Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


Multikulturalizmin Avstraliya modeli



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə150/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   146   147   148   149   150   151   152   153   ...   175
1 Multikulturalizmə giriş 2019

10.4.2. Multikulturalizmin Avstraliya modeli
 
Müasir dövrdə uğurlu multikulturalizm siyasəti aparan ölkələrdən 
biri də Avstraliyadır. 2017-ci ildə Avstraliya Statistikası Bürosu tərəfindən 
dərc edilən “2016-cı ilin siyahıyaalmanın nəticələrinə” əsasən, sözügedən 
ölkədə etnik-mədəni müxtəliflik orada yaşayan insanların və valideynlərinin 
doğulduğu ölkə, aborigen olub-olmaması, danışılan dillər, dini etiqadları 
vasitəsilə müəyyənləşir. Avstraliyada yaşayan miqrantlar, əsasən, Britaniya
Yeni Zelandiya, Çin və Hindistandan köç etmişdir. Aparılan siyahıyaalınma 
zamanı Avstraliyada yaşayan miqrantların əcdadları ilə bağlı məlumatlar da yer 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
367
alıb. Ölkədə yaşayan insanların 36,1 faizinin əcdadının ingilis, 33,5 faizinin 
avstraliyalı, 11 faizinin irland, 9,3 faizinin şotland, 5,6 faizinin isə çinli olduğu 
müəyyənləşib. Bundan əlavə, dil müxtəlifliyi də ölkənin multikultural mühitini 
zənginləşdirən mədəni elementlərdən biridir. Hazırda Avstraliyada 300-dən 
çox müxtəlif dildə danışılır. Əhalinin təxminən 21 faizi ikidillidir (İngilis dili 
ilə yanaşı digər dildə də danışırlar). Nisbət etibarilə götürüldükdə isə əhalinin 
72,2 faizi ingilis, 2,5 faizi Çinin mandarin və kanton ləhcəsində, 1,4 faizi ərəb, 
1,2 faizi isə Vyetnam dilində danışır. 2016-cı ilin statistikasına görə, aborigen 
əhali 2,8 faiz təşkil edir. Qeyd edilməlidir ki, Avstraliyanın əhalisi 24,6 milyon 
nəfərdir. Əhalinin 52,1 faizi xristian, 8,2 faizi isə digər dinlərə (İslam, Buddizm, 
Hinduizm, Siqhizm, İudaizm və b.) sitayiş etdiyi halda, 30,1 faizi isə heç bir 
dinə inanmır.
Etnik-mədəni müxtəlifliyi formalaşdıran amillərə nəzər saldıqda görürük 
ki, onlar arasında həmrəyliyi, dinc birgəyaşayışı və harmoniyanı təmin etmək 
ciddi siyasi iradə və mexanizm tələb edir. Bu məqsədlə Avstraliyada həyata 
keçirilən multikulturalizm siyasəti mövcud etnik, irqi və dil baxımından 
etnik-mədəni müxtəlifliyin tələblərinə cavab verməli idi. Avstraliya hökuməti 
cəmiyyətdə mövcud olan müxtəlif qrupların ehtiyaclarının ödənilməsi, onlara 
bərabər imkanın verilməsi kimi istiqamətləri həm dövlət siyasətinin, həm də 
institusional bazanın tərkib hissəsi kimi formalaşdıra bildi. 
Qeyd edilməlidir ki, Avstraliya 1970-ci illərin əvvəllərinə qədər Ağ 
Avstraliya siyasəti (White Australian policy) yürüdürdü. Yəni, ölkə qapılarını 
təkcə ağdərili, xristian və ingilis miqrantlara açmışdı. 1973-cü ildən etibarən 
ölkədə miqrantlarla bağlı siyasətdə radikal dəyişikliklər başladı. Belə ki, 
II Dünya Müharibəsindən sonra artan miqrant axınının tələblərinə cavab 
vermək, işçi miqrantların yerli cəmiyyətdə yaratdığı etno-mədəni müxtəlifliyi 
qorumaq, onlar arasında həmrəyliyi gücləndirmək üçün 1978-ci ildə F.Malkolm 
(Avstraliyanın Baş naziri idi) administrasiyası tərəfindən multikulturalizm 
siyasətinin prinsipləri elan edildi. 
Multikulturalizm siyasəti konsepsiyasının prinsiplərində aşağıdakı 
müddəalar qeyd olunmuşdur: 
1. Sosial xidmətlərdən istifadə üçün bərabər imkanların yaradılması; 
2. Qrupun, yaxud fərdin öz mədəniyyətini qoruması və digərinin 
mədəniyyətinə hörmət etməsi; 


MULTİKULTURALİZMƏ GİRİŞ
368
3. Müxtəlif mədəniyyətlərin qorunması və dil ehtiyaclarının ödənilməsi 
üçün xüsusi xidmət növlərinin yaradılması; 
4. Miqrantların yerləşdirilməsi və yaşayış yeri ilə təmin edilməsi məqsədilə 
könüllü xidmətlərin təsis edilməsi. 
Bütün bunlar dövlətin mədəni müxtəlifliyə siyasi reaksiyası idi. Lakin 
2000-ci illərin əvvəllərinə qədər sözügedən siyasəti həyata keçirən icra strukturu, 
yəni institusional bazası formalaşmamışdır. 
Mədəniyyətlərarası münasibətlərin, qarşılıqlı anlaşmanın və dinc 
birgəyaşayışın gücləndirilməsi məqsədilə bir sıra dövlət proqramları qəbul 
olunmuşdur. Birinci proqram 1998-ci ildə qəbul edilmişdir. “Harmoniyada 
Yaşamaq” adlı bu proqramın əsas məqsədi Avstraliya dəyərlərini, vətəndaşlıq 
mövqeyini və inklüzivliyi gücləndirmək, miqrant və qaçqınları bərabər 
cəmiyyətdə iştirakçılığa həvəsləndirmək idi. Bu məsələdə vətəndaş 
cəmiyyətlərinin və icma təşkilatlarının rolunu artırmaq əsas məsələlərdən biri 
idi. Proqramın uğurlu icrası nəticəsində hər il 21 mart Avstraliyada “Harmoniya 
Günü” kimi qeyd olunmağa başladı, eləcə də vətəndaş cəmiyyətlərinin və icma 
təşkilatlarının bu işdə fəallığının artırılması məqsədilə müxtəlif qrantlar verildi. 
2006-cı ildə İmmiqrasiya və Multikuturalizm Məsələləri üzrə Departament 
yaradıldı. Daha sonra həmin departament İmmiqrasiya və Sərhəd Mühafizə 
adlandırıldı. Bu departamentin əsas səlahiyyətlərinə yeni gələn miqrantlar üçün 
ingilis dili proqramlarının hazırlanması, həmin proqramların maliyyələşdirilməsi, 
etnik təşkilatlarla məsləhətləşmələrin aparılması, biznes mühitində mədəni 
müxtəlifliyin təşviq edilməsi istiqamətində proqramların hazırlanması və s. kimi 
işlərin yerinə yetirilməsi daxil edildi. 
Departament yaradılandan sonra, daha dəqiq desək, 2016-cı ildə “Sosial 
Birlik, Harmoniya və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planı” hazırlandı. 
Həmin planın hazırlanmasını şərtləndirən əsas faktorlardan biri ABŞ, London 
və Balidə baş verən terror hadisələrindən sonra yaranan dini fundamentalizmlə 
bağlı narahatlıq idi. Planın əsas məqsədi artan qlobal dini və siyasi terror 
təhlükəsinin, ekstremizmin, zorakılığın və dözümsüzlüyün ölkəyə sirayət 
etməməsi üçün həmrəyliyi gücləndirmək, milli təhlükəsizliklə bağlı görülən 
tədbirləri dəstəkləmək idi. Burada yerli icmaların iştirakını təmin etmək, 
problemlərin həllində onların dəstəyindən maksimum istifadə etmək önəmli 
idi. Plan çərçivəsində icma iştirakçılığı milli dəyərlərin təbliği ilə bağlı təhsil, 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
369
dini müxtəliflik, tolerantlıq və dindarların maarifləndirilməsi vasitəsilə təmin 
olundu. Sözügedən Milli planın məntiqi davamı olaraq 2010-cu ildə “Müxtəliflik 
və Sosial Birlik Proqramı” qəbul olundu. Bu proqramın əsas məqsədi ölkədə 
inklüziv cəmiyyəti gücləndirmək, mövcud həmrəyliyi qoruyub saxlamaq, sosial-
iqtisadi həyatda miqrantların iştiraklarını təmin etmək idi. 
Beləliklə, Avstraliyanın etnik-mədəni müxtəlifliklə bağlı milli siyasətini 
dəyərləndirəndə məlum olur ki, multikulturalizm cəmiyyət üçün kimlik 
seçimidir. Çünki Avstraliya multikulturalizminin əsasında mədəniyyətlərin 
qovuşması, təntənəsi və harmoniyası dayanır. Uğurlu multikulturalizm 
siyasətinin aparılmasında həm dövlət, həm də xalq əsas rol oynayır.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin