siyasi Azərbaycançılıq
ideyasının nümayən-
MULTİKULTURALİZMƏ GİRİŞ
254
dələrinin fəaliyyətlərinin ilkin mərhələsində öz ideyalarını tam məzmunda
və açıq şəkildə təbliğ edə bilmədiklərini göstərir. Onun fikrincə, bu, o vaxt
Azərbaycan xalqının öz kimliyini daha çox dini əsasda müəyyən etməsi ilə
bağlı idi. Onların etnik türk kimlikləri qəbul edilmirdi. Siyasi Azərbaycançılıq
ideyasının nümayəndələri panislamizmi Azərbaycan xalqının qarçısında duran
ən böyük maneə hesab edirdilər. Bu haqda Məmmədəmin Rəsulzadə yazırdı:
“
Tarixi təcrübə göstərir ki, panislamizm bir tərəfdən, teokratik və klerikal-
mürtəce hərakatın formalaşmasına səbəb olmaqla, digər tərəfdən isə müsəlman
dünyasında milli ideologiyanın formalaşmasına mane olmaqla, müsəlman
xalqlarının müstəqilliyinə əngəl yaradır”.
O zamankı Azərbaycançılıq ideyasının nəzəri əsasını Əlibəy Hüseynzadə
tərəfindən 1905-ci ildə “Həyat” jurnalında irəli sürülən – “Türkləşmək,
islamlaşmaq, müasirləşmək” fikri təşkil edirdi. Sonradan bu ideya Azərbaycan
Demokratik Cümhuriyyətinin rəsmi doktirinasına çevrildi və öz əksini onun
üçrəngli bayrağında tapdı.
Professor E.Ə.Nəcəfov siyasi Azərbaycançılığın tərəfdarlarının 1918-
ci ilin əvvəllərinə qədər federalizm mövqeyində dayandıqlarını və Rusiya
ilə Azərbaycan arasında münasibətlərin federalizm pirinsipləri əsasında
qurulmasına çalışdıqlarını göstərir. Lakin 1918-ci ilin mart hadisələrindən
sonra onlar federalizm mövqeyindən imtina edərək Azərbaycançılıq ideyasını
Azərbaycanın siyasi müstəqilliyinə yönəltdilər. 1918-1920-ci ilərdə - cəmi
23 ay mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycançılıq
ideyasının inkişafında keyfiyyətcə yeni bir məhələ oldu.
Azərbaycan Demokratik Cümhuriyyəti türkçülük, islamçılıq və müasirliyi
əsas istiqamət kimi müəyyən etmişdi. Sonrakı yetmiş il ərzində sovet rejimi
müstəqillik anlamını hətta düşüncələrdən belə silməyə çalışsa da, XX əsrin 90-
cı illərinin xalq hərəkatı göstərdi ki, xalqın azadlıq ruhu nəinki ölməmiş, əksinə
daha böyük enerji ilə püskürmək üçün münasib məqam gözləmişdir. Yenidən
müstəqilliyimizin əldə edilməsi də məhz bu ruhdan qaynaqlanan iradənin ortaya
qoyulmasının nəticəsi idi. Müstəqilliyimizin əbədi olması, taleyin bizə qismət
etdiyi coğrafi məkan, strateji mövqe isə ərazimizdə yaşayanların hamısı üçün
qəbul oluna biləcək mənəvi-siyasi yönümün müəyyənləşdirilməsini zəruri etdi.
Bu taleyüklü missiyanı yerinə yetirən isə Azərbaycan xalqının görkəmli oğlu,
Ümummilli lider Heydər Əliyev oldu. O, milli ideologiyanın komponentlərini
255
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
özündə sintez edən Azərbaycançılıq məfkurəsini irəli sürdü.
Bu xətt, bir
tərəfdən, Azərbaycanda vahid milli-dövlətçilik hissiyyatının formalaşmasını,
milli-mənəvi dəyərləri, etnik-milli yetkinləşmə və bütövləşməni özündə əks
etdirirsə, digər tərəfdən, milli kimliyindən, dini mənsubiyyətindən və dilindən
asılı olmayaraq ölkəmizin hər bir vətəndaşının hüquq və azadlıqlarının təmin
olunmasını, onların öz mənəvi-mədəni dəyərlərini qoruyub saxlaması və inkişaf
etdirməsi üçün lazımi şəraitin yaradılmasını nəzərdə tutur.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya
ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin məcmusunu, xaricdə
yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azəbaycan
dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına
münasibətdə üzərinə düşən öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi
məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. Ümummilli
liderimiz Heydər Əliyevin dediyi kimi,
“Suverenliyimizi daim yaşatmaq, dövlət
müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından asılı olmayaraq bu gün
hər bir azərbaycanlıdan müqəddəs Azərbaycan qayəsi ətrafında əməl və əqidə
birliyi, sarsılmaz həmrəylik tələb olunur”.
Torpağımız ta qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni
olmuşdur. Azərbaycan dövlətinə, dövlətçiliyinə, ərazi bütovlüyünə və tarixinə
onların sadiqliyi bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin
mahiyyətindən irəli gəlır. Azərbaycanın və
“Azərbaycançılığın”
əzəməti bu
müqəddəs diyarı öz vətəni hesab edən və onun adı ilə adlanmaqdan qürur
duyan bütün insanların maddi və mənəvi gücündə, qüdrətindədir. Bu səbəbdən
də “Azərbaycançılığ”ın ortaq dəyər və sərvətlərə dayaqlanaraq doğuracağı
potensialın təsir və miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram və
niyyətlə sevinənlər deyil, narahatlıq hissi keçirənlər də həmişə olmuşdur.
12 iyul 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin təmirdən sonrakı
açılışında Prezident İlham Əliyev bu məsələyə öz münasibətini aşağıdakı kimi
bildirmişdir:
«...çox şadam ki, Azərbaycan cəmiyyətində ümummilli ideya
ətrafında bütün cəmiyyət səfərbər olunub, cəmiyyət Azərbaycançılıq ideyası
uğrunda, dövlətçilik ideyası uğrunda, müstəqillik ideyası uğrunda və müstəqil
həyat ideyası uğrunda birləşibdir»
.
Yalnız ərazimizdə yaşayan müxtəlif etnik və dini mənsubiyyətli insanlara
ünvanlanmaqla kifayətlənməyib, coğrafi sərhəd və məkanların ayırdığı dünyanın
MULTİKULTURALİZMƏ GİRİŞ
256
müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni
məkanda bütövləşdirən qüvvə də məhz “Azərbaycançılıq” ideologiyasıdır.
“Azərbaycançılıq” cəmiyyətimizin sosial-mədəni və siyasi nizamlanmasının,
insanların mənəvi səfərbərliyi və vəhdətinin başlıca amilidir.
Qloballaşmanın müasir mərhələsində yuxarıda qeyd etdiklərimizin məntiqi
davamı kimi, Azərbaycançılıq məfkurəsi ölkəmizdə tarixən bərqərar olmuş
multikulturalizmi nəinki inkar etmir, əksinə onu öz daxili məzmununun, bu
məzmunun elementlərinin tərkib hissəsi kimi götürür. Bu baxımdan Azərbaycan
multikulturalizmi Azərbaycançılıq məfkurəsinin təməl daşları olan dövlətçilik,
milli-mənəvi dəyərlər, müasirlik və milli mentalitetimizə hopmuşdur.
257
ETNİK MÜXTƏLİFLİK VƏ MİLLİ İDEYA
Dostları ilə paylaş: |