95
DÜNYA DİNLƏRİ
(hakimiyyət illəri: 1825-1855) 11 mart 1836-cı il tarixli Fərmanı ilə Alban
Katolikosluğu ləğv olundu. Beləliklə, Alban Kilsəsi erməni-qriqorian kilsəsinə
birləşdirildi. Bununla da tarixi ədalətsizliyə yol verildi.
Erməni ruhanilərinin Alban Apostol Kilsəsinə qarşı ədavəti bununla
bitmədi. 1909-1910-cu illərdə Rusiya imperiyasının Müqəddəs Sinodu erməni
keşişlərinə yeparxiyaların köhnə arxiv sənədlərini məhv etməyə icazə verdi.
Bu qərar isə Alban Apostol Kilsəsinə məxsus bütün tarixi sənədlərin məhvinə,
yəni erməniləşdirilərək mənimsənilməsinə gətirib çıxardı. Erməni ruhaniləri
Alban Kilsəsinin sənədlərini məhv edərkən bu qədim şərq kilsəsini tarixin
yaddaşından birdəfəlik silmək istəyir, gələcəyə hesablanmış məkrli planlar
həyata keçirirdilər.
Ermənilər Qafqaz Albaniyasının zəngin maddi-mədəni irsinin
saxtalaşdırma yolu ilə mənimsəyir, qədim alban məbədləri üzərindəki əski
kitabələri məhv edir, onları qrabar dilində olan yazılarla əvəzləyir, alban
kilsələrinin memarlıq quruluşunu dəyişdirirdilər. Akademik Ramiz Mehdiyevin
qeyd etdiyi kimi,
Dostları ilə paylaş: