Dərslik Azərbaycan Dillər Universiteti Elmi Şurasının



Yüklə 16,97 Mb.
Pdf görüntüsü
səhifə110/175
tarix02.12.2023
ölçüsü16,97 Mb.
#137209
növüDərslik
1   ...   106   107   108   109   110   111   112   113   ...   175
1 Multikulturalizmə giriş 2019

- Milli ideologiya cəmiyyətin həyatında mühüm rol oynayan ictimai-siyasi 
fenomendir.

Milli ideologiya cəmiyyətin konsolidasiyasına, vahid məqsəd ətrafında 
səfərbər edilməsinə, ictimai münasibətlərin tənzimlənməsinə, dövlətin sosial-
iqtisadi əsaslarının möhkəmləndirilməsinə xidmət edir. 
- Milli ideologiya dövlət-cəmiyyət münasibətlərinin milli maraqlar 
sisteminə uyğunlaşdırılmasını təmin etməklə, siyasi sistemin təkmilləşməsinə 
təsir edən mühüm amillərdən biri kimi çıxış edir.

Milli ideologiyalar dövlətin iqtisadi imkanlarını və ölkənin ümumi 
intellektual potensialını, xalqın siyasi şüur səviyyəsini və digər amilləri də 
özündə ehtiva edir.
Milli ideologiyanın əhəmiyyətini Azərbaycan xalqının milli ideologiyası 
olan Azərbaycançılığın əsasında göstərək. Professor Etibar Nəcəfovun qeyd 
etdiyi kimi, 
Azərbaycançılıq ideyası
 
- Azərbaycan xalqının siyasi, iqtisadi, 
sosial və mədəni yüksəlişinə yönələn bir ideyadır. Bu ideyanın əsasında 


253
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsi dayanır. Bu proses XIX 
əsrin ikinci yarısında başlamışdır. O zaman Azərbaycan Çar Rusiyasının əsarəti 
altında idi. Çar Rusiyasının millətlərarası münasibətlər siyasəti isə ruslaşdırma, 
diskriminasiya və istismara əsaslanırdı. 
Professor E.Ə.Nəcəfov tanınmış türk sosioloqu Ziya Göyalpın və Qərb 
politoloqu Royd Cavanın “Şərq xalqlarının milli azadlıq hərəkatı ardıcıl 
olaraq mədəni, siyasi və iqtisadi mərhələlərdən keçir” fikrinə əsaslanaraq,
 
Azərbaycançılıq ideyasının, Azərbaycan xalqının milli azadlıq mübarizəsinin 
özünü ilkin olaraq mədəni hərəkat kimi göstərdiyini qeyd edir. Onun fikrincə, 
mədəni hərəkatın nümayəndələri M.F.Axundzadənin başladığı ənənələri davam 
etdirərək dini fanatizmi, köhnə adət-ənənələri tənqid edərək xalqı təhsilə, elmə 
yiyələnməyə çağırırdılar. Ciddi səylər nəticəsində yeni tədris metodları tətbiq 
edən (Üsul-i Cədid) milli məktəblər açıldı, ədəbi Azərbaycan dili və yeni əlifba 
uğrunda mübarizə genişləndi, milli kitabxanalar, oxu zalları fəaliyyət göstərməyə 
başladı, milli qəzet və jurnallar təsis olundu. 
Mədəni Azərbaycançılıq
hərəkatının 
görkəmli nümayəndələrinin fəaliyyəti nəticəsində Azərbaycan xalqının milli 
şüuru formalaşmağa başladı. Bütün bunlar xalqın öz mədəni və etnik birliyini 
dərk etməsində mühüm rol oynadı.
Professor E.Ə.Nəcəfov Azərbaycançılıq ideyasının mədəni sahədən siyasi 
sahəyə keçməsini Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əlimərdan Topçubaşov, 
Məmmədəmin Rəsulzadə kimi görkəmli şəxsiyyətlərin nəzəri və siyasi 
fəaliyyətləri ilə bağlayır. Onun fikrincə, siyasi Azərbaycançılığın nümayəndələri 
xalqımızın siyasi hüquqlarının müdafiəsini, perspektivdə isə müstəqil dövlət 
qurulmasını əsas hədəf kimi götürərək bu məqsədi həyata keçirmək üçün 
bütün mümkün vasitələrdən istifadə edirdilər. Onlar yüksək rütbəli hökumət 
nümayəndələri ilə görüşür, çara petisiyalar yazır, dövlət dumasının işində fəal 
iştirak edir, rusiya müsəlmanlarının qurultayını keçirirdilər.
Siyasi Azərbaycançılığın 
nümayəndələrinin Rusiya Dövlət Dumasında
fəaliyyətlərini xüsusi qeyd etmək lazımdır. 1905-ci ilin aprel ayında Dumanın 
Azərbaycan deputatları Ə.Topçubaşovun tərtib etdiyi 
“Rusiyanın müsəlman 
əhalisinin nümayəndələrindən” 
adlı petisiyanı Dumaya təqdim etdilər. Petisiyada 
Rusiya müsəlmanlarının siyasi, iqtisadi və mədəni hüquqlarının qorunması, 
feodal qalıqlarının aradan qaldırılması tələb olunurdu.
Professor E.Ə.Nəcəfov

Yüklə 16,97 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin