MULTİKULTURALİZMƏ GİRİŞ
246
məmnun oluram”.
Milli mentalitetin formalaşmasında təbii faktorların da rolu danılmazdır.
Bu baxımdan İbn Xaldunun (1332-1406) “Müqəddimə” əsərində aşağıdakı
müddəalar maraq doğurur:
“a. Adamların irəli sürdükləri ictimai ideyalar,
onların həyat tərzi ilə bilavasitə əlaqədardır; b. Köçəri həyat sürənlər oturaq
əhaliyə nisbətən daha sağlam olurlar (həm fiziki, həm də mənəvi cəhətdən); c.
Köçəri xalqların təbii həyatı onları fateh etmişdir, oturaq həyata keçəndə özləri
əsarətə düşürlər”.
Xalqımızın da milli mentalitetinin və milli xarakterinin formalaşmasında
ölkəmizin əsrarəngiz təbiətinin rolu danılmazdır. “Azərbaycanlı” Qarabağın,
Milin, Muğanın, Şirvanın ab-havasını götürmüş, Kürün, Arazın coşqunluğundan,
Şahdağın, Kəpəzin məğrurluğundan vüqarlanmış,
özünəməxsus təsərrüfat
qurmuş, qonşularla müvafiq münasibətlərə girmiş, nağıllar, dastanlar yaradaraq
dünyanı dərk etmək istəyini ifadə etmişdir. Dağlar, təbii qalalar milli xarakterin
formalaşmasına, azadlıq, mübarizlik, qəhrəmanlıq əhvalı-ruhiyyəsinin
möhkəmlənməsinə öz töhfəsini vermişdir. Lakin qədim və orta əsrlərdə əsas
sərvət hesab olunan münbit və suvarıla bilən torpaqlar, sonrakı dövrlərdə isə neft
və digər yeraltı və yerüstü sərvətlərimiz Azərbaycan xalqına şan-şöhrətlə yanaşı
problemlər də gətirmişdir. Ölkəmiz tez-tez yadellilərin hücumlarına
məruz
qalmışdır. Bütün bunlar isə mənəvi genefondumuza, milli psixologiyamıza
və milli xarakterimizə öz təsirini göstərmişdir. Azərbaycan mentalitetinin
formalaşmısını əngəlləyən məsələlərdən biri də 200 ilə yaxın bir müddət ərzində
ölkəmizin və xalqımızın ikiyə bölünməsi və təbii ki, bu böyük zaman kəsiyində
bir sıra fərqli xüsusiyyətlər kəsb etməsidir.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan cəmiyyətəinin yuxarı
təbəqələrinin məhdud bir hissəsində avropalaşma meyli artsa da, əksəriyyətdə
asiyalılıq tam şəkildə öz varlığını qoruyub saxlayırdı. Bu zamanlarda Avropanın
özündə də Şərqə, onun füsunkarlığına maraq xeyli artmışdı. XIX əsrin məşhur
Fransız yazıçısı Aleksandr Dümanın ölkəmizdə olarkən xalqımızı necə
xarakterizə etməsi milli mentalitet baxımından da çox önəmlidir:
“O ki qaldı
azərbaycanlılara... Bu xalq vaxtı ilə müzəffər olmuş, indinin özündə də ruhən
döyüşkən olaraq qalır. Azərbaycanlılar… azad yaşamağı üstün tuturlar…
Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb
etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı”.
247
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
Amerikalı Sulla Benetin fikirləri də Dümanın fikirləri ilə eyni səslənir.
O, “
Necə yaşayasan–yüzü haqlayasan”
əsərində yazır:
“Azərbaycanlılarda söz
vermək, zamin olmaq, şifahi razılıq ciddi məsələdir. Söz verdin gərək onu yerinə
yetirəsən, dildən kağız verməyə, onu imzalamağa, sənədləşdirməyə ehtiyac
yoxdur”.
Rus səyyahı və etnoqrafı V.L.Veliçko yazırdı ki,
“.. Azərbaycanlıların
damarlarında nəciblik qanı axır, onlar təbiətən xeyirxah, mərd, genişqəlbli və
alicənabdırlar”.
Hələ vaxtilə isveçrəli psixoloq Karl Yunq qədim sivilizasiyaların
mifologiyasını və bədii ədəbiyyatını öyrənmiş, onlara əsaslanan
arxetipik rəmzləri
açıqlamışdır. Arxetip K.Yunqun işləyib hazırladığı “Analitik psixologiya”nın
mərkəzi anlayışıdır. Fərdlər səviyyəsində “şüuraltı”nı (təhtəlşüuru) tədqiq
edən psixoanalizdən fərqli olaraq analitik psixologiya kollektiv səviyyəsində
“şüuraltı”nı - bəşəri yaddaşı, millətlərə, irqlərə,
nəsillərə, hətta qruplara məxsus
olan kollektiv “şüuraltı” yaddaşı öyrənir. Arxetip fərdin mənsub olduğu
kollektivin “şüuraltı” yaddaşında “mürgüləyən”
və müvafiq məqamlarda
inanclar, əsatirlər, rəmzlər, bədii obrazlar, kütləvi davranış standartlarıdır ki,
fərd onu daxil olduğu mühitdən hazır şəkildə əxz edir. O, ayrı-ayrı fərdlərin,
insan qruplarının, bütöv xalqların əhval-ruhiyyəsini,
mədəniyyətini, davranış
“kod”larını öyrənmək üçün istifadə olunan bir dərketmə alətidir. K.Yunq
Azərbaycan mədəniyyətini öyrənməsə də, Şərq mədəniyyəti haqqında önəmli
mülahizələr söyləmişdir. Onun fikrincə, Şərqin simvollar nəzəriyyəsi hələ də
möcüzələrlə zəngindir.
Milli mentalitetimizin arxetiplər kontekstində araşdırılması da mühüm
önəm kəsb edir. Bu məsələləri araşdıran
H.Quluyevin
fikrincə,
arxetiplər bizim
hər birimizin qəlbimizdədir, həyat tərzimizə nüfuz edir, davranışımıza nəzarət
edir.
Uzaq keçmişdə əcdadlarımızın davranışına ağsaqqallar, miflər, sehirli-
ovsunlu rituallar, tabular necə sərt ölçülərlə nəzarət edirdilərsə, arxetiplər də
bizim davranışımıza elə nəzarət edirlər. Onlar bizim üçün sosial-mədəni “ənənə
genləri” - mentalitetimizin kodları kimi fitridirlər.
Nəsildən-nəsilə ötürülən ənənələrin və davranış formalarının ali dərəcədə
mürəkkəb rabitəsi olan arxetiplər universal xassəli olmaqla insanların şüur və
davranışında bilavasitə əks olunurlar. Milli mentalitetimizdə özünə möhkəm
yer tutmuş və onun xarakterizə edilməsində müstəsna əhəmiyyətə malik olan,
MULTİKULTURALİZMƏ GİRİŞ
248
cəmiyyətimizin müasirləşməsi tempinə yüksək dərəcədə təsir göstərən aşağıdakı
arxetipləri fərqləndirmək olar:
Dostları ilə paylaş: