Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının


V FƏSİL MÜASİR DÖVRDƏ DİN



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə86/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   82   83   84   85   86   87   88   89   ...   175
1 Multikulturalizmə giriş 2019

V FƏSİL
MÜASİR DÖVRDƏ DİN
5.1.Müasir dünyada dinin yeri və roluna dair nəzəriyyələr
Bəşəriyyət tarixini dinsiz təsəvvür etmək mümkün deyildir. Minilliklər 
boyu dini inanc və təsəvvürlər insanlığın taleyində mühüm rol oynamış, tarixin 
gedişatına təsir göstərmiş, qədim və orta əsrlərdə dini təşkilatlar ictimai həyatın 
bütün sahələri ilə sıx bağlı olmuşdur. Məsələn, orta əsrlərdə Qərb dünyasında 
sosial institutlar Roma Katolik Kilsəsinin nəzarəti altında fəaliyyət göstərmişdir. 
Lakin elmi-texnoloji tərəqqinin baş verməsi ilə dini institutlar cəmiyyətdəki 
hakim mövqeyini itirmiş, insanlar getdikcə dindən uzaqlaşmağa başlamışdı. 
Bütün bunları görən alman filosofu Fridrix Nitsşe (1844-1900) “Tanrı ölmüşdür” 
deməklə bəşəriyyətin dinsiz eraya, o cümlədən dini-əxlaqi, mənəvi dəyərlərin 
əhəmiyyətini itirdiyi dövrə qədəm qoyduğunu bəyan etmişdir. Lakin F.Nitsşe ilə 
razılaşmayan mütəfəkkirlər də az olmamışdır. Cəmiyyətdə gedən müasirləşmə 
və modernləşmə proseslərinin təsiri altında dini necə gələcək gözlədiyi ilə 
bağlı elm dünyasında qızğın müzakirələrin nəticəsində bir neçə nəzəriyyə irəli 
sürülmüşdür. Onlardan geniş yayılmışlarını nəzərdən keçirək. 
1. Sekulyarlaşma nəzəriyyəsi
 
“Sekulyarlaşma” termini latın dilində “dünyəvi” mənasına gələn 
“saecularis” sözündən yaranmışdır. Tarixdə ilk dəfə “sekulyarlaşma” termini XVII 
əsrdə istifadə olunmuşdur. İlk vaxtlar, bu termin kilsənin torpaq mülkiyyətinin 
dünyəvi hakimiyyətin idarəçiliyi altına keçməsi anlamında işlədilirdi. Zamanla 
sekulyarlaşma anlayışı daha geniş mənalar qazandı.
Sosiologiya elmində sekulyarlaşma dedikdə, cəmiyyət və fərdlərin dinin 
təsirində azad olunması nəzərdə tutulur. Sekulyarlaşma nəzəriyyəsinə görə, 
elm və texnologiyanın inkişafı, bəşəriyyətin tərəqqisi nəticəsində yer üzündə 
dünyəviləşmə prosesləri get-gedə güclənəcək, nəticədə din bir dünyagörüşü kimi 
tamamilə yoxa çıxacaqdır. Hələ 
Ogüst Kont (1798-1857), Karl Marks (1818-


197
MÜASİR DÖVRDƏ DİN
1883), Ziqmund Freyd (1856-1939), Emil Dürkheym (1858-1917), Maks Veber 
(1864-1920)
kimi məşhur Qərb mütəfəkkirləri iddia edirdilər ki, cəmiyyətin 
müasirləşməsi dindarlıq səviyyəsinin aşağı düşməsinə səbəb olacaqdır. 
XX əsrdə bu nəzəriyyə 
Tolkott Parsons (1902-1979), Brayan Ronald Vilson 
(1926-2004), Tomas Lukman (1927-2016)
kimi Qərb sosioloqları tərəfindən 
inkişaf etdirilmişdir. Onlardan 
Brayan Ronald Vilson
sekulyarizasiyanı 
“dini 
düşüncələr, praktikalar və dini institutların əhəmiyyətini itirməsi”
kimi tərif edir. 
Onun fikrincə, cəmiyyətlər sənayeləşərkən daha rasional, elmi və ixtisaslaşmış 
cəmiyyət halına gəlir. Buna görə də ənənəvi dəyərlər və praktikalar zəifləyir. 
Nəticədə həm dini həyatda zəifləmə olur, həm də dini müəssisələrin yerinə 
yetirdiyi vəzifə və rollar (təhsil, siyasət, ictimai asayiş və s.) başqa ixtisaslaşmış 
ictimai-siyasi institutlara həvalə edilir.
Sosioloqların fikrincə, sekulyarlaşma üç səviyyədə baş vermişdir: 
1.
Makro səviyyə.
Bu tarixi mərhələdə cəmiyyətin siyasi həyatı dini 
təşkilatların və ideyaların təsirindən azad olunmuş, yəni dövlət ilə din bir-
birindən ayrılmış, dini etiqad və vicdan azadlığı elan olunmuşdur. Dini idealların 
yerini demokratik prinsiplər və ümumbəşəri dəyərlər tutmuşdur; 
2.
Orta səviyyədə
. İctimai həyatın mədəni, intellektual və iqtisadi sahələri 
dinin təsirindən azad olunaraq müstəqillik qazanmışdır;
3.
Mikro səviyyə
. Dünyəviləşmə fərdi səviyyədə baş vermişdir. Din 
vətəndaşların şəxsi işinə, yəni hər kəsin fərdi seçim məsələsinə çevrilmişdir. 
Bəşəriyyətin inkişaf tarixinə nəzər yetirdikdə sekulyarlaşma nəzəriyyəsini
dəstəkləyən bir çox dəlillərin olduğunu görürük. Belə ki, Avropada XVI-XVII 
əsrlərdə yaşanan elmi inqilab, XVII-XVIII əsrlərdə maarifçilik hərəkatının 
geniş vüsət alması ilə orta əsrlərdə Qərb dünyasında hakim mövqedə dayanan 
və insanların şüuruna güclü təsir göstərən Roma Katolik Kilsəsinin dayaqları 
sarsıldı. Bütün bunlar isə nəticə etibarilə dinin ictimai həyatdan sıxışdırılaraq 
çıxardılmasına, Qərb dünyasında sekulyar ideyaların qələbə qazanmasına 
səbəb oldu. XVI-XVII əsrlərdə katolik kilsəsində islahatların aparılmasını tələb 
edən Reformasiya hərəkatı da dünyəviləşmə proseslərini sürətləndirdi. Qərb 
aləmindən dünyanın digər bölgələrinə sirayət edən dünyəvi dəyərlər az qala 
yer üzünün bütün regionlarında zəfər çaldı. Təsadüfi deyildir ki, müasir dövrdə 
dünyadakı ölkələrin mütləq əksəriyyəti dünyəvi dövlət quruluşuna malikdir. 
Bununla yanaşı, “Pew Research Center” (Pyu Tədqiqat Mərkəzi) 


MULTİKULTURALİZMƏ GİRİŞ
198
kimi nüfuzlu sosioloji araşdırma mərkəzlərinin apardığı sorğular və 
təhlillər də onu göstərir ki, Qərb ölkələrində özünü ateist və ya aqnostik
kimi xarakterizə edənlərin sayında artım baş verir. Həmçinin Avropada ibadətə 
gələnlərin sayında kəskin azalma müşahidə olunduğu üçün kilsələrin bir çoxu 
bağlanır. 
Sekulyarlaşma nəzəriyyəsinin tərəfdarlarına görə, sadalanan faktlar onu 
deməyə əsas verir ki, din və müasirlik arasında dərin uçurum mövcuddur, 
bəşəriyyətin elmi-texnoloji cəhətdən tərəqqisi isə dinin bir sosial institut kimi 
tarix səhnəsindən birdəfəlik silinməsinə, yaxud ən azı cəmiyyətdəki rolunun 
zəifləməsinə gətirib çıxardacaqdır.

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin