Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə65/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   61   62   63   64   65   66   67   68   ...   175
1 Multikulturalizmə giriş 2019

4.1.1.4. Dini ayin və mərasimlər 
Zərdüştiliyin ayin və mərasimləri “atar” kultu (kult - fövqəltəbii qüvvələrə 
inamla bağlı keçirilən ayin, mərasim və rituallar. – Red.) ilə sıx bağlıdır. “Atar” 
Avesta dilində “od” deməkdir. “Avesta”ya görə, müqəddəs od Ahura Mazdanı 
təcəssüm etdirir, onun təzahürü və rəmzi sayılır. “Yasna”da müqəddəs odun 
ünvanına təriflər söylənərək onun faydalarından bəhs olunur. Zərdüştilikdə 


MULTİKULTURALİZMƏ GİRİŞ
146
oda pərəstiş geniş yayıldığı üçün bu din başqaları tərəfindən atəşpərəstlik də 
adlandırılır. Lakin zərdüştilər atəşpərəstlik məfhumunu özlərinə təhqir sayaraq 
bildirirlər ki, onlar oda sitayiş etmir, Ahura Mazdanın təcəssümü olduğu üçün bu 
təbiət ünsürünə sadəcə ehtiram göstərirlər.
Qeyd etmək lazımdır ki, Zərdüştilikdə təkcə od deyil, ümumiyyətlə, işıq 
mənbəyi Ahura Mazdanın fiziki dünyada təcəssümü hesab edilir. Bu anlamda 
Zərdüştilikdə günəş işığına od qədər ehtiram göstərilir. Ona görə də zərdüştilər 
dini ayinlərini icra edərkən üzlərini günəş işığına və ya oda tərəf çevirirlər.
Həmçinin Zərdüştilikdə od paklığın rəmzi sayılır. Oda ehtiram göstərən 
zərdüştilər onun ətrafında dini ayinlərini yerinə yetirməklə kifayətlənmirlər. 
Onlar müqəddəs alovun xüsusi məbədlərdə (od məbədləri) qorunaraq 
saxlanılmasına, onun pak qalmasına böyük diqqət yetirirlər. Bu məbədlər 
fars dilində hərfi mənada “odun evi” anlamına gələn “atəşgədə”lər adlanır. 
Zərdüştilər atəşgədələrə daxil olarkən müəyyən qaydalara riayət edirlər. Belə 
ki, bu məbədlərə gələnlər, ilk növbədə, su ilə paklanmalıdırlar. Odur ki, od 
məbədləri təmiz su qaynağının olduğu yerlərdə ucaldılır. Od məbədlərinə daxil 
olan dindarlar ağ paltar geyinməli, kişilər başlarına xüsusi ağ papaq qoymalı, 
qadınlar başlarını örtməlidir. Zərdüştilər hesab edirlər ki, insan nəfəsi müqəddəs 
alovun paklığına ziyan vura bilər. Nəticədə isə onların ibadəti pozula bilər. 
Müqəddəs odu murdarlamamaq üçün onlar ağız və burunlarını bağlayırlar. 
Bu səbəbdən başqa dinlərin mənsubları zərdüştilərin məbədlərinə və ya dini 
ayinlərinə buraxılmır. 
Zərdüştilər dini ayinlərini od məbədləri ilə yanaşı, evlərdə də yerinə 
yetirirlər. Onlar istər evdə, istər məbədlərdə olsun, gündə beş dəfə “gah”lar 
(fars dilində “gah” sözü “vaxt” deməkdir – Red.) adlı dualar oxumalıdırlar. 
Həmin dualar həm fərdi, həm də kollektiv şəkildə edilə bilər. Bununla yanaşı, 
Zərdüştilikdə “yasna” adlı dini ayinə böyük əhəmiyyət verilir. Bu ayin ən azı 
iki ruhani tərəfindən sübh tezdən günəş çıxan vaxtı xüsusi məkanda icra olunur. 
Müqəddəs odun ətrafında həyata keçirilən “yasna” ayini vaxtı acılıqotunun 
(efedra) şirəsi, süd və suyun qarışığından xüsusi içki hazırlanır. “Parahaoma” 
və ya “parahom” adlanan bu içkinin yarısı müqəddəs odun üzərinə tökülür, 
yarısı isə dini ayinin iştirakçılarına içmək üçün verilir. Zərdüştilikdə parahaoma 
ölümsüzlüyü təcəssüm etdirir. Bu dinin mənsubları inanırlar ki, Saoşyant 
(zərdüştiliyə görə, dünyanın sonuna yaxın xeyrin şər üzərində qələbə qazanması 


147
MİLLİ DİNLƏR 
məqsədilə yer üzünə gələcək xilaskar. – Red.) axirətdə əməli-salehlərə 
parahaomanı içirdəcək, beləliklə onlar ölümsüzlüyü əldə edəcəklər. 
“Sedre-puşi” (farsca hərfi mənada “köynək geyinmək” deməkdir) ayi-
ni də zərdüştiliyin mühüm dini mərasimlərindən biridir. Bu ayin zərdüştiliyə 
qəbul olunmağı təcəssüm etdirir və mobed
tərəfindən yerinə yetirilir. Adətən 
zərdüştiliyə 15 yaşına çatmış şəxslər qəbul olunur. Ayin zamanı onlar 
“müqəddəs” köynək (“sedre”) geyinir, “koşti” (fars dilində “gəmi” deməkdir – 
Red.) adlanan kəmər taxır, Ahura Mazdanın yoluna və Zərdüştün qanunlarına 
sadiq qalacaqları ilə bağlı and içirlər.
Gördüyümüz kimi, Zərdüştilikdə dini ayin və mərasimlərə olduqca böyük 
önəm verilir. Bu dinin dəfn mərasimi xüsusən diqqət çəkir, çünki Zərdüştilikdə 
ölüləri torpağa tapşırmaq doğru sayılmır. Zərdüştilərin inancına görə, od, torpaq 
və su kimi təbiət ünsürləri pak və müqəddəs olduqları üçün onları meyitlə 
murdarlamaq günahdır. Buna görə də zərdüştilər cəsədləri uca qayaların başına 
və ya “daxma” (fars dilində “sərdabə” deməkdir – Red.) adlanan xüsusi qüllələrin 
üstünə qoyurlar ki, qurd-quşa yem olsun. 
Zərdüştilərin ayin və mərasimlərdən bəhs edərkən, onların dini 
bayramlarını da qeyd etmək lazımdır. Zərdüştilikdə dini bayramlar böyük və 
kiçik olmaqla iki hissəyə ayrılır. Böyük bayramlar “gahanbar”lar (fars dilində 
“saxlanma vaxtı” deməkdir – Red.) adlanır. “Gahanbar”lara altı əsas bayram 
daxildir. Bu bayramlar əsasən müxtəlif fəsillərdəki məhsul yığımına həsr 
olunmuşdur. Onların içində isə ən əsası Novruz bayramı sayılır. Zərdüştilər 
bu bayramı “Gahanbar Fərvərdin”
də adlandırırlar. Onlar Novruzu yaz gecə-
gündüzün bərabərliyi günündə əfsanəvi Cəmşid hökmdarın və müqəddəs odun 
şərəfinə keçirirlər. Həmçinin Zərdüştilikdə Novruz bayramı xeyrin şər üzərində 
qələbəsini, yenidən dirilməni təcəssüm etdirir.
Zərdüştilikdə altı böyük bayramla yanaşı, “caşn”lar adlı çoxsaylı kiçik 
dini bayramlar da vardır. “Caşn” sözü Avesta dilində “pərəstiş” mənasına gələn 
“yasna” kəlməsindən törəmişdir. Bu bayramlar mahiyyətcə böyük bayramların 
davamı sayılır. 


MULTİKULTURALİZMƏ GİRİŞ
148

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin