Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


partiyalarından birinin lideri Frits Bolkesteynin İslamın Qərb dəyərləri ilə



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə158/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   154   155   156   157   158   159   160   161   ...   175
1 Multikulturalizmə giriş 2019


partiyalarından birinin lideri Frits Bolkesteynin İslamın Qərb dəyərləri ilə 
uzlaşmadığı barədə bəyanatı istiqamətləndirirdi. Bolkestein bildirirdi ki, 
bu uyğunsuzluğa görə də immiqrantlar hətta öz mədəni dəyərləri ilə ciddi 
ziddiyət təşkil edən dominant mədəniyyətə uyğunlaşmalıdırlar. Belə bəyanatlar 
Bolkensteinə növbəti seçkilərdə uğur qazandırdı və məlum oldu ki, ölkədə 
multikulturalizm əleyhdarları üstünlük təşkil edir.
Ölkədə gedən qızğın debatların nəticəsi olaraq hökumət 1994-cü ilin 
mayında azlıqlar siyasətini əvəz edən yeni siyasət sənədi qəbul etdi. Etnik 
azlıqların inteqrasiyası siyasətinin Konturları (bundan sonra Konturlar) adlanan 
bu sənəddə multikulturalizm deyil, inteqrasiya və vətəndaşlıq prinsipləri 
qabardılırdı. Tam və aktiv vətəndaşlıq inteqrasiya siyasətinin əsas məqsədinə 
çevrildi. Bu həm dövlətin, həm də azlıqların üzərinə hüquq və öhdəliklər qoyurdu. 
Hökumət imkanlar təklif etməyə, immiqrantlar isə bu təklifləri dəyərləndirməyə 
borclu idi. Konturlar bəyan edirdi ki,“mədəniyyət statik konsepsiya deyil və 
digər mədəniyyətlərlə qarşılıqlı əlaqədə inkişaf edir”.
Konturların əvvəlki sənəddən əsas fərqi onda idi ki, dövlətin siyasətinin 
hədəfi yalnız immiqrantlar deyil, əlverişsiz şəraitində olan hər kəs ola bilərdi. 
Bu isə öz növbəsində dövlətin bundan sonra immiqrantlara hədəflənmiş xüsusi 
proqramlar qəbul etməyəcəyinə işarə edirdi. Artıq dövlət siyasəti qruplara və ya 
icmalara deyil, fərdlərə yönəldilirdi. Yeni siyasətlə dövlət azlıqlara qrup olaraq 


MÜASİR DÖVRDƏ QƏRB ÖLKƏLƏRİNDƏ 
ETNİK-MƏDƏNİ MÜXTƏLİFLİK VƏ ONUN TƏNZİMLƏNMƏSİ
385
qayğı göstərməkdən əl çəkir, insanlara fərdi seçim imkanları yaradaraq onlardan 
sərbəst şəkildə yararlanmağa təşviq edirdi. Yəni artıq dövlətin siyasəti təkyönlü 
qayğı deyil, ikitərəfli qarşılıqlı fəaliyyət idi. Məhz bu ikitərəfli fəaliyyət 1998-ci 
ildə qəbul edilmiş “İmkanlar təklif etmək, imkanlardan yararlanmaq” adlı yeni 
siyasət sənədinin, adından da göründüyü kimi, fundamental əsasını təşkil edir.
Yeni sənəd miqrantların mövcudluğunun legitimliyini qətiyyən şübhə 
altına almır. Əksinə, sənədi qəbul edən hökumət açıq şəkildə bildirirdi ki, 
Hollandiya immiqrasiya ölkəsidir. Lakin burada multikulturalizmdən uzaqlaşma 
və onun inteqrasiya ilə əvəz edilməsi, xüsusən də inteqrasiya siyasətində əsas 
məsuliyyətin qəbul edən tərəfin üzərinə deyil, immiqrantların üzərinə düşməsi 
vurğulanır.
Yeni siyasət vətəndaşlıq məsələlərinə də ciddi dəyişikliklər gətirmişdir. 
Holandiyada sağ partiyalar iddia edirdilər ki, immiqrantların Hollandiya 
vətəndaşlığı əldə etməsi onlara Avropa İttifaqı daxilində rahat hərəkət edə 
bilmələri baxımından sırf praktik məna kəsb edir və bu, onların Hollandiyaya 
loyallığının göstəricisi və ya nəticəsi deyil. Hökumət bu debatları nəzərə alaraq 
1997-ci ildə ikili vətəndaşlığı dayandırdı, lakin eyni zamanda istisnalar üçün 
kifayət qədər yer qoydu.
İnteqrasiyanın gücləndirilməsi sahəsində atılmış addımlardan ən 
mühümü 1997-ci ildə parlament tərəfindən ölkəyə yeni gələnlər üçün vətəndaş 
inteqrasiyası haqqında qanunun qəbul edilməsidir. Bu qanuna əsasən, Avropa 
İttifaqından olmayan hər bir miqrant müsahibə aparılması üçün yerli hakimiyyət 
orqanlarına müraciət etməlidir. Müraciət etməyənləri 2269 avroya qədər 
cərimə gözləyir. Bu müsahibə əsasında yerli hakimiyyət immiqrantın məcburi 
dil kurslarında iştirak edib-etməyəcəyinə dair qərar qəbul edir. 600 saatlıq bu 
kursların 500 saatı Holland dilinin öyrənilməsinə, 100 saatı isə sosial vərdişlər 
və əmək bazarına həsr olunur. Kurslar pulsuzdur. Hökumət kursların ilk ilində 
bu məqsədlə büdcədən 138 milyon avro vəsait ayırmışdır.
Hollandiyada multikulturalizm üzərində debatlar bu gün də davam et
-
məkdədir. Miqrantların inteqrasiyası ilə bağlı problemlər əvvəlki aktuallığını 
qoruyub saxlayır. Zaman-zaman anti-multikulturalist fikirlər ictimai diskursda 
üstünlük təşkil edir. Hollandiyada multikulturalizmin keçdiyi yol həm də siyasi 
mübarizə ritorikasının bariz nümunəsidir.


MULTİKULTURALİZMƏ GİRİŞ
386

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin