Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə84/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   80   81   82   83   84   85   86   87   ...   175
1 Multikulturalizmə giriş 2019

Fəslə aid suallar
1. 
Zərdüştilik nə vaxt və harada meydana gəlmişdir? 
2. 
Zərdüştün dini təlimi haqqında məlumat verin. 
3. 
Zərdüştiliyin əsas inancları və ayinləri hansılardır? 
4. 
Ölümdən sonrakı həyat bu dini təlimdə necə təsvir olunur?
5. 
“Avesta”nın hansı hissələri dövrümüzədək gəlib çatmışdır? 
6. 
Ölkəmizdə Zərdüştiliklə bağlı hansı abidəni tanıyırsınız?
7. 
“Tövrat”a görə, İbrahim peyğəmbərin oğulları İsmail və İshaqdan hansı 
soylar meydana gəlmişdir? 
8. 
Birinci Məbəd dövrü nə ilə səciyyələnir?
9. 
İkinci Məbəd dövrü hansı illəri əhatə edir və həmin dövrdə nə baş 
vbermişdir?
10. İlk sinaqoqlar nə vaxt yaranmışdır?
11. Yəhudilikdə farisey, sadukkey və yessey dini-ictimai cərəyanlarınn 
xüsusiyyətləri nədən ibarətdir?
12. Ravvinlər kimdir?
13. “Şifahi Tora” dedikdə hansı yəhudi təfsir külliyyatı nəzərdə tutulur? 
14. Yəhudilikdə kollektiv ibadətin keçərli olması üçün ən azı neçə nəfərin 
iştirakı şərtdir?
15. Şabat nədir?
16. Yəhudilərin əsas bayramları hansılardır?
17. Purim bayramının mahiyyəti nədən ibarətdir?
18. Azərbaycanda hansı yəhudi subetnik qrupları mövcuddur?
19. Ölkəmizdə say etibarı ilə hansı yəhudi subetnik qrupu üstünlük təşkil edir?
20. Gürcü yəhudilərinin Azərbaycanda məskunkaşma tarixi hansı dövrə 
təsadüf edir?
21. Dağ yəhudiləri özlərini necə adlandırır və hansı dildə danışırlar?
22. Quba rayonundakı Qırmızı Qəsəbə nə vaxt salınmışdır?
23. Gürcü yəhudiləri özlərini necə adlandırırlar?
24. Gürcü yəhudilərinin Azərbaycana köçməyə başlaması hansı əsrə təsadüf edir? 
25. Aşkenazilərin ölkəmizə köçmə səbəbləri hansılardır? Bu haqda məlumat 
verin.


193
MİLLİ DİNLƏR 
26. Aşkenazilərin danışıq dili hansıdır? 
27. Azərbaycan dövləti tərəfindən ölkəmizdə yaşayan yəhudi mənşəli 
vətəndaşlarımıza göstərilən diqqət və qayğı ilə bağlı nümunələr gətirin? 
28. Respublikamızda yaşayan yəhudilər, əsasən, hansı şəhər və rayonlarda 
məskunlaşıblar?
29. Konfutsiçilikdə “məqsədiz fəaliyyət” konsepsiyasını necə izah edərsiniz?
30. “Alicənab ər” kimdir və ona xas olan məziyyətlər hansılardır?
31. Lao-Tzunun görüşdüyü mütəfəkkir kim olmuşdur?
32. Daosizmin əsas kateqoriyaları hansılardır?
33. Sintoizmin əsas fərqləndirici xüsusiyyəti hansıdır?
34. Sintoist mifologiyasında dünyanın yaranması necə təsvir olunur?
35. “Şruti” və “Smriti” kitab külliyatları arasındakı fərq nədir?
36. Hinduizmin Tanrı anlayışını izah edin.
37. Kasta sistemi haqqında məlumat verin. 
38. Caynlar hansı beş əsas əxlaqi qaydaya riayət etməyə çalışırlar? 
39. “Tirthankara”ların sayı nə qədərdir?
40. Caynizmdə neçə əsas dini cərəyan mövcuddur və onların fərqi nədir? 
41. Siqhizmin yaradıcısı kim hesab olunur? 
42. Siqhizm hansı dinlərin sintezindən meydana gəlmişdir? 
43. Siqhizmin müqəddəs kitabı hansıdır? Bu haqda qısa məlumat verin. 
44. Siqhlərin dövləti neçənci illərdə mövcud olmuşdur? 
45. “Tenqri” sözü hansı mənaya gəlir? 
46. Qədim türk inancına görə, Göy Tanrı hansı xüsusiyyətlərə malikdir? 
47. Qədim türklər nələri müqəddəs sayırdılar?
48. Qədim türklərdə Yer-Su ruhlarına inancın mahiyyəti nədən ibarət idi?
49. “Ötügən” sözünün izahını verin. 


MULTİKULTURALİZMƏ GİRİŞ
194

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin