67
DÜNYA DİNLƏRİ
kiçik dövlət Hindistanın şimal-şərqində, Himalay dağlarının ətəyində yerləşirdi
(hazırda Nepalın ərazisidir).
Ənənəyə görə, uşağın dünyaya gəlməsinə az qalmış anası, şahzadə
Mahamaya, ata evinə yollanır. Lumbini kəndinin meşəliyində övladını dünyaya
gətirir. Lakin yeddi gündən sonra o vəfat edir
və dayəlik yeni doğulmuş
şahzadənin xalasına həvalə olunur.
Hökmdar Suddhodana övladının gələcəyini öyrənmək üçün məşhur
münəccim Aşitаnı saraya çağırır və o, uşağın bədənində onun böyük şəxsiyyət
olacağını göstərən otuz iki əlamət müəyyənləşdirir. Bu əlamətlər əsasında Aşita
qeyd edir ki, balaca şahzadə gələcəkdə ya böyük bir hökmdar - bütün dünyanın
hakimi (çakravartin), ya da həqiqəti dərk edəcək müqəddəs zahid (budda)
olacaq. Bundan sonra uşağın adını Siddhartha Qautama qoydular. “Siddhartha”
– “məqsədinə tam nail olmuş şəxs” mənasını verir. “Qautama” isə onun mənsub
olduğu sülalənin adıdır.
Suddhodana oğlunun gələcəkdə zahid deyil, onun yerinə keçəcək böyük
hökmdar olmasını arzulayırdı.
Bu məqsədlə o, övladının ömrü boyu həyatın
mənası, əzab və ölüm haqqında fəlsəfi düşüncələrə meyllənərək zahid olmaması
üçün onu xarici aləmdən təcrid edir, gözəl sarayda zənginlik və firavanlıq içində
yaşamasını təmin edir. Hətta əhalinin qoca, xəstə və kasıb insanlarını paytaxt
Kapilavastudan ayrı bir şəhərə köçürdür. Siddhartha məhz belə bir mühitdə
böyüyür.
Dövrünə görə yaxşı
təhsil alan, öz yaşıdlarını həm elmdə,
həm də
idmanda üstələyən Siddhartha uşaqlıqdan düşünməyə,
fikir yürütməyə meyl
göstərir, xeyirxahlığı hər şeydən üstün tutur, kin, nifrət və düşmənçilikdən uzaq
olmağa çalışır. On altı yaşında Siddhartha Yaşodhara adlı şahzadə qızla evlənir
və Rahula adlı oğlu dünyaya gəlir. Hər şey atasının istədiyi kimi getdiyi halda
29 yaşlı Siddhartha ova getmək üçün ilk dəfə icazəsiz saraydan kənara çıxır və
bu onun həyatını tamamilə dəyişir.
Yolda şahzadə Siddharthanın qarşılaşdığı dörd hadisə onu həyatın
məşəqqət və əzab-əziyyəti barədə dərin düşünməyə vadar edir və nəticədə o,
mənəvi sarsıntı keçirir. Belə ki, şahzadə həyatında ilk dəfə dəfn mərasimi görür
və anlayır ki, özü də daxil olmaqla bütün insanlar ölümlüdür. Nə var-dövlət,
nə də səltənət ölümdən xilas etməyə qadir deyil. Daha sonra cüzama tutulmuş
xəstəyə rast gəlir və başa düşür ki, hər bir insan xəstəliyə mübtəla ola bilər.
MULTİKULTURALİZMƏ GİRİŞ
68
Şahzadə bir müddət sonra pul istəyən dilənçi ilə qarşılaşır və var-dövlətin, ad-
sanın mahiyyət etibari ilə ötəri və bihudə olduğunu anlayır. Nəhayət o, dünyadan
əlini çəkərək zahidlik edən və bununla da həyatdan razı qalan müdrik bir qocaya
rast gəlir. Qoca ilə görüşdən sonra şahzadə başa düşür ki, insanın zahidlik edərək
öz nəfsinə yönəlməsi və daxili dünyasını dərk etməsi həyatın əzab-əziyyətinin
səbəbini bilmək və ondan qurtulmağın yeganə yoludur.
Rastlaşdığı hadisələrdən sonra şahzadə Siddhartha artıq dəbdəbəli sarayda
rahat yaşaya bilmir və bir gün gecə yarı xidmətçisinin müşayiəti ilə sarayı tərk
edir. Meşənin kənarında atını və qılıncını xidmətçiyə verir və onunla vidalaşır.
Dünya həyatından əl çəkir, uzun saçlarını kəsdirib sadə geyim geyinir və meşəyə
yollanır. Bununla da Siddhartha mənəvi axtarış yoluna – zahidliyə qədəm qoyur.
Siddhartha əvvəlcə yuxarıda qeyd olunan
müxtəlif şraman qruplara
qoşulur və onların təlimlərini öyrənir. Şramanlar cəmiyyətdən kənar gəzərək,
özlərini hər şeydən məhrum edir, ac qalmaq və digər üsullarla nəfslərini sınağa
çəkirdilər. Onlar həmçinin yoqa və nəfəsin gimnastikası metodu ilə ruhun
bədəndən asılılığını azaltmağa çalışırdılar. Siddhartha tezliklə şramanların bütün
təlimlərini mənimsəyir, tətbiq edir, amma heç kimin davamçısına çevrilmir. Beş
yoldaşı ilə birlikdə qidadan imtina edərək asketizmin sərt metodlarını
tətbiq
edir, lakin gəldiyi nəticələr insan, həyat və həqiqət mövzusunda axtardığı
suallara cavab vermədiyindən onu razı salmır. Belə olan təqdirdə Siddhartha sərt
zahidlikdən əl çəkir və yaxınlıqda yaşayan bir qızdan sadə, lakin kifayət qədər
qidalı yemək (südlü düyü sıyığını) qəbul edir. Bunu görən ətrafındakı yoldaşları
Siddharthanı dönük adlandırıb, tənha qoyub tərk edirlər.
Siddhartha qatı zahidliyin əvəzinə nə
nəfsin hər istəyinə boyun əyən,
nə də bədəni zəiflədəcək qədər məhrum buraxan orta yol müəyyənləşdirir və
meşənin dərinliyində tənha altı il yaşayır. Otuz beş yaşı olanda bir gün Neranjara
çayının sahilində bodhi ağacının (əncir ağacının bir növü) altında oturur və
and içir ki, həyatın, ölümün, əzab və əziyyətin həqiqi mahiyyətini və səbəbini
dərk etməyənə qədər yerindən durmayacaqdır. O, meditasiya icra edir və dərin
düşüncələrə dalır.
Buddizmin mistik
ənənəsində bildirilir ki, dərin düşüncə zamanı
Siddharthanın ölüm və doğuş dünyalarına qalib gələcəyini görən şər qüvvə
Mara vəsvəsə edərək onu əvvəlcə qorxutmağa, daha sonra qızlarının gözəlliyi
vasitəsilə yoldan çıxartmağa çalışır. Lakin bütün bunlar Siddharthaya təsir etmir
69
DÜNYA DİNLƏRİ
və Mara təslim olur. Siddhartha düçüncənin ən dərin qatlarına enəndə artıq
ona əzab, əzabın səbəbləri, əzabın qurtarması və onun sona çatmasına aparan
yollar barədə
Dostları ilə paylaş: