3.1.3. Buddizmdə dini cərəyanlar
Buddizm geniş ərazilərdə yayıldıqca onun fəlsəfəsinin və təlimlərinin
izahında müəyyən fərqliliklər yaranmış, bu da tarixi dövr ərzində bu dinin
müxtəlif istiqamət və məktəblərinin meydana gəlməsinə səbəb olmuşdur.
Hazırda Buddizmin üç əsas qolu mövcuddur –
Hinayana
(“dar yol”, yaxud
“kiçik döyüş arabası”),
Mahayana
(“geniş yol”, yaxud “böyük döyüş arabası”)
və
Vajrayana
(“almaz yol”). Qeyd olunan qollar müxtəlif ölkələrdə yerli buddist
cərəyanlarının formalaşmasına da öz təsirini göstərmişdir.
MULTİKULTURALİZMƏ GİRİŞ
76
Hinayana
Buddizmin
cənub qolu sayılır və e.ə. IV-III əsrlərdə
formalaşmışdır. Təqribən b.e. I əsrinədək hakim mövqedə olmuşdur. Müasir
ədəbiyyatda “hinayana” termini əvəzinə ilk buddist məktəblərindən birinin adı
olmuş “theravada” (qocaman böyüklərin təlimi) sözündən də istifadə olunur.
Belə ki, Buddizmin tarixində konservativ istiqamət olan theravadanın ümumi
mahiyyəti bu qolda səciyyəvi sayılır. Hinayananın mənsubları hesab edirlər ki,
nirvanaya çatmaq yalnız rahiblərin icmasına (sanqha) daxil olmaqla mümkündür.
Yəni təkcə icma üzvləri buna nail ola bilərlər. Buddizmin bu qolu qatı və sərt
prinsiplərə əsaslanır, ona görə də mənsubları ehkamlara, bədən və ruh intizamına
daha çox həssaslıqla yanaşırlar. Burada monastır nizam-intizamı olduqca sərtdir.
Hətta dünyəvi buddistlər həyatlarında heç olmasa bir dəfə monastırda rahib kimi
yaşamağa dəvət olunurlar. Digər qollardan fərqli olaraq hinayanada mistisizmə
və mistik fərziyyələrə yer verilmir. Buddizmin bu istiqaməti əsasən cənub-şərqi
Asiya ölkələrində – Birma, Malaziya, Tayland, Laos, Kamboca, İndoneziyada
yayıldığı üçün “cənub məktəbi” adını almışdır.
Mahayana
Buddizmin şimal qolu sayılır. Burada Buddanın
moizələrinin əxlaq tərəfinə xüsusi əhəmiyyət verilir və bununla
nirvanaya çatmağa çalışılır. Bu qolun mənsubları hesab edirlər ki,
nirvanaya yetişmək olduqca çətin işdir. Çox nadir insanlar istisna
olmaqla, heç kim bu “kamilliyə” nail ola bilməz. Lakin bodhisattvalar
həmişə mövcuddur və onlar kamilliyə çatmağı səmimiyyətlə arzu edənlərin
yanındadır. Mahayana mənsubları hesab edirlər ki, bodhisattvalar mütləq
məhəbbətə, yaxşılığa doğru bu yolda insanlara rəhbər olmaq və bütün varlıqları
xilas etmək üçün bilərəkdən nirvanaya qovuşmağı təxirə salırlar. Yəni
bodhissattvalar öz əxlaqi və mənəvi keyfiyyətləri ilə nirvanaya yetişib qurtuluşa
layiq olduqları halda, insanlara bəslədikləri mərhəmət səbəbindən şüurlu şəkildə
son addımı atmır, dünyada qalıb insanlığın aydınlanmasına xidmət edirlər.
Buddizmin bu qolunun mənsubları icmanı (sanqhanı) qapalılıqdan çıxarıb
ətraf dünyaya daha açıq olmasına, bununla da rahiblərlə dünyəvi buddistlər
arasındakı mövcud bölünməni yumşaltmağa çalışırlar. Mahayana Buddizmi
əsasən Çin, Koreya, Yaponiya və Tibetdə yayıldığı üçün “şimal məktəbi”
adını almışdır. Ondan daha sonra digər cərəyanlar törəmişdir. Bizim eranın
V-VI əsrlərində mahayana öz hakim mövqeyini itirmiş və liderliyi hind-tibet
Buddizminə - Vajrayanaya təhvil vermişdir.
77
DÜNYA DİNLƏRİ
Vajrayana
tantrik, yəni ezoterik (batini) Buddizm kimi səciyyələnir. Bizim
eranın V əsrində mahayana Buddizminin tərkibində formalaşmışdır. Ona görə
bəzən onu mahayana Buddizminin digər növü kimi də qəbul edirlər. Vajrayana
sisteminin praktikasında “abhişeka” adlanan və su ilə yuyunmaqla icra olunan
ayinə xüsusi əhəmiyyət verilir. Buddizmin bu qolunda aydınlanmaya çatmaq
üçün əsas vasitə gizli mantraların səsləndirilməsi hesab olunur. Digər metodlara
isə yoqa meditasiyası, “mudra” adlanan əl və barmaq hərəkətləri ilə yerinə
yetirilən xüsusi ayinlər, qurulara (mənəvi rəhbər, müəllim) ehtiram bəsləmə və
s. daxildir. Vajrayana Buddizmi Nepalda, Tibetdə, Monqolustanda və qismən
Yaponiyada yayılmışdır.
Qeyd etmək lazımdır ki, Buddizm geniş arealda yayıldıqca yerli
inancların təsirinə də məruz qalmışdır. Bu, eyni zamanda, Buddizmin bu və
ya digər ölkələrdə rahat uyğunlaşmasına şərait yaratmışdır. Məsələn, Çin və
Yaponiyada Buddizm bu ölkələrin mədəniyyətindən, adət-ənənələrindən xeyri
təsirlənmiş, nəticədə yerli cərəyanlar meydana gəlmişdir. Hindistandan Çinə
Buddizmi Bodhidharma (b.e. 440-526) adlı rahib gətirmişdir. Çin dilində onun
adı “Damo”, yapon dilində isə “Daruma” şəklində səslənir. O, Çan (yaxud Dzen)
Buddizm təliminin qurucusu hesab olunur. “Çan” sanskrit dilində meditasiya,
yaxud düşüncənin bir yerə toplanması mənasına gələn “dhyan” terminindən
(çin dilində “çança”) törəmişdir. Bu heroqlif yapon dilində “dzen” şəklində
oxunur. Bodhidharmanın təbliğatı nəticəsində Çində meditasiya (dhyan) praktik
əhəmiyyət daşımağa başlamış və rahiblər ölkəni gəzərək onu geniş kütlələrə
təbliğ etmişlər. Çan Buddizmin təlimi yerli daosizm dininin və hinduizmin
dhyan təlimlərinin sintezindən yaranmışdır. Bu təlimə görə, insan eyni bədəndə
və eyni həyatda aydınlanaraq budda ola bilər. Bunun üçün dəfələrlə ölməyə və
dirilməyə ehtiyac yoxdur. Məhz bu yanaşma təlimin çoxlu tərəfdar qazanmasına
səbəb olmuşdur.
Bodhidharmanın təlimi Yaponiyada
Dzen Buddizm
adı ilə yayılmış və
samurayların döyüşçü mentaliteti ilə uyğunlaşmağı bacarmışdır. Yaponiyada
Dzen Buddizmə yerli din olan sintoizm də öz təsirini göstərmişdir. Dzen
Buddizmdə insanın yalnız şəxsi təcrübəsinə istinad etməsinə diqqət daha çox
ayrılır. Yəni, nə Buddanın, nə də ustad müəllimlərin mistik təcrübəsi özlüyündə
insana heç bir kömək göstərə bilməz, ona görə də həqiqəti dərk etmək yalnız
şəxsi təcrübə ilə mümkündür.
MULTİKULTURALİZMƏ GİRİŞ
78
Bu gün Yapon xalqı sintoizmə bağlı olsa da, Buddizmə də dərin hörmət
bəsləyir. Hətta bir çox yapon sintozmlə Buddizmi bir-birini tatamlayan iki
din kimi qəbul edir. Məsələn, bir yaponun sintoizm məbədində evlənməsi və
buddist məbədində icra olunan mərasimlə dəfn edilməsi normal hesab olunur.
Həmçinin qeyd etmək lazımdır ki, Yaponiyada Buddizmin təkamülü təzadlı
xarakter daşıyır. Belə ki, ənənəvi Buddizm məktəbləri (məsələn, Dzen Buddizm)
durğunluq dövrü yaşadığı halda,
Niçiren Şoşu
və ya
Soka Qakkay
kimi tanınan
yeni buddist sektalar inkişaf etməkdədir.
Bundan başqa, Tibetdə Buddizmin
Lamaizm
adlı özünəməxsus forması
mövcuddur. Onun qurucusu Tibetin böyük filosofu və din xadimi Szonxava
(1355-1419) hesab edilir. “Lama” sözü tibet dilindən tərcümədə “müəllim”
mənasını verir. Buddizmin bu forması mahayana və vajrayana qollarının
ənənəvi təlim və meditasiya texnikasına əsaslanır. Lamaizmin mənsubları hesab
edirlər ki, Buddizm tarixində böyük rol oynamış görkəmli şəxsiyyətlər Tibetdə
lamaların bədənində (cismində) yenidən dünyaya gəlir, öz təlimlərini, eləcə də
ruhani və dünyəvi hakimiyyətlərini onlara ötürürlər (tulku). Bu təlimin inkişafı
nəticəsində özündə ruhani və dünyəvi hakimiyyəti birləşdirən dalay-lama
institutu formalaşmışdır. İndiyədək on dörd dalay-lama gəlmişdir. Sonuncu XIV
Dalay-lama (doğulduqda adı Lhamo Dhondrub idi) Tibetdə Çin hakimiyyətinə
qarşı baş vermiş üsyandan sonra 1959-cu ilin martında Hindistana mühacirət
etmiş və o vaxtdan Dharamsala şəhərində yaşayır. O, bəyan etmişdir ki, Tibet
Çin işğalında olduğuna görə növbəti zühuru burada baş verməyəcəkdir.
Qeyd etmək lazımdır ki, XII əsrdən etibarən Buddizm Hindistandan
tamamilə sıxışdırılıb çıxarılsa da, son altmış ildə bu ölkədə yenidən kiçik buddist
qruplar meydana gəlməyə başlamışdır. Bu gün Hindistanda 4 milyona yaxın
buddist olduğu ehtimal edilir. Tibetdən mühacirət edən buddistlər sayəsində
Hindistanın şimalında Buddizmin lamaizm qolunun mənsublarının sayı 100
min nəfəri ötmüşdür. Hazırda Dharamsala şəhəri lamaizmin güclü təbliğat
mərkəzinə çevrilmişdir. Həmçinin Buddizmin bu forması tarixi dövr ərzində
Monqolustanda, Rusiya Federasiyasının Buryatiya, Kalmıkiya, Tıva və digər
regionlarında yayılmışdır.
Buddizm son yarım əsrdə Avropa və Amerikada ciddi maraq cəlb
etməyə başlamışdır. Xüsusilə Dzen Buddizmin və Tibet lamaizminin təbliğat
fəaliyyətləri, eyni zamanda Tibetdən və Vyetnamdan bir çox buddistin
79
DÜNYA DİNLƏRİ
mühacirəti nəticəsində Avropada bu dinin 10 minlərcə mənsubu olan icmaları
formalaşmışdır. Onlar arasında xeyli sayda yerli avropalılar da vardır. Avropada
buddist meditasiyalarına maraq göstərənlərin sayı artmaqdadır. Amerikada isə
Dzen Buddizmlə yanaşı, Tanrtik Buddizmə də xüsusi maraq göstərilir. ABŞ-ın
beynəlxalq “PEW” Araşdırmalar Mərkəzinin 2010-ci il üçün olan məlumatına
görə, ümumilikdə Avropada 1 milyon 330 min, Amerika qitəsində isə 4 milyon
270 min buddist yaşayır.
Dostları ilə paylaş: |