Fəslə aid suallar 1
. Etnik birlik nədir?
2. Protoetnoslar deyəndə nə başa düşülür?
3.
Qəbilə və tayfanı fərqləndirən cəhətlər hansılardır?
4. Millət anlayışını insanların digər birlik formalarından fərqləndirən
cəhətlər hansılardır?
5. Kimliklər haqqında araşdırmaların hansı istiqamətləri vardır?
6. Böyük etnos, kiçik etnos anlayışlarının məzmununu açın.
7. Tarixçi, etnoqraf alim L.N.Qumilyov etnosları necə xarakterizə edirdi?
8. Etnik kimlik, milli kimlik və milli müəyyənlik anlayışlarının
məzmununa nələr daxildir?
9. Milli kimliyimizin qəbul olunması və tanınması hansı görkəmli
xadimlərimizin adı ilə bağlıdır?
10. Azərbaycan Respublikasında yaşayan azsaylı xalqların ikihədli etnik-
milli kimliyi deyəndə nə başa düşülür?
11. Etnosların təsnifləşdirilməsi hansı əlamətlərə görə aparılır?
12. Mentalitet anlamına hansı yanaşmalar vardır?
13. Mentalitet nədir?
14. Milli-etnik dəyərlər deyəndə nə başa düşülür?
15. Şərq və Qərb mentalitetinin səciyyəvi xüsusiyyətləri hansılardır?
16. Azərbaycan xalqının mentalitetinin səciyyəvi xüsusiyyətləri hansılardır?
17. Milli mentalitetin formalaşmasına təsir edən əsas amillər hansılardır?
18. Əcnəbi mütəfəkkirlər azərbaycanlıların xarakterik xüsusiyyətləri
haqqında nə demişlər?
19. Arxetip nədir?
20. Azərbaycan xalqının milli mentalitetinə hansı arxetiplər xarakterikdir?
21. İdeya, ideologiya, milli şüur anlayışlarının mahiyyətini açın.
22. Milli ideya və milli ideologiya anlayışlarının məzmununa nələr daxildir?
23. Akademik R.Mehdiyevin əsərlərində milli ideya və milli ideologiya
problemi necə izah edilir?
24. Milli ideologiya nədir?
25. Ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülən Azərbaycançılıq
idelogiyasının məzmununa nələr daxildir?
25. Azərbaycançılıq ideologiyasının formalaşmasının hansı mərhələləri
vardır?