Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə170/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   167   168   169   170   171   172   173   174   175
1 Multikulturalizmə giriş 2019

“Bu gün 
multikulturalizmin dünyada alternativi yoxdur.” 
Müasir dövrdə Qərb ölkələrində multikulturalizm siyasətinin iflasa 
uğraması və bununla yanaşı, Azərbaycanda bu siyasətin yaşaması hansı 
səbəblərdən irəli gəlir? 
Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Obyektiv səbəblər 
hansılardır? 
Bəzi ölkələr tarixən ən qədim zamanlardan bəri hər hansı müxtəlifliklərlə 
üzləşmədən digər mədəniyyətlərlə təmas nöqtəsinə monoetnik bir birlik kimi 
gəlib çıxmışdır. Buradakı müxtəlif mədəniyyətliliyi 
sonrakı müxtəliflik
kimi 
ayıra bilərik. Bəzi ölkələrdə isə müxtəliflik 
ilkin
xarakterli olmuşdur. Birinci 


MULTİKULTURALİZMƏ GİRİŞ
418
hal ilə bağlı real sosial nəticə odur ki, gəlmə multikultural dəyərlər dəyərləri 
formalaşmış ölkədə özünə asanlıqla yer eləmir. Belə bir ölkədə yeni dəyərlərin 
calağı istər-istəməz süni alınır. Onun üçün də bəzi Avropa ölkələrində bu 
modelin iflasa uğramasının obyektiv səbəbləri yox deyil. Bəzi ölkələrdə isə 
xalqın tarixində müxtəliflik ilkin çağdan başlayır və müxtəlif xalqlar ən qədim 
zamanlardan etibarən bir-birini formalaşdıra-formalaşdıra müasir dövrə qədəm 
qoyurlar. “İlkin müxtəliflik” və “sonrakı müxtəlifliyi” bir-birindən ayırmasaq 
bu günkü dünyada hansısa ölkədə multikulturalizmin iflasının, hansında isə 
təntənəsinin sirrini öyrənə bilmərik. 
Azərbaycanda normal multikultural əhvalın olması – müxtəlif 
konfessiyaların, etnik birliklərin dostluq və mehribançılıq şəraitində yaşaması 
yenə də tarixin qədim dövrlərindən qidalanır. “İlkin müxtəliflik” Azərbaycan 
ərazisində özünü göstərən nadir xüsusiyyətlərdəndir və bu hal “sonrakı 
müxtəliflikdən” kəskin şəkildə fərqlənir. Məhz “ilkin müxtəliflik” bu gün 
Azərbaycan ərazisində özünü qoruyub saxlamış sistemli münasibət modeli 
formalaşdırmışdır. Nəticədə isə əsrlərdən bəri şair, yazıçı və alimlərin bədii 
ədəbiyyatda, elmi traktatlarda özünü göstərən müxtəlifliyə loyal münasibəti 
məhz Azərbaycanda, özü də müstəqillik dövründə yeni bir siyasi ahəng 
qazana bildi. Ona görə də təəccüblü deyil ki, bir sıra Qərb ölkələrində 
multikulturalizmin iflasa uğramasının bəyan edildiyi dövrdə Azərbaycan 
Respublikasında multikulturalizm dövlət siyasəti kimi ortaya çıxır və 
Azərbaycan Prezidenti bu siyasətin davamlı olması üçün real və optimal 
fəaliyyət göstərir. 
Şübhəsiz, Qərbi Avropa ölkələri ilə müqayisədə Azərbaycanın demokratik 
inkişaf sahəsində real təcrübəsi azdır. Amma mənəvi təcrübəsi böyükdür. 
Azərbaycan xalqının dastanlarından, nağıllarından, klassik ədəbi nümunələrindən 
qədim demokratik prinsiplərlə bağlı yetərincə misal və nümunələr göstərmək 
olar. Tarix boyu Azərbaycan mənəvi həyatında tolerantlıqdan xeyli danışmaq 
mümkündür. Bunlar, təbii ki, multikultural tərzin Azərbaycan cəmiyyətinə 
öncədən xas olmasına bir sübutdur.
Baxın, multikultural dəyərlər harada iflasa uğradı? O ölkələrdə bu belə 
oldu ki, mənəvi baxımdan formalaşma prosesini başa çatdırandan sonra oraya 
miqrasiyaların yeni dalğası ilə bu çağa qədər tanış olmayan multikultural 
dəyərlər, yad baxışlar gəlməyə başladı. Və artıq formalaşmış orqanizm bu süni 


419
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM 
calağı qəbul etmədi. Sonrakı müxtəlifliyin mahiyyəti budur. 
Azərbaycanda isə əvvəlcədən bu dəyərlər süni deyildi. Çünki onlar 
təbii halda, başlanğıcdan bir yerdə idi. Əsas məsələ budur. Buna görə də biz 
metodoloji olaraq, “ilkin müxtəliflik”, “sonrakı müxtəliflik” anlayışlarını 
bir-birindən fərqləndirməliyik. İlkin müxtəliflik, əslində, özündə miqrasiya 
elementi saxlamır. O, hər hansı müxtəlifliyin ilk başlanğıcdan bir yerdə, yanaşı 
mövcudluğu kimi özünü göstərir.
Azərbaycanda multikulturalizm siyasətinin uğurla həyata keçirilməsinin 
subyektiv səbəblərinə gəldikdə, ilk növbədə ölkə rəhbərliyinin bu sahədə 
gördüyü böyük işləri göstərmək lazımdır. Prezident İlham Əliyev ölkədəki 
multikultural durumu daha da möhkəmlətmək məqsədilə bir sıra mühüm 
işlər həyata keçirir. O, ölkədəki etnik-mədəni müxtəlifliyin tənzimlənməsində 
multikulturalizm siyasətinə böyük önəm verir. Bunun bariz nümunəsi kimi 
ilk növbədə onun 28 fevral 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan 
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət 
müşavirliyi xidmətinin (hazırda Azərbaycan Respublikasının Prezidenti 
Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini 
məsələlər şöbəsi adlanır), 15 may 2014-cü il tarixli Fərmanı ilə Bakı Beynəlxalq 
Multikulturalizm Mərkəzinin yaradılmasını, həmçinin Prezidentin 11 yanvar 
2016-cı il tarixli Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm 
ili” elan edilməsini və 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “2016-cı ilin 
Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair 
Tədbirlər Planı”nın təsdiq edilməsini göstərmək olar. Qeyd olunan təsisatların 
və Sərəncamların hər biri Azərbaycanın multikulturalizm siyasətinin uğurla 
həyata keçirilməsinə yönəlmişdir.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Millət-
lərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əsas məqsədi 
ölkədə mövcud olan milli müxtəlifliyin qorunub saxlanması, milli azlıqların 
hüquq və azadlıqlarının dövlət təminatının, milli azlıqlarla bağlı dövlət 
siyasətinin həyata keçirilməsi, ölkədəki multikultural mühitin öyrənilməsi və 
dünyada təbliği işinin aparılması, dövlətin din siyasətinin tənzimlənməsinə 
nəzarət etməkdən ibarətdir. Bu məqsədə nail olmaq istiqamətində həyata 
keçirilən işlər sırasında Şöbənin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi 
ilə əməkdaşlığı xüsusi yer tutur.


MULTİKULTURALİZMƏ GİRİŞ
420
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) əsas məqsədi 
Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, 
linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada 
multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri 
tədqiq və təşviq etməkdən ibarətdir. BBMM-in qarşısında duran bütün vəzifələr 
Azərbaycan multikulturalizminin inkişafına yönəlmişdir.
Prezident İlham Əliyevin multikulturalizm siyasətinə yüksək önəm 
verməsi ölkənin daxili siyasəti ilə yanaşı xarici siyasətində də özünü büruzə verir. 
Mütəmadi olaraq Azərbaycan dünyada mədəniyyətlərarası və sivilizasiyalararası 
dialoqun təşviqinə həsr olunmuş bir çox beynəlxalq forumlara, konfranslara ev 
sahibliyi edir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, Azərbaycanda 2010-cu 
ilin 26-27 aprel tarixlərində Dünya Dini Liderlərinin Sammiti, 2011-ci, 2013-
cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə Ümumdünya Mədəniyyətlərarası Dialoq 
Forumları, 2011-ci, 2012-ci, 2013-cü, 2014-cü, 2016-cı və 2018-ci illərdə Bakı 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasına üzv 
dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və 
onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” 
mövzusunda keçirilmiş beynəlxalq konfransda çıxış edərkən. 
2 dekabr 2008-ci il. Bakı, “Gülüstan” sarayı.


421
MÜASİR DÖVRDƏ AZƏRBAYCANDA MULTİKULTURALİZM 
Beynəlxalq Humanitar Forumları, 2013-cü, 2014-cü, 2015-ci, 2016-cı, 2017-ci, 
2018-ci və 2019-cu illərdə Qlobal Bakı Forumları, eləcə də 2016-cı ilin 25-
27 aprel tarixlərində Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 
7-ci Qlobal Forumu keçirilmişdir. Bu tədbirlər 
“Bakı prosesi”
çərçivəsində 
keçirilir
11
.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin