MULTİKULTURALİZMƏ GİRİŞ
144
ki, bütün insanlar axirətdə hesaba çəkiləcək, yaxşı əməlləri pis əməllərindən çox
olanlar cənnətə, günahkarlar isə cəhənnəmə düşəcəklər. Zərdüştilikdə cənnət
“vahista ahu” (Avesta dilində “ən yaxşı mövcudiyyət” deməkdir), cəhənnəm isə
“duzahu” (Avesta dilində “ən pis mövcudiyyət” mənasına gəlir) adlanır.
Qeyd edək ki, zərdüştiliyin axirət inancında
“Çinvat”
körpüsü anlayışı
da mövcuddur. “Çinvat” Avesta dilində “külək körpüsü” anlamına gəlir.
Zərdüştilərin inancına əsasən, “Çinvat” körpüsü dirilər və ölülər dünyasını
ayıran əfsanəvi çay üzərində qurulub. Axirətdə xeyirxah insanların ruhları bu
körpüdən asanlıqla keçərək cənnətə daxil olacaqlar. Günahkar bəndələrin ruhları
isə “Çinvat”dan keçə bilməyəcək və cəhənnəmə düşəcəklər.
Dostları ilə paylaş: