Cədvəl 3. İmmiqrant azlıqlar üzrə multikulturalizm siyasəti indeksi (hər bir
indikator üçün ballar, 1980-ci, 2000-ci, 2010-cu illər)
1
M
ult
ik
ult
ur
ali
zm
siyas
ə
tin
in
t
ə
sd
iq
ol
unm
as
ı
T
əd
ri
s p
ro
qra
m
ı
M
ed
ia
Geyim
for
m
al
ar
ın
da
n
az
ad
olm
al
ar
İk
ili
v
ə
t
ən
daş
lıq
Et
ni
k
qr
up
la
rı
n
m
ali
yy
ə
l
əş
di
ri
lm
ə
si
Bil
in
qu
al
t
ə
hsi
l
İm
m
iq
ran
tla
ra
ün
van
lan
m
ış
gü
z
əşt
lə
r
Üm
um
i b
al
1980
2000
2010
1980
2000
2010
1980
2000
2010
1980
2000
2010
1980
2000
2010
1980
2000
2010
1980
2000
2010
1980
2000
2010
1980
2000
2010
A
vst
ra
liya
1
1
1
1
1
1
0
1
1
0.
5
1
1
1
1
1
1
1
1
0.
5
1
1
0
1
1
5
8
8
A
vst
ri
ya
0
0
0
0
0
0.
5
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
1
1
0
0
0
0
1
1.
5
Bel
çi
ka
0
1
1
0
0
0.
5
0
0
0.
5
0
0
0
1
1
1
0
0.
5
1
0
0.
5
0.
5
0
0
1
1
3
5.
5
Ka
na
da
1
1
1
1
1
1
0
1
1
0.
5
1
1
1
1
1
1
1
1
0.
5
0.
5
0.
5
0
1
1
5
7.
5
7.
5
D
an
im
ar
ka
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0.
5
0
0
0
0
0
0.
5
0
Fin
lan
di
ya
0
0
1
0
0
1
0
0.
5
1
0
0
0
0
0
1
0
0
1
0
1
1
0
0
0
0
1.
5
6
Fr
an
sa
0
0
0
0
0
0
0
0
0
0
0
0
1
1
1
0
1
1
0
0
0
0
0
0
1
2
2
A
lm
an
iya
0
0
0.
5
0
0
0
0
0
0
0
0
0.
5
0
0.
5
0
0
1
1
0
0.
5
0.
5
0
0
0
0
2
2.
5
Yu
nan
ıst
an
0
0
0
0
0
0.
5
0
0
0.
5
0
0
0
0
0
1
0
0
0
0
0
0
0.
5
0.
5
0.
5
0.
5
0.
5
2.
5
İr
lan
di
ya
0
0
0
0
0
0
0
0
0.
5
0
0
0.
5
1
1
1
0
0.
5
0.
5
0
0
0.
5
0
0
0
1
1.
5
3
İt
al
iya
0
0
0
0
0.
5
0
0
0
0
0
0
0
0
1
1
0
0
0
0
0
0
0
0
0
0
1.
5
1
Yap
on
iya
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
H
ol
lan
di
ya
1
1
0
0
0
0
0
1
0.
5
0
0
0.
5
1
1
0.
5
0.
5
0.
5
0.
5
0
1
0
0
1
0
2.
5
5.
5
2
Y
eni
Zel
la
ndi
ya
0.
5
0.
5
0.
5
0.
5
1
1
0
1
1
0.
5
0.
5
0.
5
1
1
1
0
1
0.
5
0
0
1
0
0
0
2.
5
5
5.
5
N
orv
eç
0
0
0
0
0
0.
5
0
0
0
0
0
0.
5
0
0
0
0
0
1
0
0
1
0
0
0.
5
0
0
3.
5
Por
tu
qali
ya
0
0.
5
0.
5
0
0.
5
0.
5
0
0
0.
5
0
0
0
1
1
1
0
0
1
0
0
0
0
0
0
1
2
3.
5
İsp
an
iya
0
0
0.
5
0
0
0.
5
0
0
0.
5
0
0
0
0
0
0
0
0
0.
5
0
1
1
0
0
0.
5
0
1
3.
5
İs
veç
1
1
1
0
1
1
0
1
1
0
0
1
0
0
1
1
1
1
1
1
1
0
0
0
3
5
7
Is
veçr
ə
0
0
0
0
0
0
0
0
0
0
0
0
0
1
1
0
0
0
0
0
0
0
0
0
0
1
1
Bö
yük
Bri
ta
ni
ya
0
0
0
0
1
0.
5
0
1
1
1
1
1
1
1
1
0
1
1
0
0
0
0.
5
0.
5
1
2.
5
5.
5
5.
5
A
m
eri
ka
Bi
rl
əş
mi
ş
Şta
tla
rı
0
0
0
0.
5
0.
5
0.
5
0.
5
0.
5
0.
5
0.
5
0
0
0
0.
5
0.
5
0
0
0
0.
5
0.
5
0.
5
1
1
1
3
3
3
1 Tolley Erin “Multiculturalism Policy İndex: İmmigrant Minority Policies”, 2011 School of Policy Studies,
Queen’s University at Kingston, Canada, https://www.queensu.ca/mcp/sites/webpublish.queensu.ca.mcpwww/
files/files/immigrantminorities/evidence/ImmigrantMinoritiesApr12.pdf
MULTİKULTURALİZMƏ GİRİŞ
320
qismən də olsa multikulturalizmlə bağlı olan mövzuları məktəb proqramlarına
daxil etmişdir. Fransa, Danimarka, Almaniya, İrlandiya, Yaponiya, Hollandiya
isə bu sahədə heç bir iş görməmişdir.
Bu sahədə də ölkəmizin böyük nailiyyətlərinin olduğunu qeyd etmək
olduqca vacibdir. Belə ki, hazırda ölkəmizin ali məktəblərində “Multikulturalizmə
giriş” (bakalavr səviyyəsi üçün) və “Azərbaycan multikulturalizmi” (magistr
səviyyəsi üçün) tədris olunur.
Üçüncü indikator etnik təmsilçiliyin/həssaslığın dövlət mediasının və ya
medianın lisenziyalaşdırmasının mandatına daxil edilməsinə aiddir.
Bu indikatora uyğun olaraq, kütləvi informasiya vasitələrinin (KİV)
qarşısında bir öhdəlik kimi ölkədə milli azlıqların təmsilçiliyini təmin etmək
vəzifəsi durur. Bu vəzifənin tələblərinə uyğun olaraq KİV-lər milli azlıqların
etnik-mədəni dəyərlərinin qorunması istiqamətində müəyyən məlumat yayır,
verilişlər hazırlayır, onların dillərində qəzet və jurnal nəşr edir. KİV-də etnik
məsələnin həssaslığının nəzərə alınmasına xüsusi fikir verilir. Erin Tolleyin
təqdim etdiyi cədvəldən göründüyü kimi, 21 ölkə arasında Avstraliya, Kanada,
İsvec, Yeni Zellandiya və Böyük Britaniya öndədir. Digər dövlətlərin KİV-
lərinin lisenziyalaşdırmasının şərti kimi etnik təmsilçiliyin təmin olunması tələb
olunmur.
Dördüncü indikator qanunla və ya məhkəmənin qərarı ilə qəbul olunmuş
geyim formalarından azadolmaların tətbiq edilməsini göstərir
.
Bu tələbə uyğun olaraq, miqrantlar təhsil aldıqları, xidmət çəkdikləri və
işlədikləri yerlərdə qəbul olunmuş geyim formasının əvəzinə rəhbərliyin icazəsi
ilə öz dini adət-ənənələrinə uyğun paltar geyinə bilərlər. Tolleyin tədqiqatına
əsasən, 21 ölkədən yalnız Avstraliya, Kanada və Böyük Britaniya miqrantların
geyimlərinə loyal münasibət bəsləyir. Məsələn, Böyük Britaniyada siqxlərə
tikinti meydançalarında, motosikl sürdükdə qoruyucu şlem əvəzinə onların
ənənəvi papaqları olan türban (çalma) qoymağa icazə verilir. Əksər ölkələrdə
isə, xüsusilə son dövrdə, bu məsələ ilə bağlı hökumət tərəfindən heç bir loyallıq
göstərilmir.
Beşinci indikator ikili vətəndaşlığa icazə verilməsi ilə bağlıdır.
Məlum olduğu kimi, ikili vətəndaşlıq əcnəbilərə köçdükləri ölkədə hətta
vətəndaşlıq statusu aldıqdan sonra da əvvəlki vətəndaşlıqlarının saxlanılmasına
icazə verir.
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
321
Tolleyin tədqiqatında əvvəlki indikatorlarla müqayisədə ikili vətəndaşlığa
icazə verilməsi indikatoru üzrə ölkələrin sayı bir qədər çoxdur. Cədvəldən
göründüyü kimi, bu ölkələrin sırasında Avstraliya, Kanada, Belçika, Fransa,
İrlandiya, İtaliya, Portuqaliya, Hollandiya və Böyük Britaniya vardır. Bununla
yanaşı qeyd etmək lazımdır ki, Avstiya, Danimarka, Yaponiya, Norveç və
İspaniyada ikili vətəndaşlığa icazə verilmir.
Altıncı indikator immiqrantlardan ibarət olan etnik qrupların təşkilatlarının
və ya fəaliyyətlərinin dövlət tərəfindən maliyyələşdirilməsini göstərir.
İmmiqrantlardan ibarət olan etnik qrupların nümayəndələrinin
yaşadıqları cəmiyyətə inteqrasiya olmalarına kömək etmək məqsədilə onların
bu istiqamətdəki fəaliyyətləri dövlət tərəfindən maliyyələşdirilir. Maliyyəşmə
əsasən immiqrantlardan ibarət olan etnik azlıqların təşkilatları tərəfindən irəli
sürülmüş layihələr vasitəsilə həyata keçirilir. Layihələr immiqrantlardan ibarət
olan etnik azlıqların cəmiyyətin müxtəlif sahələrində fəal iştirak etmələrinə,
onların etnik-mədəni dəyərlərinin qorunmasına yönəlmişdir.
Tolleyin tədqiqatına əsasən, 1980-ci, 2000-ci və 2010-cu illərdə dövlət
tərəfindən maliyyə yardımı ən çox Avstraliya, Kanada və İsveçdə yaşayan
immiqrantlardan ibarət olan etnik azlıqların nümayəndələrinə ayrılmışdır.
Maliyyələşmənin qismən aparıldığı ölkələr sırasında Tolley Belçika, Fransa,
Yeni Zellandiya, Almaniya və Norveçi göstərir. Avstiya, Danimarka, Yunanıstan,
İtaliya, Yaponiya və İsveçrədə immiqrantlardan ibarət olan etnik azlıqların
nümayəndələrinə dövlət tərəfindən heç bir maliyyə yardımı ayrılmamışdır.
Etnik qrupların təşkilatlarının və ya fəaliyyətlərinin dövlət tərəfindən
maliyyələşdirilməsi məsələsi Azərbaycanda da yaxşı təşkil olunmuşdur. Hazırda
ölkədə milli azlıqların məsələləri ilə məşğul olan 50-dək QHT, milli mədəniyyət
mərkəzləri, ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir. Bu qurumlar
2007-ci ildən fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müvafiq qrant layihələri
ilə müraciət edərək maliyyə yardımı alırlar. Şuraya təqdim olunan layihələr
nəticə etibarı ilə etnik azlıqların cəmiyyətə inteqrasiyasına səbəb olur.
Yeddinci indikator bilinqual və ya ana dilində təhsilin dövlət tərəfindən
maliyyələşdirilməsi ilə bağlıdır.
Bu indikator ölkədə titul xalqla yanaşı etnik azlıqların dillərində də təhsilin
dövlət tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur.
MULTİKULTURALİZMƏ GİRİŞ
322
Tolleyin təqdim etdiyi cədvəldən göründüyü kimi, 1980-ci, 2000-ci və
2010-cu illərdə bu məsələnin həyata keçirilməsi ilə bağlı ən ideal vəziyyət
İsveç və Avstraliyada idi. Qənaətbəxş vəziyyət Avstriya, İspaniya, Belçika və
Finlandiyada müşahidə olunurdu. Qeyd olunan illər ərzində Fransa, Danimarka,
Yunanıstan, İtaliya, Yaponiya, Böyük Britaniya və İsveçrədə isə bilinqual və ya
ana dilində təhsilin maliyyələşdirilməsinə dövlət heç bir köməklik göstərmirdi.
Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən etnik azlıqların dillərində
tədrisin təşkil olunması sahəsində mühüm işlər görülür. Hazırda Azərbaycanda
tədris rus dilində olan 300-dən çox, gürcü dilində 10 ümumtəhsil məktəbi
vardır. Bundan başqa, Azərbaycanın bir neçə ümumtəhsil məktəblərində ləzgi,
talış, ivrit, avar, saxur, udi, kürd, xınalıq dilləri tədris olunur. Təsdiq olunmuş
tədris planına görə, bu dillərin hər birinin tədrisinə həftədə ən azı 2 saat vaxt
ayrılır. Ləzgi dili I-IX, ivrit dili I-XI, digər dillər isə I-IV siniflərdə tədris olunur.
Ümumilikdə ölkə üzrə 382 ümumtəhsil məktəbində milli azlıqlara mənsub
37123 şagird öz ana dilini öyrənir. Bütün xərclər dövlət tərəfindən ödənilir.
Tolleyin cədvəlində sonuncu indikator kimi əlverişsiz vəziyyətdə olan
immiqrantlara dövlət tərəfindən ünvanlanmış güzəştlərin olması göstərilir.
Söhbət çətin maddi durumda olan immiqrantlara müxtəlif sahələrdə
güzəştlərin edilməsindən gedir. Hökumət ölkəyə gəlmiş miqrantların maddi
vəziyyətini yaxşılaşdırmaq üçün onları işlə təmin edir, işsizlərə müavinat təyin
edir, onlar üçün pulsuz dil kursları təşkil edir, onları təhsil haqqından azad edir
və digər imtiyazlı sosial proqramlar həyata keçirir. Hökumətin immiqrantlara
ünvanlanmış imtiyazları öz mahiyyətinə görə yuxarıda qeyd etdiyimiz
pozitiv
diskriminasiyanın
bir təzahürüdür. Bu imtiyazlar immiqrantların cəmiyyətə
inteqrasiya olmalarında olduqca müsbət rol oynayır.
Tolleyin tədqiqatının nəticələrinə görə, immiqrantlara bu cür güzəştlərin
edilməsi ən çox ABŞ-da, sonra isə Avstraliya və Kanadada müşahidə olunur.
Bir neçə ölkədə isə bu sahədə az miqdarda müəyyən işlər görülür. Lakin 21
ölkənin əksəriyyətində hökumət tərəfindən immiqrantlara onların durumunun
yaxşılaşdırılması məqsədilə imtiyaz təklif olunmur.
Cədvəl 3-dən göründüyü kimi, Erin Tolleyin tədqiqatının nəticələrinə
əsasən, 2010-cu ildə dünyanın 21 inkişaf etmiş ölkəsində immiqrant azlıqlar
üçün multikulturalizm siyasəti Avstraliya, Kanada və İsveçdə daha səmərəli
şəkildə həyata keçirilirdi. Belə ki, bu ölkələr 2010-cu ildə immiqrant azlıqlar
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
323
üçün multikulturalizm siyasəti yuxarıda qeyd olunan 8 indikator üzrə 8 mümkün
baldan Avstraliya 8, Kanada 7.5, İsveç isə 7 bal əldə etmişdir. 21 inkişaf etmiş
ölkələr sırasında multikulturalizm siyasəti Yaponiyada və Danimarkada (8/0)
yox dərəcəsində idi. İsveçrə və İtaliyada da bu siyasət aşağı səviyyədə idi: 8
mümkün baldan cəmi 1 bal.
* * *
Beləliklə, yerli (avtoxton) və gəlmə (alloxton) xalqlardan ibarət milli
azlıqların, eləcə də immiqrantların bu və ya digər ölkədəki vəziyyəti etnik-mədəni
müxtəlifliyin qorunmasının və multikulturalizm siyasətinin səmərəliliyinin
əsas göstəricisidir. Dövlətin multikulturalizm siyasətinin səmərəliliyi bu üç
qrupa daxil olan insanların sosial və iqtisadi tələbatlarının ödənilməsi, etnik-
mədəni dəyərlərinin qorunması ilə ölçülür. Bu isə öz növbəsində yuxarıda təhlil
etdiyimiz hər bir azlıq qrupuna daxil olan indikatorlar vasitəsilə müəyyən edilir.
Azlıq qruplarının cəmiyyətdəki vəziyyətini göstərən indikatorlar nəticə
etibarı ilə multikulturalizm siyasətinin səmərəliliyini göstərir. Hər bir azlıq
qrupunun bu və ya digər ölkədə olma və ya ölkəyə gəlmə tarixləri, onların
siyasi, iqtisadi, sosial və mədəni tələbatları bir-birindən fərqli olduğuna görə
onların yaşadıqları cəmiyyətə inteqrasiya olma məsələləri, şərtləri bir-birindən
fərqlənir. Başqa sözlə desək, sözügedən 3 azlıq qrupunun hər birinin yaşadığı
cəmiyyətə inteqrasiya olmasının şərtləri arasında müəyyən fərqlər vardır. Bu
fərqlər indikatorlar arasındakı müxtəlifliklərdə öz əksini tapır.
Bununla belə qeyd olunan indikatorlar arasında oxşarlar da var. Məsələn,
azlıqda olan yerli xalqlara aid
“Təsdiqedici akt”
indikatoru ilə immiqrant azlıqlara
aid
“Dövlət tərəfindən əlverişsiz vəziyyətdə olan immiqrantlara ünvanlanmış
güzəştlər”
indikatoru hər iki qrupa daxil olan azlıqların nümayəndələrinə dövlət
tərəfindən müəyyən güzəşt və imtiyazların verilməsini əks etdirir. Hökumət
tərəfindən azlıq qruplarına edilən güzəşt və imtiyazlar
pozitiv diskriminasiyanın
bir təzahürüdür. Bundan başqa azlıqda olan yerli xalqlara aid
“Yerli xalqların
mərkəzi hakimiyyətdə təmsil olunmaları”
indikatoru ilə milli azlıqlara aid “
Milli
azlıqların mərkəzi hakimiyyətdə və ya konstitusiya məhkəmələrində təmsilçiliyin
təmin edilməsi
” arasında da oxşarlıq vardır. Belə ki, hər iki indikator qeyd olunan
azlıq qruplarının hökumətdə təmsilçiliklərinin artırılmasını göstərir.
MULTİKULTURALİZMƏ GİRİŞ
324
Dövlətin multikulturalizm siyasətinin səmərəliliyinin ölçülməsində
kanadalı tədqiqatçılar tərəfindən tərtib olunmuş indikatorların mühüm
əhəmiyyət kəsb etdiyini göstərməklə yanaşı yaddan çıxarmaq lazım deyil ki,
bu indikatorların hər birini mexaniki şəkildə dünyanın istənilən ölkəsinə tətbiq
etmək düzgün deyil. Belə ki, ölkələrin tarixi inkişafı, onların siyasi, sosial-
iqtisadi və mədəni inkişaflarındakı müxtəliflik ölkələrin multikulturalizm
siyasətinin səmərəliliyinin ölçülməsində sözügedən indikatorların hər birinin
tətbiq olunmasının düzgün olmadığını, hətta zərərli olduğunu göstərir.
Yuxarıda qeyd etdiyimiz kimi, kanadalı tədqiqatçılar multikulturalizm
siyasətinin səmərəliliyinin indikatorlarını Avropa İttifaqının bir neçə üzv
dövlətləri, Yaponiya, Avstraliya, Yeni Zellandiya, ABŞ, Kanada, Norveç və
İsveçrəyə tətbiq etmişlər. Məlum olduğu kimi, bu ölkələrin hamısı uzun illər
demokratik inkişaf yolu keçmiş, iqtisadi cəhətdən zəngin olmaqla yanaşı xeyli
vaxtdır ki, müstəqil dövlətlərdir. Ölkələr arasındakı müxtəliflikləri nəzərə
almadan multikulturalizm siyasətinin səmərəliliyini ölçən indikatorları hər bir
ölkəyə tətbiq edərkən yanlış nəticə əldə oluna bilər. Buna görə də qeyd olunan
indikatorları tətbiq edərkən ölkələrin tarixi inkişaf xüsusiyyətlərini nəzərə almaq
vacibdir. Deyilənləri əyani şəkildə bir misalda göstərək. Məsələn, götürək milli
azlıqlara aid
“B
ölgə və ya bütün ölkə miqyasında rəsmi dil statusunu”. Qeyd
etdiyimiz kimi, bu indikator milli azlıqların dillərinə bölgə və ya bütün ölkə
miqyasında rəsmi dil statusunun verilməsini göstərir. Lakin bu indikatordan irəli
gələn tələb bir çox ölkələrin, xüsusilə müstəqilliklərini yenicə əldə etmiş ölkələrin
ərazi bütövlüklərinə, müstəqilliklərinə ciddi təhdiddir. Belə ki, milli azlıqların
dillərinə rəsmi dil statusunun verilməsi son nəticə etibarı ilə separatçılığın baş
qaldırmasına səbəb olacaqdır. Bununla belə nəzərə alsaq ki, multikulturalizm
siyasətinin əsas məqsədlərindən biri milli azlıqların etnik-mədəni dəyərlərinin, o
cümlədən dillərinin qorunmasıdır, hökumət tərəfindən milli azlıqların dillərinin
qorunması istiqamətində sistemli şəkildə müəyyən işlər həyata keçirilməlidir.
Belə işlərdən milli azlıqların dillərində KİV-in olmasını, ana dilinin tədrisinin
təşkil olunmasını göstərmək olar. Buna görə də qeyd olunan indikatoru bir qədər
dəyişdirib milli azlıqların dillərində KİV-in olması və onların ana dillərinin
tədrisinin təşkil olunması kimi təqdim etmək məqsədəuyğundur.
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİYİN QORUNMASI VƏ
MULTİKULTURALİZM SİYASƏTİNİN ÖLÇÜLMƏSİ
325
Dostları ilə paylaş: |