225
MÜASİR DÖVRDƏ DİN
xristianlardan hansı cəhətlərinə görə fərqlənirlər?
23.
Radikalizmin mahiyyəti nədir?
24.
Dini radikalizmə hansı amillər əlverişli zəmin yaradır?
25.
Səmavi dinlərin dini radikalizmə və zorakılığa münasibəti necədir?
26.
Dini radikalizmlə dini ekstremizmin fərqi nədir?
27.
Dini radikalizmlə hansı metodlarla mübarizə aparmaq olar?
28.
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının
Qanunu
hansı tarixdə qəbul olunmuşdur?
29.
Azərbaycan Respublikasında dini qurumların
statusunu,
hüquq və
vəzifələrini hansı Qanun müəyyənləşdirir?
30.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə ölkəmizdə
dövlət və din münasibətləri sahəsində hansı
irəliləyişlər və mühüm
dəyişikliklər baş verdi?
31.
Vicdan azadlığı prinsipi Azərbaycan Respublikası Konstitusiyasının hansı
maddəsində bəyan olunur?
32.
Azərbaycan Respublikasında dinin dövlətdən ayrı olduğu Konstitusiyanın
hansı maddəsində bildirilir?
33.
Azərbaycanın dünyəviliyi bir çox sekulyar dövlətlərlə, o cümlədən qonşu
ölkələrlə müqayisədə nə üçün daha mütərəqqi və ədalətlidir?
34.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə
ölkədə hansı müsəlman və qeyri-müsəlman ibadət yerləri və mərkəzləri
tikilmiş və ya təmir olunmuşdur?