Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə104/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   100   101   102   103   104   105   106   107   ...   175
1 Multikulturalizmə giriş 2019

milli ideya və dini kimlik
məsələsi müstəsna əhəmiyyətə malikdir. Məsələn, uzun müddət Azərbaycan 
xalqı öz kimliyini daha çox dini əsasda müəyyən edirdi. Çünki onun etnik türk 
kimliyi təzyiqlər altında idi. Milli kimliyimizin qəbul olunması və tanınması 
Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan Topçubaşov, Məmmədəmin 
Rəsulzadə və digər istiqlal mücahidlərimizin məqsədyönlü fəaliyyətinin nəticəsi 
idi. Onlar panislamizmi türk etnik kimliyimizin tanınmasında ən ciddi maneə 
hesab edirdilər.
Bu barədə Məmmədəmin Rəsulzadə yazırdı ki, 
pan-islamizm müsəlman 
xalqlarının müstəqilliyinə əngəl yaradır. Milli müstəqilliyə, sosial tərəqqiyə 
nail olmaq üçün milli şüuru inkişaf etdirmək, milli kimliyi müəyyənləşdirmək 
lazımdır. 
Milli kimlik müxtəlif hədlərdə, çeşidli tərkiblərdə təzahür edir. Bu 
baxımdan Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların ikihədli etnik-
milli kimliyi unikal hadisə kimi qiymətləndirilə bilər. Bir məqamı da qeyd 
etmək lazımdır ki, Azərbaycan Respublikasında təmsil olunan bütün azsaylı 


241
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
xalqların, etnik qrupların, həmçinin dövlətyaradan millətin lokal milli kimliyi və 
“Azərbaycançılıq”
məfkurəsi ilə sıx bağlılığı Cənubi Qafqazda 
“Azərbaycan”
adlanan etnik-siyasi birliyin davamlılığı üçün başlıca şərt hesab olunur.
Hər hansı etnik birliyin hansı tarixlə və mədəniyyətlə assosiasiya olunması, 
Şərqə, yaxud Qərbə, dünyəviliyə, yaxud dindarlığa, Avropaya, yaxud Asiyaya 
mənsubiyyətinin təyin edilməsi işi son dərəcə vacibdir. Lakin dünyada elə etnik-
milli kimliklər var ki, tarixən sivilizasiyaların qovşağında yerləşməsi ilə əlaqədar 
onlara qoşa, hətta bir neçə müxtəlif mahiyyət məxsusdur. Bu baxımdan da 
Azərbaycan kimliyini nümunə göstərmək olar. Beləliklə, Azərbaycan kimliyinin 
gücü və qüdrəti məhz onun müxtəlif cəhətli olmasındadır.
Bu və ya digər millətlərin tərkibində yaşayan azsaylı xalqların milli 
kimlikləri özlərində həm regional etnik-mədəni mənsubiyyəti, həm də sıx bağlı 
olduqları dövlət və dövlətyaradan millətlə əlaqədar olan mənsubiyyəti ifadə edir.
Bəşıriyyətin etnik tərkibi müxtəlif irqlərin və etnosların nümayəndələrinin 
davamlı yerdəyişməsinin - miqrasiyasının nəticəsidir. Etnosların 
təsnifləşdirilməsi isə müxtəlif əlamətlərə görə aparılır (dərinin rəngi, saçların 
forması, kəllə sümüyünün strukturu, xarakterik mentalitet, düşüncə tərzi, sifətin 
cizgiləri və s.). Onların içərisində say və dil faktoru daha mühüm əhəmiyyət 
kəsb edir. Sayına görə dünya xalqları müxtəlifdir. Belə ki, onların böyük bir 
hissəsi azsaylı xalqlardır.
Yer kürəsində yaşayan bütün xalqların cəmi 310-nun sayı 1 milyon 
nəfərdən artıqdır. Onlar dünya əhalisinin 96%-ni təşkil edir. Say etibarı ilə ən 
böyük xalqlar isə aşağıdakılardır: 1. Çinlilər. 2. Hindistanlılar. 3. Amerikalılar. 
4. Benqallar. 5. Rusiyalılar. 6. Braziliyalılar. 7. Yaponlar.
Dünya xalqları bu və ya digər formada cəmi 20 dil ailəsində təmsil olunur 
ki, onların da ən böyükləri aşağıdakılardır: 
1. Hind-Avropa dil ailəsi (Bu dillərdə 150 xalq, 2,5 milyard əhali danışır);
2. Çin-Tibet dil ailəsi (bu dillərdə Çinin, Nepalın və Butanın ümumilikdə 
1 milyarddan artıq əhalisi danışır);
3. Ural-Altay dil ailəsi (bu dillərdə isə 500 milyondan artıq insan danışır-
əsasən türk xalqları). 
Müasir statistik təhlillərin nəticəsindən çıxış etsək, dünya ölkələrinin beşdə 
dörd hissəsi bu və ya digər səviyyədə birmillətlidir. Bu, dövlət sərhədləri ilə etnik 
sərhədləri əsasən üst-üstə düşən ölkələrdir. Burada əsas dövlətyaradan millətin 


MULTİKULTURALİZMƏ GİRİŞ
242
ümumi sayı əhalinin 90%-dən çoxunu təşkil edir. Belə ölkələrin böyük hissəsi 
Avropada, Latın Amerikasında və Yaxın Şərqdə yerləşir. Çoxetnoslu ölkələrin 
sərhədləri çərçivəsində isə bir neçə etnos yaşayır. Belə ölkələri 4 qrupa bölmək olar:
1. Bir millətin mütləq say üstünlüyü şəraitində az və ya çox sayda milli 
azlıqların yaşadığı ölkələr (Azərbaycan, Böyük Britaniya, Fransa, İspaniya, 
İtaliya, Gürcüstan, Monqolustan, Yaponiya, Türkiyə, Əlcəzair, Mərakeş, ABŞ, 
Avstraliya, Çin və s.).
2. İki etnosun əsas etnik dominant olduğu ölkələr (Kanada, Belçika).
3. Mürəkkəb, lakin etnik cəhətdən eyni tipli etnik tərkibi olan ölkələr 
(İran, Əfqanıstan, Pakistan, Laos və s.).
4. Etnik anlamda mürəkkəb və polietnik milli tərkibi olan ölkələr (Rusiya, 
Hindistan, İsveçrə, İndoneziya və s.).
Qeyd edik ki, 7.7 milyarda yaxın əhali, 4-5 min xalq, millət, etnik qrup 
olan yer kürəsində cəmi 200-dən bir az çox müstəqil dövlət (onlardan 193-ü 
BMT-də təmsil olunur) vardır. Onlardan da biri 60-dan çox xalq və etnik qrupun 
qarşılıqlı hörmət və ehtiram şəraitində yaşadığı, BMT-nin tam hüquqlu üzvü - 
müstəqil Azərbaycan Respublikasıdır. 
Bu gün Azərbaycan kimliyi öz gücünü şanlı tariximizdən, mənəvi
zənginliyimizdən, vətənpərvərlikdən və fərqli etnik birliklər arasındakı qarşılıqlı 
hörmət və ehtiramdan alır.
 
Bu əlaqə daha düşünülmüş və məqsədyönlü olduqca, 
dövlət siyasəti səviyyəsinə qaldırılmış multikulturalizm cəmiyyətimizin həyat 
tərzinə çevrildikcə, şüurlardakı qeyri-müəyyənliklər tədricən aradan qalxır, 
mütərəqqi ideoloji konstruksiyanın formalaşdırılması isə daim daha xoşbəxt 
gələcəyə can atan müasir mədəni Azərbaycan anlamı yaradır. Onun da başlıca 
əlamətləri dünyəvilik, maarifçilik, humanizm, tolerantlıq, mərhəmət, şəfqət və 
mərifətdir ki, onlar da milli mentalitetimizin tarixi laylarından qaynaqlanır. 

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin