəlki tədqiqatda olduğu kimi, milli 
azlıqlar (alloxton azlıqlar) üzrə sözügedən ölkələrin multikulturalizm siyasətinin 
səmərəliliyi 3 rəqəm vasitəsilə göstərilmişdir: 
1- indikatorun yüksək səviyyədə olması,
0,5 -indikatorun orta səviyyədə olması,
0 - indikatorun aşağı səviyyədə olması və ya yoxluğu.
Aparılan tədqiqatın nəticələri 
Cədvəl 2-də
əks olunmuşdur.


ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ 
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
317

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin