Pravoslavlıq
1054-cü ildə xristianlıq iki böyük qola parçalandıqdan sonra şərqi
xristianlar ortodoks (yunan dilində “doğru təlim”, “həqiqi inanc”, “düzgün
etiqad” mənasına gəlir. – Red.) və ya pravoslav (hərfi tərcüməsi: “doğru mədh
etmə” . – Red.) adlandırıldı.
Pravoslavlıq katoliklik və protestantlıqdan sonra xristianlığın sayca
üçüncü ən böyük qoludur. Dünyada pravoslavların sayı 125-180 milyon nəfər
arasında dəyişir. Başqa xristian məzhəbləri ilə müqayisədə pravoslavlar daha
çox mühafizəkardır. Onlar erkən xristianlığın ehkamlarını dəyişdirmir və ya
onlara əlavə etmirlər.
Müqəddəs Rəvayət pravoslavlıqda imanın əsas mənbəyi sayılır.
Pravoslavlara görə, Müqəddəs Rəvayət - Bibliya, Kilsə Ataları (pravoslavlar
MULTİKULTURALİZMƏ GİRİŞ
90
yalnız II-VIII əsrlərdə yaşamış kilsə atalarının təlimlərini qəbul edirlər) və Kilsə
Müəllimlərinin dini təlimləri, ilk yeddi ümumdünya kilsə məclislərinin qərarları
və müqəddəslərin həyat hekayələrindən ibarətdir.
Pravoslavlar etiqadca diofizitdirlər. Bu xristian konfessiyanın mənsubları
arasında Məryəm Anaya, mələklərə, müqəddəslərə, onların “cəsədlərinə”,
ikonalar kimi müqəddəs sayılan dini əşyalara pərəstiş geniş yayılmışdır.
Pravoslavlarda katoliklərdəki kimi sərt mərkəzləşdirilmiş kilsə hakimiyyəti
mövcud deyildir. Yəni pravoslavlıqda Müqəddəs Taxt-Taca bənzər vahid dini
mərkəz yoxdur. İri yerli pravoslav kilsələri tamamilə müstəqildir (avtokefal).
Müstəqil pravoslav kilsələri milli kimlik əsasında formalaşmışdır. Bunu onların
rəsmi adlarından da görmək mümkündür: Yunan Pravoslav Kilsəsi, Gürcü
Pravoslav Kilsəsi və s. Hər avtokefal pravoslav kilsə öz yerli məclisini keçirərək
qərarlar qəbul edir. Pravoslav kilsələrini sadəcə ortaq dini dəyərlər və ibadət
şəkilləri birləşdirir.
Pravoslav aləmdə vahid dini mərkəz olmasa da, nüfuzuna görə
Konstantinopol Ortodoks Kilsəsi ilk yerdə gəlir. Bu kilsənin rəsmi adı belədir:
Ümumdünya Konstantinopol Patriarxatlığı.
Pravoslavlıqda əsas dini ayin liturgiya adlanır. Dini ayinlər milli dillərdə,
daha çox onların arxaik formalarında yerinə yetirilir (məs.: Rus Pravoslav
Kilsəsində ayinlər qədim slavyan dilində həyata keçirilir). İbadət zamanı
məbədlərdə şam və buxur (ətirli tüstü. – Red.) yandırılır. Pravoslavlar sağdan
sola üç barmaqla xaç çevirirlər. Onlarda daha çox səkkizguşəli xaç forması
səciyyəvidir.
Pravoslav dünyada rahiblik geniş yayılıb. Bu xristian məzhəbində
ruhanilər qara (rahib həyatı yaşayan) və ağ olmaqla iki qrupa bölünürlər. Qara
ruhanilərə evlənmək qadağandır. Ağ ruhanilər isə yüksək dini rütbə alanadək
evlənə bilər. Lakin ağ ruhanilərə boşanmaq və ya həyat yoldaşlarını itirsələr
belə, təkrar evlənmək qadağandır.
Pravoslavlarda ən böyük dini bayram İsa Məsihin dirilməsi şərəfinə
keçirilən Pasxadır. Bu dini bayram aprel və ya may aylarında yaz gecə-gündüz
bərabərliyindən sonra ilk bazar günü keçirilir. Pasxadan sonra bu on iki dini
bayram da pravoslavlıqda böyük əhəmiyyətə malikdir: İsa Məsihin Miladı, İsa
Məsihin vəftiz olunma günü, Sreteniye (Rəblə qarşılaşma günü), Preobrajeniye
(İsa Məsihin şəklini dəyişmə günü), Məryəm Ananın Mövludu, Müqəddəs
91
DÜNYA DİNLƏRİ
Məryəmin Qüds Məbədinə daxil olması günü, İsa Məsihin Qüdsə daxil olması
günü, Blaqoveşşeniye (Məryəm Anaya xoş xəbərin verilməsi günü), Uspeniye
(Müqəddəs Məryəm Ananın vəfatı günü) və İsa Məsihin çarmıxının qurulması
günü.
Pasxa və yuxarıda
sadalanan on iki bayramdan
başqa, pravoslavlar “müqəd-
dəs”lər, “möcüzəvi” ikona-
lar və əlamətdar dini hadisə-
lərə həsr olunmuş bir çox
bayram qeyd edirlər. Hər
yerli pravoslav kilsənin öz
“müqəddəsi” vardır. Yerli
kilsələr öz müqəddəslərinin
şərəfinə
bayramlar
keçirirlər. Məsələn, Rus
Pravoslav Kilsəsinin Bakı və
Azərbaycan Yeparxiyasının
müqəddəsi
-
apostol
Varfolomey sayılır. Hər il iyun ayının 24-də ölkəmizdə yaşayan rus pravoslavları
Qız qalasının yanında yığışaraq, bu həvarinin şərəfinə dini ayin yerinə yetirirlər.
Eyni zamanda, Azərbaycandakı rus pravoslavlar hər il noyabr ayının 2-də
Müqəddəs Əzabkeş Bakılı İohannın xatirəsini yad edirlər.
Protestantlıq
Mənsublarının sayına görə ən böyük ikinci xristian konfessiyası
protestantlıqdır. Dünya üzrə protestantların sayı 800 milyon nəfərdən yuxarıdır.
Protestantlığın meydana gəlməsi alman rahibi və ilahiyyatçısı Martin
Lüterin (1483-1546) adı ilə bağlıdır. Belə ki, o, 31 oktyabr 1517-ci ildə
Saksoniya knyazlığının inzibati mərkəzi olan Vittenberqdə “95 tezis”ini bəyan
edir. Latın dilində yazılan bu sənədlə M.Lüter Roma Katolik Kilsəsində geniş
yayılmış sui-istifadə hallarına qarşı çıxırdı. Alman ilahiyyatçısı cənnət qəbzinin
(indulgensiya) satışını kəskin tənqid edir, keşişlərin Tanrı ilə insan arasında
Bakıda yaşayan rus pravoslavları Müqəddəs
Varfolomeyin anım mərasimini keçirərkən.
“Jen Mironosits” rus pravoslav
kafedral kilsəsi. 24 iyul 2016-cı il.
MULTİKULTURALİZMƏ GİRİŞ
92
vasitəçi ola bilməyəcəklərini deyir, Tanrı tərəfindən Roma Papasına günahları
bağışlamaq kimi imtiyaz və səlahiyyətin verilmədiyini bildirirdi. O, “95 tezis”ində
vurğulayırdı ki, insan kilsənin hökmü ilə deyil, yalnız imanı ilə xilas ola bilər.
Əslində, M.Lüterin yeni bir məzhəb yaratmaq niyyəti yox idi. O, sadəcə
Roma Katolik Kilsəsində islahatların aparılmasını tələb edirdi. Lakin “95
tezis”in bəyanından sonra cərəyan edən tarixi proseslər sonunda yeni bir xristian
məzhəbin yaranmasına gətirib çıxardı. Belə ki, Roma Katolik Kilsəsinin zülmü
və katolik ruhanilərin hərisliyindən əziyyət çəkən alman əhalisi M.Lüterin
ideyalarını dəstəklədi.
1520-ci ildə Roma Papası “95 tezis”in müəllifini bidətçi elan etdi. Bununla
yanaşı, Müqəddəs Roma İmperiyasının imperatoru V Karl (1500-1558) 1521-
ci ildə “Vorms edikti” adlı fərmana imza atdı. Həmin fərmanı imzalamaqla
imperator M.Lüteri bidətçi və cinayətkar elan etdi, onun əsərlərinin nəşrinə və
yayılmasına qadağa qoydu. Buna baxmayaraq, bəzi alman knyazları M.Lüteri
müdafiə etdilər. Saksoniya kurfüstü (seçici knyazı) III Fridrix (1463-1525) isə
ona himayəçılik etdi.
1529-cu ildə 2-ci Şpeyer reyxstaqı (Müqəddəs Roma imperiyasında
qanunverici məclis. – Red.) M.Lüteri cinayətkar sayan “Vorms edikti”ni
təsdiqlədi. Bu səbəbdən 19 aprel 1529-cu ildə M.Lüterin tərəfini tutan altı alman
knyazı və on dörd müstəqil şəhər etiraz əlaməti olaraq “Şpayer etirazı” və ya
“Şpayer protesti” adlı sənədi reyxstaqa təqdim etdilər. Bundan sonra həmin
sənədin adına uyğun olaraq, M.Lüterin tərəfdarları “etiraz edənlər” mənasına
gələn protestantlar adını aldılar.
M.Lüterin dini ideyaları XVI əsrdə Qərbi Avropada Roma Katolik Kilsəsi
əleyhinə yönəldilən Reformasiya (İslahatçılıq) hərəkatının baş verməsinə səbəb
oldu. Bu dini, ictimai-siyasi hərəkatın geniş vüsət alması nəticəsində Avropanı
qanlı məzhəblərarası müharibə bürüdü. Ən əsası isə M.Lüterin “95 tezis”i yeni
xristian qolunun – protestantlığın yaranmasına gətirib çıxardı. Zaman keçdikcə
protestantlığın özü də müxtəlif dini cərəyanlara və təriqətlərə parçalandı.
Müasir dövrdə protestantlıq olduqca mürəkkəb, rəngarəng və çoxcəhətli
xristian konfessiyasıdır. Həmçinin günümüzdə bu xristian məzhəbi bəzi Qərb
dövlətlərində hakim mövqeyə malikdir.
93
DÜNYA DİNLƏRİ
Dostları ilə paylaş: |