Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə90/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   86   87   88   89   90   91   92   93   ...   175
1 Multikulturalizmə giriş 2019

Munçuluq
Rəsmi adı 
Dünya Xristianlığının Vəhdəti uğrunda Müqəddəs Ruh 
Cəmiyyəti,
yaxud 
Vəhdət Kilsəsi
olan munçuluq XX əsrin ortalarında Cənubi 
Koreyada yaranmışdır. Cərəyanın banisi 
Mun Son Myon
(digər adı: Son Myonq 
Mun) 1920-ci ildə Şimali Koreyada kəndli ailəsində dünyaya gəlmişdir. Munçular 
inanırlar ki, guya 1935-ci ildə Pasxa günündə İsa Məsih Mun Son Myonun 
gözünə görünərək ondan xahiş etmişdir ki, bəşəriyyətin xilası naminə yerinə 
yetirə bilmədiyi missiyasını tamamlasın. Guya o, uzun təfəkkür və duadan sonra 
İsa Məsihin yarımçıq qalmış missiyasını öz üzərinə götürməyə razılaşmışdır. 
Beləliklə, Mun Son Myon özünü Məsih elan etmişdir. 
İkinci Dünya müharibəsi bitdikdən sonra Mun Son Myon Koreyada 
öz dini təlimini təbliğ etməyə başlayır. O, İsa Məsihi təqlid edir, onun kimi 
məhəllədə yaşayan yoxsulların evinə gedir, onlara maddi köməklik göstərirdi. 
1946-cı ildə Mun Son Myon “Geniş dənizin kilsəsi” adlı dini təşkilat təsis etmiş 
və öz dini ideyalarını yaymaq üçün Şimali Koreyaya getmişdir. Burada dini 
təbliğatla məşğul olduğuna görə iki dəfə həbs olunmuşdur. 1950-ci ildə həbsdən 
azad olunduqdan sonra o, yenidən dini fəaliyyətini davam etdirmişdir. 


207
MÜASİR DÖVRDƏ DİN
Zaman keçdikcə onun tərəfdarlarının sayı artmağa başlamış, nüfuzu 
Koreya sərhədlərini aşmışdır. 1954-cü ilin mayında Mun Son Myon Cənubi 
Koreyanın paytaxtı Seul şəhərində Vəhdət Kilsəsini yaratmışdır. 1958-ci 
ildə Yaponiyaya, 1959-cu ildə isə Amerika Birləşmiş Ştatlarına ilk munçu 
missionerlər göndərilmişdir. 
1992-ci ildə Mun özünü yeni bəşəriyyətin 
“Həqiqi Atası”
adlandırmış, 
bir ildən sonra isə “Əhdi-Cədid erası”nın dəyişərək 
“Əhdin yekunlaşma erası”
olduğunu bildirmişdir. Munçuların inancına görə, o vaxtdan artıq dünya üçün 
Mun dövrü başlamış, son və tam həqiqət onların “Həqiqi Ata”sı vasitəsi ilə 
aşkarlanmışdır. Qeyd edək ki, Mun 2012-ci ildə Cənubi Koreyada 92 yaşında 
vəfat etmişdir.
Göründüyü kimi, Mun Son Myonun şəxsiyyəti Vəhdət Kilsəsinin 
təlimində mərkəzi yeri tutur. Munçular inanırlar ki, Munun təlimi vəhy yolu 
ilə nazil olmuşdur. Onun dini təliminin əsasları munçuların müqəddəs kitabı 
sayılan 
“İlahi prinsiplər”
də əks olunmuşdur.
Munçular xristian terminologiyasını öz dini təlimlərinə uyğunlaşdırıblar. 
Məsələn, onlar xristian dininin əsasını təşkil edən Müqəddəs Üçlük (Ata, Oğul 
və Müqəddəs Ruh.- Red.) ehkamını fərqli izah edirlər. Vəhdət Kilsəsinin dini 
təliminə əsasən, Müqəddəs Üçlük deyəndə, Tanrı, Mun Son Myonun özü və 
onun həyat yoldaşı Hаn Hаkçа başa düşülməlidir.
İztirab çəkən Tanrıya inanc Vəhdət Kilsəsinin dini təlimində mərkəzi 
yer tutur. Bu tanrı dualist (ikilik.- Red.) mahiyyətə sahibdir. O, kişi və qadın 
başlanğıcını təcəssüm etdirir. Munçulara görə, Tanrının yer üzündə tamhüquqlu 
yeganə vasitəçisi Mun Son Myondur. Odur ki, Tanrının məhəbbətini qazanmaq 
üçün Mun Son Myonu bəşəriyyətin xilaskarı kimi qəbul etmək lazımdır. 
Eyni zamanda, munçuluğun təliminin əsasında “ideal ailə kultu” dayanır. 
Mun Son Myon arcıllarına öyrədirdi ki, kamillik zirvəsinə çataraq Tanrının 
həqiqi oğlu və qızı olmaq Vəhdət Kilsəsinin hər üzvünün amalı olmalıdır. 
Munçular inanırlar ki, Mun Son Myon və onun ailəsi bu məqsədə çatdıqlarına 
görə hər kəs üçün nümunədirlər. Odur ki, munçular Mun Son Myonu və onun 
həyat yoldaşını öz həqiqi valideynləri sayırlar. Bu inanc isə Vəhdət Kilsəsində 
kütləvi evləndirmə mərasimlərinin əsasını qoymuşdur. Belə ki, gənc munçular 
“həqiqi ata” hesab etdikləri Mun Son Myonun seçimi ilə ailə həyatı qurmağa 
başlamışlar. O da öz növbəsində, onlar üçün kütləvi evləndirmə mərasimləri 


MULTİKULTURALİZMƏ GİRİŞ
208
təşkil etmişdir. Məsələn, 1997-ci ildə keçirilmiş belə bir mərasimdə 30 min 
cütlük iştirak etmişdir.
Vəhdət Kilsəsi dünyanın bir çox ölkələrində güclü biznes şəbəkəsinə, 
müxtəlif istehsal və xidmət sahələri üzrə böyük korporasiyalara malikdir. 
Munçular öz dini ideyalarını yaymaq məqsədilə elm, təhsil və mədəniyyət 
sahəsində bir sıra layihələr həyata keçirirlər. 
Munçular kütləvi informasiya vasitələri sahəsində də fəaliyyət göstərərək 
əvvəlcə Tokio, Nyu-York, daha sonra isə Vaşinqtonda qəzet və jurnal nəşr 
etdirmişlər. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin