ABŞ nümunəsində: İkili vətəndaşlığa qismən icazə verilir. ABŞ Dövlət
Departamenti bildirir ki, ikinci vətəndaşlığı qəbul etmiş amerikalı ABŞ
vətəndaşlığını itirə bilər. Hesab olunur ki, ikinci dövlət qarşısında hər hansı öh
-
dəliyin olması ölkə üçün müəyyən problemlərə gətirib çıxarır.
6.
Etnik qrupların təşkilatlarının və ya fəaliyyətlərinin dövlət tərəfindən maliyyələşdirilməsi; ABŞ nümunəsində: ABŞ-da belə təcrübə mövcud deyil. Miqrantlar, et
-
nik təşkilatlar və icmalarla bağlı bu kimi məsələlərdə hökumət neytral mövqe
nümayiş etdirir.
7.
Bilinqual və ya ana dilində təhsilin dövlət tərəfindən mali- yyələşdirilməsi; ABŞ nümunəsində: Ştatların dil siyasətindən asılı olaraq dəyişir. İkidilli
təhsil sistemi ilə bağlı siyasət daha çox ispandilli ştatlarda tətbiq olunur. Mul
-
tikulturalizmin əleyhdarı olan ştatlarda isə təhsil ancaq ingilis dilində aparılır.
8.
Əlverişsiz vəziyyətdə olan immiqrantlara dövlət tərəfindən
ünvanlanmış güzəştlərin olması;
ABŞ nümunəsində: Amerikada miqrantlarla bağlı belə təcrübə mövcud
-
dur. Belə ki, işə qəbul zamanı işəgötürənlərin qarşısına qoyulan tələblərdən biri
də qadınlara, əlil insanlara və ixtisaslı azlıqlara üstünlüyün verilməsidir. 1964-
cü ildə qəbul edilmiş Mülki Hüquqlar Aktında işəgötürənlər tərəfindən irqinə,
cinsinə, rənginə, dininə və milli mənsubiyyətinə əsasən ayrı-seçkilik qoyulursa,
işəgötürən bu hərəkətinə görə məsuliyyət daşıyır. Belə hal baş verdikdə müvafiq
Komissiya tərəfindən istintaq tədbiri həyata keçirilir.
Beləliklə, qeyd olunan “İmmiqrant azlıqlar üzrə MKS indeksi”nin
parametrlərinə uyğun olaraq ABŞ təcrübəsinə nəzər saldıqda görürük ki, aparılan
multikulturalizm siyasətinin əsas hədəfi vahid amerikalı kimliyi yaratmaq
idi. Bunu istər dil sahəsində aparılan siyasət, istərsə miqrantlara münasibətin
müxtəlif ştatlarda fərqli təzahür etməsini göstərə bilərik. Hesab olunur ki, bu gün
Amerika siyasi arenasında səsləndirilən millətçi ritorikalar, miqrantlara qarşı
məhdudiyyətlərin artması və bu kimi digər məsələlər mədəniyyətlər arasında
gərginliyə əsas səbəb aparılan uğursuz assimilyasiya siyasətinin nəticəsidir.