MULTİKULTURALİZMƏ GİRİŞ
162
Qafqazda, o cümlədən Şimali Azərbaycan torpaqlarında məskunlaşmışlar.
Dağ yəhudiləri subetnik qrupun formalaşması bununla bitməmişdir.
Tədqiqatçılara görə, bu tarixi proses XIII əsrin ortalarınadək davam etmişdir.
Hətta Bizans imperiyasından gələn yəhudilər də dağ yəhudiləri icmasının
formalaşmasında rol oynamışlar.
Ölkəmizdəki dağ yəhudilərinin tarixindən danışarkən mütləq Quba
rayonundakı
Qırmızı Qəsəbəni
qeyd etmək lazımdır. Çünki bu qəsəbə
postsovet məkanda dağ yəhudilərinin kompakt halda yaşadığı yer hesab olunur.
Qudyalçayın sol sahilində yerləşən Qırmızı Qəsəbə XVIII əsrdə Quba xanlığı
dövründə salınmışdır. Əvvəllər “Yəhudi Qəsəbəsi” adlanan sözügedən yaşayış
məntəqəsi hətta bir vaxtlar “Qafqazın Yerusəlimi” kimi də məşhurlaşmışdı.
Dağ yəhudilərindən sonra Azərbaycan ərazisində məskunlaşan ən qədim
yəhudi icması gürcü yəhudiləridir. Özlərini
“ebraeli
” və ya
“israeli”
adlandıran
gürcü yəhudiləri qədim zamanlardan
Gürcüstan ərazisində yerləşmiş, gürcü
dilində danışan yəhudi subetnik qrupun nümayəndələridir.
Gürcü yəhudiləri Azərbaycana ilk dəfə XVIII əsrdə gəlməyə başlamışlar.
Sonrakı illərdə gürcü yəhudilərinin Azərbaycana axını intensivləşmiş və bu
proses Birinci Dünya müharibəsinədək davam etmişdir. Hazırda ölkəmizdə
gürcü yəhudiləri sayca ən kiçik yəhudi subetnik qrup sayılır. Onlar əsasən Bakı
şəhərində yaşayırlar.
Azərbaycanda yaşayan digər yəhudi icmasının nümayəndələri, yəni
aşkenazilər barədə danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki, bu subetnik
qrup Erkən Orta əsrlərdə Mərkəzi Avropada formalaşmışdır.
Orta əsr yəhudi
ədəbiyyatında “aşkenazi” adı altında Reyn çayının sahilində, daha sonra isə
alman torpaqlarında yaşayan yəhudilər nəzərdə tutulurdu.
Bu termin orta əsrlərdə yəhudilərin Almaniyaya verdikləri addan
törəmişdir. Yəhudi ənənəsinə görə, Yasəfin (Nuh peyğəmbərin oğlu) nəvəsi,
əfsanəvi Aşkenazanın nəsli Almaniya torpaqlarında məskunlaşmışlar. Ona görə
də yəhudilər həmin ölkəyə bu adı vermişlər. Zaman keçdikcə bu termin subetnik
anlayış kimi təkcə Almaniyadakı
yəhudilərə deyil, onların nəslindən olan və
digər Avropa ölkələrinə köçən yəhudilərə də şamil edilmişdir.
Aşkenazilərin ana dili
idişdir.
Bu dil X-XIV əsrlərdə Mərkəzi və Şərqi
Avropada alman dilinin orta əsrlərdə yayılmış ləhcələri, eləcə də ibrani, arami,
roman, slavyan dilləri əsasında yaranmışdır.
163
MİLLİ DİNLƏR
Qeyd edək ki, aşkenazilərin Azərbaycanda məskunlaşması çar Rusiyası
dövrünə təsadüf edir. Belə ki, ilk aşkenazilər 1832-ci ildə Bakıda məskunlaşmışlar.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu səbəbilə
şəhərdəki yəhudi əhalisinin, o cümlədən aşkenazilərin sayı sürətlə artmışdır.
1897-ci ildə Bakıda iki mindən yuxarı yəhudi vardı ki, onların da əksər hissəsini
aşkenazilər təşkil edirdi.
Bununla yanaşı, 1903-cü ildə Kişinyovda, 1905-ci ildə Odessada, 1906-cı
ildə Belostokda, habelə Rusiya imperiyasının digər məntəqələrində baş vermiş
yəhudi qırğınları nəticəsində bir çox aşkenazi Azərbaycana pənah gətirmiş,
əsasən, Bakıda məskunlaşmışdır. Qırğınlardan xilas
olmaq üçün ölkəmizə üz
tutmuş aşkenazilər burada özlərinə ikinci vətən tapmışlar.
Bakı şəhərində Dağ yəhudilərinin sinaqoqu.
Müasir Azərbaycandakı yəhudilərin vəziyyətinə gəlincə, qeyd etmək
lazımdır ki, onlar, əsasən, Bakı, Gəncə, Sumqayıt şəhərlərində, həmçinin Quba və
Oğuz rayonlarında yaşayırlar. Hazırda ölkəmizdə mövcud olan yəhudi icmaları
Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bunun bariz
nümunəsi dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində
MULTİKULTURALİZMƏ GİRİŞ
164
Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoqun tikilməsidir. 2010-
cu ildə təməli qoyulan həmin sinaqoq 2011-ci ilin aprel ayında dindarların
istifadəsinə verilmişdir.
Eyni zamanda, hər il yəhudi xalqının yeni ili –
“Roş ha-Şana”
bayramı
münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti ölkəmizdəki yəhudi
icmasına təbrik ünvanlayır.
Burada Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban
Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti xüsusən
qeyd edilməlidir. Belə ki, Bakıda yaşayan yəhudi uşaqlar üçün “Tolerantlığın
ünvanı – Azərbaycan” layihəsi çərçivəsində Heydər Əliyev Fondu və “Or-
Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa
olunmuşdur. 2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın iştirakı ilə həmin mərkəzin təməlqoyma mərasimi
keçirilmişdir. Təhsil Mərkəzinin tikintisi 2010-cu ildə başa çatmışdır. 2010-cu il
oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva,
eləcə də MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner”
Beynəlxalq
Fondunun prezidenti Lev Levayev Təhsil Mərkəzinin açılışında iştirak etmişlər.
Bundan başqa, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində,
habelə Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə rus bölməsinin
nəzdində yəhudi mənşəli uşaqlardan ibarət olan siniflərdə ibri dili tədris olunur.
Onu da qeyd edək ki, bu gün Azərbaycanda yəhudi icmaları ictimai həyatda
fəal iştirak edirlər. Respublikada Azərbaycan-İsrail Dostluğu Cəmiyyəti, “Soxnut”
yəhudi agentliyi, “Coynt”, “Vaad-L-Xatzola” kimi iri yəhudi xeyriyyə təşkilatları,
Azərbaycan Yəhudi Qadınlarının Humanitar Assosiasiyası, yəhudi dini məktəbləri
(iyeşivalar), “Azərbaycan-İsrail” Mədəni Əlaqələr Cəmiyyəti, “Xava” adlı qadın
cəmiyyəti və digər yəhudi qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
rəsmi saytında verilən məlumata əsasən, respublika ərazisində yeddi sinaqoq və
səkkiz yəhudi dini icması fəaliyyət göstərir.
Beləliklə, müasir dövrdə Azərbaycanda yəhudilər antisemitizmdən uzaq,
tolerant mühitdə yaşayırlar. Bu isə təsadüfi deyildir. Çünki bütün tarixi dövrlərdə
yəhudilər ölkəmizdə özlərini böyük bir ailənin bərabərhüquqlu üzvü kimi hiss
etmiş, dünyada antisemitizmin tüğyan etdiyi dövrlərdə belə Azərbaycan xalqı
onlara yad münasibət göstərməmiş, əksinə, yəhudi mənşəli həmvətənlərimiz
dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.