MULTİKULTURALİZMƏ GİRİŞ
238
Bu sahədəki tədqiqatçıların fikirlərini ümumiləşdirsək, kimliklərin bütün
məcmusunu iki istiqamətə ayıra bilərik:
1. Davamlı şəkildə yenidən yaradılması üçün təşkilati dəstəyin tələb
olunmadığı təbii kimliklər;
2. Daim təşkilati dəstək tələb edən süni kimliklər.
Təbii kimliklərin sırasına, bir qayda olaraq, etnik, irqi, ərazi (landşaft -
dağlı, aranlı, kəndli, şəhərli və s.), ümumdünya (Şərqli, Qərbli, kosmopolit və s.)
və sosial kimliyi (qadın, kişi, körpə, gənc, yaşlı, qoca) aiddir. Süni kimliklərin
sırasına isə, əsas etibarı ilə milli, professional, konfessional (iudaist, buddist,
hindi,
xristian, müsəlman), zodiakal (yun.
zodiakos
- “heyvanlar dövrəsi”,
bürclər), zümrə (zadəgan, ziyalı) və s. kimliklər aiddir. Elə kimliklər var ki,
onlar özündə həm süni, həm də təbii əlamətləri ifadə edir (məsələn, insanın bu
və ya digər cinsin nümayəndəsi olaraq, daxili mənsubiyyət hissini ifadə edən
gender kimliyi).
Yuxarıda bəhs olunan əsas kimliklər içərisində
etnik, milli və dini kimliklər
etnik-siyasi birliklərin təşəkkülü işində və davamlı inkişafında müstəsna rol
oynayırlar.
Etnos–mədəni irsin daşıyıcısı və yayılma arealından asılı olmayaraq
eyni etnik mənsubiyyətli (dil, mədəniyyət, əxlaq və s.) insanların birliyidir.
Etnoslar hər hansı coğrafi mühitdə və müəyyən tarixi dövr ərzində formalaşır.
Yeni yaranan etnoslarla birlikdə yeni ideologiyalar və fərqli dünyagörüşü də
formalaşır. Dünya əhalisi irqinə, dininə, maddi və mənəvi dəyərlərinə, mədəni
irsinə, mental xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Buna səbəb onların
müxtəlif ərazilərdə məskunlaşması və həmin mühitə uyğunlaşmasıdır.
Dünyada 4-5 min etnos, milli azlıq vardır. Sayı 100 milyondan çox olan
böyük etnoslara
çinliləri, hindliləri, benqalları, rusları, yaponları və s. göstərmək
olar.
Kiçik etnoslara,
məsələn,
Şri-lankada veddi, Braziliyada botokudu,
ölkəmizdə xınalıq, buduq və s. aid etmək olar. Etnosların formalaşmasına bir
çox amillər təsir edir ki, onlardan da ən mühümü landşaftdır.
Tarixçi, etnoqraf alim L.N.Qumilyov
Dostları ilə paylaş: